İrəvanda separatçılar "ovlanır": Şahramanyanın ofisinə hücum edildi - VİDEO

İrəvanda separatçılar "ovlanır": Şahramanyanın ofisinə hücum edildi - VİDEOErmənistanda separatçılarla hakimiyyət arasında mübarizə kəskinləşib.

Publika.az Ermənistan mediasına istinadən baş verənlərin detallarını təqdim edir.

İki həftə öncə Ermənistanın İstintaq Komitəsinin müstəntiqləri separatçıların İrəvana qaçan sonuncu "başçısı" Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə etmək üçün onun əyləşdiyi "nümayəndəliyin" binasına gedib. Lakin Şahramanyan binada olmayıb. Məlumata görə, Ermənistan hökuməti separatçıların İrəvanda hələ də fəaliyyət göstərən qondarma "nümayəndəliyinin" binasını da onların əllərindən almaq istəyir.

Şahramanyan da öz növbəsində Paşinyana qarşı açıq mübarizəyə başlayıb. O, iyunun 13-də Xankəndinin keçmiş qondarma "meri" Davit Sarkisyanın məhkəməsinə gedib, çıxarkən jurnalistlərə açıqlamasında hakimiyyəti tənqid edib, Qarabağda baş verənlərə görə Paşinyanı günahlandırıb.

Onun bu açıqlamalarından 8 gün sonra İstintaq Komitəsinin müstəntiqləri xüsusi təyinatlı qüvvələrlə birlikdə yenidən qondarma "nümayəndəliyin" binasına gedib. Binanın qapıları bağlı olduğu üçün içəri girə bilməyiblər, lakin cəmi 7 dəqiqə gözləmədən sonra qapıları qıraraq, içəridəki avtomobili müsadirə ediblər.

Ermənistan hakimiyyətinə qarşı etirazlara liderlik edən "Vətən üçün Tavuş" hərəkatının rəhbəri, keşiş Baqrat Qalstyan isə buna cavab olaraq, öz avtomobilini Şahramanyana verib.

Bütün bu məlumatların mediadan maksimum gizlədildiyi deyilir. Mediaya sızan məlumatlar isə göstərir ki, İrəvanda separatçılarla hakimiyyət arasındakı mübarizə artıq fiziki mərhələyə keçib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 894   Tarix: 25 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İranda dəhşətli avtobus qəzası: Xeyli ölən və yaralanan var

İranda Tehran şəhərinin cənub-qərbində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Bu barədə İran mətbuatına istinadən məlumat verir. Tehrana doğru hərəkət edən avtobus Saveh-Hamedan avtomobil yolunda aşıb. Hazırda hadisənin səbəbləri araşdırılır

26 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr
.

ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir

ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar

27 sentyabr
.

Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila

27 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

26 sentyabr
.

Səudiyyə Ərəbistanı Ər-Riyada uçan iki Husi dronunu vurduğunu bildirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 26 sentyabr gecəsi Yəmən husiləri tərəfindən krallığın paytaxtı Ər-Riyada doğru atılan iki dron vurduğunu bildirib. xəbər verir ki, koalisiya husilərin raket və dron təhdidlərini izlədiyini bildirib, lakin dronların vurulması ilə bağlı əlavə məlumat verməyib

26 sentyabr
.

"Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib

Ermənistan vətəndaşlarının yarısından çoxu (54,4%) respublika ərazisində Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qalmasının lehinə çıxış edib. "Report" xarici mediaya istinadən xəbər verir ki, bunu "Gallup International" xidməti tərəfindən təqdim olunan araşdırmanın nəticələri göstərir

27 sentyabr
.

Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb

İspaniyada ana və yetkin yaşda olan qızı təxminən iki il ailə başçısının meyiti ilə eyni evdə yaşayıblar. Dəhşətli hadisə Barselona yaxınlığındakı Kabrera-Danoya bələdiyyəsində aşkarlanıb. -a istinadən bildirir ki, Kan-Formiqa yaşayış massivinin sakinləri vəziyyətdən şübhələnərək polisə müraciət ediblər

27 sentyabr