Köhnə avtomobillərə əlvida: Maşın bazarında son VƏZİYYƏT

Köhnə avtomobillərə əlvida: Maşın bazarında son VƏZİYYƏTBu ilin birinci rübündə Gürcüstan Azərbaycana 48,457 milyon dollar dəyərində 2 601 ədəd avtomobil ixrac edib. Lakin 2023-cü ilin ilk üç ayı ərzində Gürcüstan Azərbaycana 99,683 milyon dollar dəyərində 7 348 ədəd avtomobil ixrac edib. Gürcüstan Milli Statistika İdarəsindən bildirilib ki, cari ilin birinci rübündə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri illik müqayisədə 51,226 milyon dollar və ya 51,3 faiz, sayı isə 4 747 ədəd və ya 64,6 faiz azalıb. Biz statistikaya baxsaq görərik ki, bir neçə ildir Gürcüstandan ölkəmizə idxal edilən avtomobillərin sayında azalma müşahidə edilir. Lakin 64 faiz azalma böyük rəqəmdir.

Bəs idxalın bu qədər azalması nəyin göstəricisidir? Artıq qonşularımızın maşınlarına ehtiyacımız yoxdur?

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Seçimlərimiz dəyişib

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, artıq ölkəmizə keyfiyyətsiz avtomobillər gətirilmir:

"Ölkəyə gətirilən avtomobillərin sayı azalsa da, qiymət olaraq azalma müşahidə edilmir. Hətta artım olduğunu söyləyə bilərik. Bu da o deməkdir ki, ölkəyə gətirilən ucuz və keyfiyyətsiz avtomobillərin sayı azalıb. Deməli, daha bahalı və keyfiyyətli avtomobillər gətirilir. Bunun səbəbi avtomobil parkımızın yenilənməsi üzrə görülən işlərdir. Həmçinin köhnə avtomobillərdə problemlərin ortaya çıxması onlara olan marağı azaldıb. İdxal edilən köhnə avtomobillərin bazarda satışı da zəifləyib. Satılmadığı üçün alverçilər bu avtomobilləri gətirmirlər".

E.Əliyevin sözlərinə görə, Gürcüstandan gətirilən avtomobillərin sayının azalması yeni tendensiya deyil. Bu hal quru sərhədlərimiz bağlandıqdan bəri müşahidə edilir:

"Lakin hazırda statistikada daha böyük rəqəmlər qeydə alınır. Səbəb taksi fəaliyyəti ilə məşğul olanlara tətbiq edilən yeni qaydalardır. Bunlar da idxala istər-istəməz öz təsirini göstərir".

Yerli bazarı artıq onlar təmin edəcəklər

Müsahibimizin fikrincə, idxal azaldığı üçün insanlar daha çox yerli istehsala yönəlirlər:

"Naxçıvan, Hacıqabul və Neftçaladakı zavodlarımızda istehsal edilən avtomobillərə maraq arta bilər. Bu isə yerli istehsalın daha da inkişafı, stimullaşdırılması deməkdir. Yerli bazarı artıq onlar təmin edəcəklər. Bu da onlar üzərində yaranan əlavə məsuliyyətdir. Yerli istehsalımız özünü həm xidmətdə, həm də qiymətdə dəfələrlə sübut edib. Bu səbəbdən artıq insanlarımız da yerli istehsala güvənirlər. Əsasən də taksi fəaliyyəti ilə məşğul olan şirkətlər yeni qaydalardan sonra yerli istehsalımız olan avtomobilləri almağa meyillidirlər".

Ekologiyamızı da qorumuş olacağıq

E.Əliyev qeyd edib ki, köhnə avtomobillərin azalmasını müsbət qiymətləndirməliyik, çünki ekologiyamızı xilas edirik:

"Gürcüstandan avtomobil idxalının azalması bazarımız üçün də sərfəlidir. Çünki bazara ucuz və keyfiyyətsiz avtomobillərin gətirilməsi heç kimə sərf etmir. Əksinə, hər kəsə lazımdır ki, ölkəyə daha keyfiyyətli və alıcılıq qabiliyyəti yüksək avtomobillər gətirilsin. Ölkəmizin də atdığı addımlarda məqsəd bundan ibarətdir. Bu sayədə həm də ekologiyamızı da qorumuş olacağıq".

Daha çox şərq ölkələrindən gətirilir

Nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, insanların artıq elektromobillərə yönəlməsi dövrün tələbidir:

"Gürcüstandan gətirilən avtomobillərin həm sayı, həm də dəyəri azalıb. Buna səbəb kimi son dövrlər elektromobillərə, hibrid avtomobillərə marağın artmasını göstərə bilərik. Avtomobil sahibi olmaq istəyənlər artıq bu yöndə qərar verirlər. Elektromobillər həm müasir, həm komfortlu, həm də ucuzdur. Bu səbəbdən də insanlar onu seçirlər. Bu, bütün dünyada gedən prosesdir. Elektromobil və hibrid avtomobillər isə daha çox şərq ölkələrindən gətirilir. Bu səbəbdən Gürcüstandan gətirilən maşınlara maraq azalıb".

Y.Mustafayevin sözlərinə görə, qeyd edilən statistik rəqəm zaman keçdikcə daha da artacaq:

"Düşünürəm ki, gələcəkdə Gürcüstandan, Avropadan gətirilən avtomobillərin sayı daha da azalacaq. Bu tendensiyanın olması hər bir halda müsbətdir. Çünki bizə Gürcüstandan daha çox işlənmiş avtomobillər gətirilirdi. Onlar da avtomobil parkımızın yenilənməsi əvəzinə, əksinə, daha da köhnəlməsinə gətirib çıxarırdı. Hədəfimiz də ölkəyə ekoloji avtomobilləri gətirmək olduğu üçün azalması daha yaxşıdır".

"Avtomobil bazarımız yetəri qədər dolub"

İqtisadçı Fuad İbrahimovun fikrincə, ola bilər ki, gələcək aylarda avtomobil idxalı daha da artsın:

"Müəyyən bir dövrün statistikasına əsasən fikir söyləmək mümkün deyil. Bu dövrdə avtomobil az gətirilibsə, növbəti aylarda arta bilər. Gürcüstan avtomobillərin depolandığı ərazidir. Onların beynəlxalq limanına müxtəlif ölkələrdən avtomobillər gətirilir, sonra isə digər ölkələrə ixrac edilir. Gürcüstandan avtomobil idxalının azalması müsbət haldır. Çünki avtomobil bazarımız yetəri qədər dolub. Bu zaman idxal çox olduğu üçün satışda da müxtəlif məhdudiyyətlər yaranır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1074   Tarix: 16 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gecələr əlləri keyiyənlərin DİQQƏTİNƏ: Səbəb təkcə yataq vəziyyəti deyil

Gecə yuxudan əlinizin keyiməsi, barmaqlarınızda iynələnmə və ya əlinizi hiss etməmək səbəbindən oyanırsınızsa, bunun səbəbi həqiqətən də narahat yatış vəziyyəti ola bilər. Lakin bu əlamətlər mütəmadi təkrarlanırsa, sinir sistemi ilə bağlı problemlərdən xəbər verə bilər və diqqət tələb edir. -a istinadə

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr
.

Yaş saçla yatmayın: Bu riski artıra bilər

Yaş saçla yatmaq vərdişi zamanla saçların görünüşünə və vəziyyətinə mənfi təsir göstərə bilər. Mütəxəssislərin sözlərinə görə, saç yaş olduqda daha həssas vəziyyətə düşür. Su saç telinin müvəqqəti olaraq şişməsinə səbəb olur və nəticədə saçın xarici qoruyucu təbəqəsi olan kutikula xarici təsirlərə qarş

4 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr