Ukrayna hərbi kəşfiyyatı: Həştərxanda Rusiyanın yeni nəsil qırıcısı vurulub
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi iyunun 8-də Rusiyanın Həştərxan vilayətindəki "Axtubinsk" aerodromunda Su-57-nin vurulduğunu açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə məlumat idarənin saytında yer alıb.
"2024-cü il iyunun 8-də RF-nin Həştərxan vilayətinin "Axtubinsk" aerodromunun ərazisində, döyüş xəttindən 589 kilometr aralıda işğalçı dövlətin Su-57 çoxməqsədli qırıcısı vurulub", – deyə kəşfiyyatçılar peyk görüntülərinə əsaslanaraq bildiriblər.
Qeyd olunub ki, peyk görüntülərindən iyunun 7-də Su-57-nin bütöv şəkildə dayandığı və artıq növbəti gündə onun yaxınlığında partlayış çuxurları və atəş nəticəsində yaranmış yanğına xas izlər ortaya çıxıb.
Eyni zamanda, kəşfiyyatçılar vurulmuş obyektin Rusiyanın yeni nəsil qırıcısı olduğuna da diqqət çəkiblər: "Su-57 Moskvanın ən müasir qırıcısıdır, zərbələr üçün X-59 və X-69 raketlərindən istifadə edə bilir".
Xatırladaq ki, ötən gün Rusiya Müdafiə Nazirliyi adıçəkilən vilayətin səmasında "üç PUA-nın zərərsizləşdirildiyini" açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI
Dəniz sahilində açan bu çiçəyi qoparanları yüksək məbləğdə cərimə gözləyir - VİDEO
Milli Məclisin iclası başlayıb, gündəlikdə 22 məsələ var
13 nömrəli sürücü yaranmış narahatlığa görə sərnişinlərdən üzr istədi - AÇIQLAMA
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
İyun ayı tarixə düşdü
Qulaqdibi xəstəliyi ilə bağlı - Rəsmi açıqlama
Məktəbli forması ilə bağlı YENİ DƏYİŞİKLİKLƏR
Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti - Açıqlandı
Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib
Avqustda neçə gün iş olmayacaq? - TƏQVİM
Atasının ölüm xəbərini alan azərbaycanlı gəmi kapitanı VƏFAT ETDİ
13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
1968-ci ildə çəkilmiş filmdə... gerçəkləşməkdə olan qorxulu proqnoz var