Tənginəfəs olursunuzsa, bunu oxuyun
Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. Təmiz havaya çıxanda belə hava çatışmır kimi hal yaşaya bilərsiniz.
Axşam.az xəbər verir ki, tənginəfəslik ağciyər emfizemasının göstəricisidir. Ağciyər emfizeması zamanı ağciyərin toxumalarının hərəkətliyi düşür, havalılıq yüksəlir. Emfizema zamanı ağciyərdəki hava kisəcikləri gərilib genişlənir. Bu zaman hava kisəciklərini bir-birindən ayıran incə divarlar cırılır. Bu da ağciyərin elastikliyinin pozulmasına gətirib çıxarır. Beləcə, ağciyərdə qan və hava tarazlığı pozulur.
Ağciyər get-gedə genişlənir, solur və daşlaşır. Ağciyərin funksiyasının bu cür pozulması digər orqanlara da mənfi təsir göstərir. Xəstədə qan çatışmazlığı aşkarlanır. Burada həmçinin genetik faktorlar da əsas rol oynayır, yəni əgər nəsildə kimdəsə vərəm və ya başqa ağciyər xəstəlikləri olubsa, bu irsən ötürülür. Bəzən yaşlı insanlarda da bu xəstəliyə tez-tez rast gəlmək mümkündür. Bu soyuqdəymə, qrip nəticəsində əmələ gəlir. Buna görə də yaşlı insanlara qripəleyhinə peyvənd etdirmək məsləhətdir.
Xəstəliyin məkanı: ağciyər, bronxlar, tənəffüs yolları.
Əgər səndə döş qəfəsinin formasını dəyişməsi, çətin nəfəsalma, qabırğaarası məsamələrin genişlənməsi, xırıltı səsi, ürəyin küt nahiyəsinin kiçilməsi, halsızlıq, yorğunluq, bəlğəmli öskürək varsa, fiziki iş qabiliyyətin günü-gündən aşağı düşürsə, üzün və əllərin tez-tez göyərirsə, demək, sən ağciyər emfizemasının əsarətindəsən.
Səbəb nədir:
Xəstəliyin yaranmasının əsas səbəbi xroniki bronxitdir. Siqaret çəkmək, spirtli içkilər içmək, havanın müxtəlif toz hissəcikləri ilə çirklənməsi, stress - xəstəliyin inkişafına təkan verən amillər sırasındadır. İnfeksion xəstəliklərə yoluxmaq da ağciyər emfizeması əmələ gətirir.
Kimlər risq altındadır?
· İmmuniteti zəif olanlar
· Qapalı, oturaq iş rejimində və kompüterdə çalışanlar
· Spirtli içki, siqaret və narkotika aludəçiləri
· Nəfəs musiqi alətlərində çalanlar
· Pəhriz saxlayanlar
· Tez-tez qripə yoluxanlar
Xəstəliyin dəhşətli fəsadları:
İnsanlar arasında belə bir adət var ki, öskürək, boğulma olanda bunu soyuqdəymə, qrip, boğaz ağrısı ilə əlaqələndirirlər. Buna görə də tövşüməyə, nəfəs çatışmazlığına önəm vermirlər. Ona görə də bu irəliləyərək xəstəliyə - ağciyər emfizemasına çevrilir. Müalicənin gecikdirilməsi ürək çatışmazlığına gətirib çıxarır. Uzun illər müalicə aparılmadıqda isə xəstəlik ölümlə nəticələnə bilər. Yaşlılarda bu bədxassəli şişə çevrilir.
Diqqət! Diqqət!
Ağciyər emfizemasının vərəmə keçmə riski böyükdür. Əgər evdə bu xəstəliyin ağır formasından əziyyət çəkən varsa, ailənin digər üzvləri də müayinədən keçməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Portağal şirəsinin psixi sağlamlıq üçün gözlənilməz faydası tapıldı
Portağal şirəsi dietologiyada mübahisəli mövzulardan biridir. Bəziləri onun tərkibində çoxlu şəkər olduğunu və buna görə "faydalı" hesab edilə bilməyəcəyini düşünür. Digərləri isə onun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola biləcək vacib vitamin və qida maddələri ehtiva etdiyini vurğulayır
15 sentyabrƏməliyyatdan sonra xəstə ölümlərinin səbəbi nədir? - AÇIQLAMA
Əməliyyatın uğurla başa çatması xəstənin təhlükəni tam geridə qoyması anlamına gəlmir. Əməliyyat zamanı və sonrakı dövrdə qanaxma, infeksiya, tənəffüs və ürək-damar problemləri, tromboz, orqan çatışmazlığı, eləcə də anesteziya ilə bağlı ağırlaşmalar həyati risk yarada bilər. Bəs, əməliyyatdan sonra xəstəni
3 sentyabrİltihabla mübarizə aparan 8 çay növü - Diyetoloqların seçimi
Xroniki iltihab diabet, ürək-damar xəstəlikləri və artritlə əlaqələndirilir. Diyetoloq Bonni Taub-Diks "Good Housekeeping"ə açıqlamasında bildirib ki, adi bir fincan çay tərkibindəki faydalı maddələr sayəsində sağlamlığı dəstəkləməyin sadə və dadlı üsuluna çevrilə bilər. Qaynarinfo xəbər veri
11 sentyabrİnfarkt zamanı nə etməli? - Professor vacib məqamları açıqladı
Ürək-damar xəstəlikləri uzun illərdir dünya üzrə ölüm səbəbləri arasında 13 faizlə ilk sırada yer alır. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, hər il 9 milyon insan işemik ürək xəstəlikləri səbəbilə həyatını itirir və bu göstərici gündən-günə artır. Qaynarinfo xəbər verir ki, ürək v
2 sentyabrYod çatışmazlığı təhlükəlidir
Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir. Axşam.az xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur. Yod çatışmazlığının orqanizmə verdiyi zərərlər isə təhlükəlidir. Yod təbiətd
30 avqustHədsiz artıq çəkinin yaranmasının səbəbi nələrdir? - AÇIQLAMA
Son illər artıq çəki problemi yalnız qidalanma vərdişləri ilə deyil, həyat tərzi, stress, yuxu rejimi və müxtəlif sağlamlıq faktorları ilə də əlaqələndirilir. Bəzən insan az yediyini düşünsə də, çəkisi artmaqda davam edir. Bu isə artıq çəkinin arxasında başqa səbəblərin olub-olmaması sualını gündəm
8 sentyabrXərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
ABŞ-ın Moderna şirkətinin melanoma xəstələri üçün hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında ümidverici nəticələr əldə olunub. xarici mediaya istinadla xəbər verir ki, söhbət Moderna və Merck şirkətlərinin birgə hazırladığı eksperimental Intismeran vaksinindən gedir. Preparat yüksək riskl
13 sentyabrAlimlər qocalmanı yavaşladan ideal yuxu müddətini açıqladı - 8 saat deyil
Daim eşidirik ki, hər gün səkkiz saat yatmaq lazımdır. Lakin yeni və genişmiqyaslı araşdırma bu rəqəmin bir qədər şişirdildiyini, səkkiz saatdan çox yatmağın isə əks təsir göstərə biləcəyini ortaya qoyub. Qaynarinfo xəbər verir ki, bu barədə "MoneyTalksNews" yazır. "Nature" jurnalınd
14 sentyabrSən demə, bu meyvələr "diabetin dostu" imiş - QIZIL SİYAHI
Tərkibində lifin bol olması və aşağı qlisemik indeksə malik olmasıyla seçilən bəzi meyvələr qan şəkərinin nəzarətdə saxlanmasına kömək edir. Bəs diabet zamanı hansı meyvələrə üstünlük vermək olar?. həmin siyahını təqdim edir:. Avokado. Demək olar ki, çox az şəkər ehtiva edən, sağlam yağlar və lif baxımında
30 avqust