Japarov bacısı qızının bu davranışına görə üzr istədi - Video

Japarov bacısı qızının bu davranışına görə üzr istədi - VideoQırğızıstan Prezidenti Sadır Japarovun bacısı qızı Lazzat Nurkojoyeva evlilik təklifi ilə bağlı ölkənin Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterdən istifadə edib. Belə ki, onun sevgilisi ilə Oruu-Say dərəsinə uçduğunu göstərən video səs-küyə səbəb olub.

"Qafqazinfo" xarici mediaya istinadən xəbər verir ki, dövlət başçısının yaxın qohumunun sevgilisi ilə birlikdə FHN-in təyyarəsindən bu formada istifadəsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkə istifadəçiləri onu tənqid edərək bildiriblər ki, ölkə rəhbərlərinin qohumları və dostları başqalarına nümunə olmalıdırlar: "Fövqəladə Hallar Nazirliyi helikopteri bunun üçün alıbmı? Prezident deyib ki, israfçılığa son qoyulsun".

Sadır Japarov məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Lazzat gələcək həyat yoldaşı ilə prezidentin israfçılığın qadağan edilməsi təşəbbüsünü dəstəkləməli idi.

"Düz deyirsiniz, ölkə rəhbərliyinin qohumları başqalarına nümunə olmalıdır. Mən dəfələrlə demişəm ki, israfçılığı dayandırmaq lazımdır. Ən azı gələcək kürəkən bu təşəbbüsü dəstəkləməli, həm məni, həm də özünü cəmiyyətin tənqid hədəfi etməzdən əvvəl düşünməli idi. Düşünürəm ki, o, gənc olduğu üçün bunu edib", - Qırğızıstan Prezidenti "Kabar" agentliyinə şərhində deyib.

O əlavə edib ki, Fövqəladə Hallar Nazirliyi yeni helikopterlər alıb: "Biz helikopterlərin kommersiya məqsədləri üçün istismarına icazə vermişik. İstənilən şəxs vertolyot icarəyə götürə bilər və hər qəpik dövlət büdcəsinə daxil olur ki, biz gələcəkdə yeni helikopterlər ala bilək. Beləliklə, təyyarə parkı mütəmadi olaraq yenilənəcək".

Prezident bacısı qızının hərəkətinə görə üzr də istəyib: "Əvvəllər başqalarını tənqid edirdim, amma indi özüm buna məruz qalıram. Bacım qızına görə xalqdan üzr istəyirəm, o hələ gəncdir, cəmiyyətdən də tənqid görür. Ümid edirəm ki, o, düzgün nəticə çıxaracaq".

Japarov bacısı qızının bu davranışına görə üzr istədi - VideoJaparov bacısı qızının bu davranışına görə üzr istədi - Video


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1420   Tarix: 27 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bill Qeyts süni intellektin bəşəriyyətə təhlükəsi barədə xəbərdarlıq edib

Süni intellekt çox sayda insanın ölümünə səbəb ola biləcək təhlükələr yaratmaq potensialına malikdir. "Report"un məlumatına görə, "Microsoft"un təsisçisi Bill Qeyts bunu "NBC News"a müsahibəsində bildirib. "Süni intellekt şübhəsiz ki, bir milyard insanın ölümünə səbə

26 sentyabr
.

Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib

Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları

26 sentyabr
.

Moskva İrəvanın müraciətini yetərli saymadı: Məhdudiyyətlər qüvvədə qaldı

Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırmayıb. xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. Qurumdan bildirilib ki, Ermənistan tərəfi əvvəllər istehsal müəssisələrind

27 sentyabr
.

Trampdan Rusiya və Çinə dialoq TƏKLİFİ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində

26 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr
.

Argentinada müəmmalı balina ölümləri: Narahatedici tendensiya aylardır davam edir - VİDEO

Argentinanın cənubunda yerləşən Çubut əyalətinin sahillərində yenidən onlarla ölü cənub hamar balinası balası aşkar edilib. xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, "Conicet" Milli Tədqiqat Şurasının Dəniz Məməliləri Laboratoriyasının tədqiqatçısı Mariano Koskarella car

27 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr
.

Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız

27 sentyabr
.

Pentaqonun rəsmi hesabatı: İranla münaqişədə yaralanan hərbçilərin sayı açıqlandı

İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb. xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin verdiyi itkilərlə bağlı Pentaqonun dərc etdiyi son hesabatda qeyd olunub. Məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladıla

26 sentyabr