Bayden və Tramp debatda bir-birinə nələri dedilər? - Çıxışların ən maraqlı hissəsi
ABŞ tarixində ilk dəfə sabiq və hazırki prezidentlər arasında debat baş tutub.
BAKU.WS RT-yə istinadən xəbər verir ki, dünən Corciya ştatının Atlanta şəhərində keçirilən debatda Co Bayden və Donald Tramp söz savaşına çıxıblar.
Tramp debat zamanı Baydenin əqli bacarıqlarından danışıb, rəqibi isə onu sərt tənqid etməkdən çəkinməyib.
Noyabrda keçiriləcək prezident seçkilərinə 4 ay qalmış Bayden və Tramp arasındakı debatın xülasəsini təqdim edirik:
▪️ Baydenin çıxışı:
ABŞ İsraili xilas etdi;
Ukraynada münaqişə bütün dünyanı əhatə etmək təhlükəsi ilə üz-üzədir;
Trampı "uğursuz və məğlub olmuş", həmçinin "qışqıran" adlandırdı;
Özünü ABŞ-ın bir əsr ərzində əsgərlərinin ölkə hüdudlarından kənarda ölmədiyi ilk prezidenti adlandırdı. (Əfqanıstanı unutdu);
ABŞ-nin hazırkı iqtisadi uğurlarına heyran olduğunu, Trampın komandasının isə ölkəni fəlakətə sürüklədiyini dedi;
"Mən hələ belə axmaqlıqlar eşitməmişəm - O, [Tramp] ABŞ-ı NATO-dan çıxarmaq istəyir".
▪️ Trampın çıxışıi:
ABŞ Baydenin üzündən iflasa uğrayır. O, ölkəni üçüncü dünya müharibəsinə sürükləyəcək, Kim Çen In və Si Cinpin ona hörmət etmir;
Moskvanın Ukrayna münaqişəsinin dayandırılması üçün irəli sürdüyü şərtlər qəbuledilməzdir;
Ukrayna münaqişədə məğlub olur, bu müharibə başlamamalı idi, ona artıq çox pul xərclənib;
Prezident olduğu anda Ukrayna böhranını həll edəcəyini vəd etdi;
Əqli bacarıqlar üzrə iki testdən keçdiyini, Baydenin isə birindən belə keçmədiyini dedi;
Əgər prezident seçkilərində Bayden qalib gəlsə, ABŞ-dən heç nə qalmayacaq;
ABŞ-ınin Əfqanıstandan qoşunlarını çıxarmasını ölkənin tarixində ən utancverici gün adlandırdı.
▪️ Debatlardan sonra:
Cill Bayden Ağ Ev rəhbərinə səhnədən düşməyə köməklik etdi;
Qərb KİV-lərində ABŞ prezidentinin çaşqın göründüyü, səhvlər etdiyi və məğlub olduğu yazıldı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiya yaşı ilə bağlı yeni QAYDA
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Pensiya və müavinətlərlə bağlı YENİ XƏBƏR
Toyuq əvvəl yaranıb, yoxsa yumurta? - Elm cavab verdi
Bu şəxslərin maaşı və pensiyası ARTILIR