Dodik: ABŞ öz maraqları naminə bütün dünyada təxribat törədir
ABŞ digər ölkələrin maraqlarına məhəl qoymur və öz məqsədlərinə çatmaq üçün Bosniya və Herseqovinanın daxili işlərinə qarışır.
"Report"un məlumatına görə, bunu Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik "X" sosial şəbəkəsində bildirib.
"Maykl Mörfi (ABŞ-nin Bosniya və Herseqovinadakı səfiri) dünən dediyi kimi, Serb Respublikasının Bosniyadan dinc yolla ayrılması ABŞ-nin maraqları üçün təhlükə yaradır. Serblərin, bosniyalıların və xorvatların öz hüquqları yoxdur? Yalnız ABŞ-nin maraqları vacibdir? Biz 3 xalq bütün məsələləri öz aramızda həll etməliyik", - Dodik qeyd edib.
Prezident bəzi bosniyalı siyasətçilərin Vaşinqtonun bosniya serblərinə kömək etmək istəyinə inamını "dərin aldanma" adlandırıb:
"Amerikanı ancaq özü maraqlandırır, bosniyalılar, serblər və xorvatlar onun üçün ötənilki qar kimidir. İraq, Suriya, Liviya, Misir, Əfqanıstanda öz maraqlarını təmin etmək üçün xaos yaradıblar. Niyə bosniyalı siyasətçilər sadəlövhcəsinə özlərinin xüsusi olduğuna və onlara nəsə veriləcəyinə inanırlar".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 967 Tarix: 23 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrİranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var
İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır
26 sentyabrDaha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabrŞiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabr