İranın girov diplomatiyasının daha bir "uğur"u

İranın girov diplomatiyasının daha bir "uğur"uİranda növbədənkənar prezident seçkisinin təbliğat kampaniyasına start verildikdən cəmi bir neçə gün sonra beynəlxalq aləmdə, xüsusən hüquq müdafiə təşkilatları arasında geniş əks-səda doğuran bir hadisə baş verdi: iyunun 15-də İsveçdə ömürlük həbs cəzasına məhkum olunmuş İran vətəndaşı Həmid Nuri azad edilərək ölkəsinə qaytarıldı. 1988-ci ildə İranda siyasi məhbusların kütləvi surətdə edam edilməsinin fəal iştirakçılarından biri olan və o zamanlar Həmid Abbasi adı ilə tanınan bu şəxs 2019-cu ilin noyabrında Stokholm hava limanında İsveç polisi tərəfindən saxlanmışdı. Ona qarşı məhbuslara işgəncə verilməsi və onlarla qeyri-insani rəftar, 100-dən çox insanın qətlə yetirilməsində bilavasitə iştirak ittihamları irəli sürülmüşdü.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.

Həmid Nurinin 9 ay davam edən məhkəmə prosesində 34 şikayətçi və 26 şahidin dindirilməsi ilə 92 iclas keçirilmiş, son olaraq, 2022-ci ilin iyul ayında onun barəsində ömürlük həbs hökmü çıxarılmışdı. Ötən ilin dekabrında İsveç Apellyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlamışdı.

Bu baxımdan onun İsveç hökuməti tərəfindən azad edilərək İrana verilməsi çoxları üçün gözlənilməz olub, bir çox beynəlxalq qurumların, xaricdəki İran siyasi təşkilatlarının, eləcə də repressiya qurbanlarının ailə üzvləri və yaxınlarının etirazları ilə qarşılanıb. Bu azmış kimi, Tehranda təmtəraqla və gül-çiçəklə qarşılanan Həmid Nurinin kameralar qarşısında ədalət məhkəməsinə meydan oxuyan açıqlaması əsəbləri tarıma çəkib. Tezliklə aydın olub ki, Həmid Nurinin azad edilməsi İranın girov diplomatiyasının daha bir dırnaqarası "uğur"undan başqa bir şey deyil. Çünki bunun müqabilində İranda qondarma ittihamlarla həbsdə saxlanan Avropa İttifaqının İsveçdən olan diplomatı Yohan Floderus və İsveç-İran vətəndaşı Səid Əzizi azad olunaraq vətənlərinə qayıdıblar. O da məlum olub ki, bu proses Omanın vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində baş tutub.(oxu.az)


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 724   Tarix: 29 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27 sentyabr
.

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı PLAN TƏQDİM ETDİ

İran ABŞ-yə Hörmüz boğazında normal gəmiçiliyin bərpasını nəzərdə tutan yeddigünlük plan təqdim edib. xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb. Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçının təqdim etdiyi plana əsasən, ABŞ təklif olunan şərtləri qəbul etdiyi anda

27 sentyabr
.

ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb

ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah

26 sentyabr
.

ABŞ Kubaya qarşı hərbi əməliyyata HAZIRLAŞIR: Ordunun daxili sənədi ÜZƏ ÇIXDI

ABŞ Silahlı Qüvvələri Kubada mümkün hərbi əməliyyata hazırlıqları davam etdirir. xəbər verir ki, bu barədə "CBS News" ABŞ Quru Qoşunlarının daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, ABŞ Quru Qoşunlarında Mərkəzi və Cənubi Amerika, eləcə də Karib regionunu əhatə edə

27 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr
.

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini

27 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr
.

NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı

NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin

26 sentyabr
.

Ərdoğan: Türkiyə Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir

Türkiyə həm bölgə baxımından strateji əhəmiyyətli, həm də Orta Dəhlizi daha da güclü edəcək TRIPP kimi təşəbbüsləri dəstəkləyir. "Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-da yayımlanan "Newsweek" jurnalının suallarını cavablandırarkən söyləyib

27 sentyabr