KİV: Ukraynaya Rusiyanın əsas aerodromlarına Amerika silahları ilə hücum etmək qadağan edilib
Ukraynaya Rusiyanın əsas aerodromlarına Amerika silahları ilə hücum etmək qadağan edilib.
"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Washington Post" məlumat yayıb.
Belə ki, Ukrayna rəsmiləri nəşrə bildiriblər ki, ABŞ sərhəddən 100 km-dən çox məsafədə silahlarının istifadəsini məhdudlaşdırıb. Qəzetin yazdığına görə, Amerika silahlarının hücumuna məruz qalmayan əsas aerodromlar Rusiyaya ciddi üstünlük verir.
Pentaqonun sözçüsü mayor Çarli Dits bildirib ki, Kiyev ABŞ-ın verdiyi silahlardan Rusiya qoşunlarının Ukrayna ərazisini ələ keçirməyə çalışdığı yerlərin qorunması üçün istifadə edə bilər:
"Söhbət coğrafiyadan və ya konkret radiusdan getmir, lakin Rusiya öz ərazisindən Ukraynaya hücum edərsə və ya hücuma hazırlaşırsa, o zaman Ukraynanın sərhəddən ona hücum edən qüvvələrə cavab zərbələri endirmək imkanı var. Kiyevə həmçinin, Ukrayna hava məkanını bombalamaq niyyətində olduqları təqdirdə Rusiya təyyarələrinə zərbələr endirmək üçün Vaşinqton tərəfindən təchiz edilmiş hava hücumundan müdafiə sistemlərindən istifadə etməyə icazə verilir".
Qəzet yazıb ki, Ukrayna Silahlı Qüvvələri Ağ Ev və Pentaqon rəsmilərinin bəyanatlarında göstərdikləri kimi əhəmiyyətli hərəkət azadlığına malik deyillər. Kiyevdəki mənbə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri atəş məsafəsində Rusiyaya hücumlar təşkil etməkdə məhduddur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu şəxslərin maaşı və pensiyası ARTILIR