Həbsxanalarda sıxlıqdır: 500-dən çox məhbus vaxtından əvvəl azad ediləcək
Şotlandiya hökuməti penitensiar sistemdə həddindən artıq sıxlıq səbəbindən 500-dən çox məhbusun vaxtından əvvəl azadlığa buraxılmasını təsdiqləyib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, söhbət 4 ildən az müddətə azadlıqdan məhrum edilən və yaxın 6 ayda cəza müddəti bitəcək məhbuslardan gedir. Onların azadlığa buraxılması bütün Şotlandiya həbsxanalarında bir neçə həftə ərzində mərhələlərlə həyata keçiriləcək. Seksual xarakterli cinayətlər və məişət zorakılığı törətmiş şəxslər vaxtından əvvəl azadlığa buraxıla bilməyəcəklər.
Şotlandiyada cinayət qurbanlarına yardım göstərən "Victim Support Scotland" xeyriyyə təşkilatı yerli hökumətin hərəkətlərindən narahatlığını bildirib. "Bu, sonuncu dəfə baş verəndə azad olunanların 40 faizdən çoxu altı ay ərzində yenidən cinayət törətmişdir. Bu, daha çox itkiyə səbəb olub. İnanırıq ki, indi də belə olacaq", – təşkilatın icraçı direktoru Keyt Uolles bildirib.
O, qurbanların təhlükəsizliklərindən narahat olduqlarını vurğulayıb. "Bizim məlumatımız var ki, məhbuslardan bəziləri artıq öz qurbanlarına tezliklə azadlığa çıxacaqları barədə məlumat veriblər", - o əlavə edib.
"Sky News"un məlumatına görə, hazırda Şotlandiyada təxminən 8300 nəfər həbsdədir. Hədəf tutum 8 min məhbusdur. Həbsxanaların sıxlığı ilə bağlı problemlər İngiltərə və Uelsdə də yaşanır.
Böyük Britaniya Ədliyyə Nazirliyinin məlumatına görə, orada maksimum tutumu 87,4 min nəfər olan 88,8 min nəfər həbsdədir.bu səbəbdən də may ayında İngiltərə və Uelsdə 70 gündən az müddətdə dəmir barmaqlıqlar arxasında qalan bir sıra məhbuslar da vaxtından əvvəl azadlığa buraxılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Bu şəxslərin maaşı və pensiyası ARTILIR