Olland: Fransada makronizm erası bitmək üzrədir
"Fransada makronizm (Fransa prezidenti Emmanuel Makron - Qeyd) erası bitmək üzrədir".
"Report" xəbər verir ki, bu barədə Fransanın keçmiş prezidenti Fransua Olland "Frans Press" agentliyinə müsahibəsində bildirib.
"Makronizm, əgər mövcud olubsa, artıq bitib ", - deyə o qeyd edib.
Sabiq prezident qeyd edib ki, Makronun mandatı bitməyib, lakin o, artıq növbəti seçkilərdə iştirak edə bilməyəcək: "Makron hakimiyyətə gələndə Fransa siyasətinin artıq sağ və sol arasında bölünməyəcəyini bəyan etmişdi. Artıq siyasətdə təcəssüm etdiyi dövr bitdi".
2017-ci ildə son dərəcə aşağı reytinqinə görə ikinci müddətə namizəd olmaqdan imtina edən Olland böyük siyasətə qayıtmağa cəhd etmək niyyətindədir. O, əvvəllər Tul kommunasının deputatı və meri olduğu Korrez departamentində (mərkəzi Fransa) solçu "Yeni Xalq Cəbhəsi" alyansından növbədənkənar parlament seçkilərində iştirak etmək qərarına gəlib.
Qeyd edək ki, iyunun 9-da Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə keçirilən seçkilərdə tərəfdarlarının məğlubiyyəti fonunda Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq qərarına gəlib. Növbədənkənar seçkilərin birinci turu iyunun 30-da, ikinci turu isə iyulun 7-də keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 743 Tarix: 22 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman
5 iyulAydan başqa, Yerin daha bir təbii peyki var, amma əsl peyk hesab edilmir
Bu kosmik cisim Ay kimi Yer ətrafında fırlanmır. Əvəzində Günəş ətrafında elə bir orbit üzrə hərəkət edir ki, Yerlə uzun müddət kvazipeyk münasibətində qalır. Qaynarinfo xəbər verir ki, Çinin "Tianwen-2" kosmik aparatı təxminən bir illik uçuşdan sonra ehtimal ki, Yerin kvazipeyki hesab oluna
6 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyulKonqoda Ebolaya yoluxanların sayı artır
Konqo Demokratik Respublikasında (KDR) laboratoriyada təsdiqlənmiş Ebola qızdırması hallarının sayı son 24 saatda 32 nəfər artaraq 1830-a çatıb. -ın TASS-a istinadən xəbərinə görə, bu məlumatlar ölkənin Rabitə və KİV İşləri Nazirliyinin gündəlik bülletenində göstərilib. Məlumata görə, Eboladan ölənləri
11 iyulElbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı
Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki
11 iyulYüksək intellektə malik insanlarda bu iki xüsusiyyətə tez-tez rast gəlinir
Bir çox insan ağıllı şəxsi sakit, özünəinamlı və hər zaman düzgün qərarlar qəbul edən biri kimi təsəvvür edir. Lakin müasir araşdırmalar göstərir ki, yüksək intellekt bəzən ətrafdakılar tərəfindən səhvən çatışmazlıq kimi qiymətləndirilə bilən daha az nəzərə çarpan xüsusiyyətlərlə də müşayiət olunur
10 iyul