Rusiya müsəlman qadınlarla bağlı qadağanın təcili qəbuluna tələsir

Rusiya müsəlman qadınlarla bağlı qadağanın təcili qəbuluna tələsirİstintaq Komitəsinin rəhbəri: "Təcili olaraq bütün bunları qadağan etməliyik"
Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyada niqabla bağlı qadağa tətbiqini dəstəkləyib. O, bu barədə Sankt-Peterburqda keçirilən Beynəlxalq Gənclər Hüquq Forumunun sessiyasında bildirib.

Musavat.com xəbər verir ki, sessiya dinləyicilərindən biri deyib ki, qadınların üzünü örtən geyim elementlərinin geyinilməsinə qadağa Mərkəzi Asiya ölkələrinin, xüsusən də Özbəkistanın hakimiyyət orqanları tərəfindən qoyulub. İndi "orada niqab taxa bilməyənlər bura köçüb Rusiyada taxırlar" deyib. Bastrıkin dinləyiciyə Dövlət Dumasına müraciət etməyi tövsiyə edib. "Dövlət Dumasının vəzifəsi sizin danışdığınız şeyi qadağan edən qanun qəbul etməkdir. Orada [müsəlman ölkələrində] qadağandır, amma burada icazə verilir. Niyə? Bilmirəm, mən qanunverici deyiləm. Amma mən sizinlə razıyam, təcili olaraq bütün bunları qadağan etməliyik", - Bastrıkin cavab verdi.

O əlavə edib ki, "islamçılar və terrorçular" Dağıstanda terror aktı törədiblər, Bu sözlər isə Çeçenistan rəhbəri Ramzan Kadırovun etirazına səbəb olub. Onun sözlərinə görə, Bastrıkin səviyyəsində olan məmurlar "özlərinə belə bəyanatlar verməyə icazə versələr, bu, ölkədəki ictimai-siyasi vəziyyət üçün son dərəcə pis nəticələnə bilər". Maraqlıdır ki, Çeçenistan rəhbəri Bastrıkinin niqab qadağası haqda bəhs etməyib.

Yada salaq ki, Musavat. com bir neçə gün əvvəl Rusiyada ictimai yerlərdə müsəlman qadınların niqab və üzü gizlədən paltarların geyinilməsinin qadağan edilməsi barədə müzakirələrdən yazmışdı. Belə bir qanun layihəsi ilə Dövlət Dumasının Kommunist Partiyasından olan deputatı Mixail Matveyev çıxış edib. Matveyev izah edib ki, bu təşəbbüs dindən deyil, terror təhlükələri və şəxsiyyətin müəyyən edilməsi ilə bağlı yüksək risklər fonunda narahatlıqlarla bağlıdır. Onun fikrincə, ictimai yerlərdə üzü gizlədən geyimlər məhdudlaşdırmaq lazımdır, çünki üzü örtülü olan şəxsi müşahidə kamerası ilə müəyyən etmək mümkün deyil.

Matveyevin niqab qadağası təşəbbüsünü Rusiya Federasiyası Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev dəstəkləyib. O xatırladıb ki, oxşar qadağalar müsəlmanların çoxluq təşkil etdiyi bir sıra Mərkəzi Asiya ölkələrində artıq tətbiq edilib.

Moskva müftisi və Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini İldar Alyautdinov niqab taxmağın ekstremizmin artması ilə əlaqəsi sübuta yetirilərsə, qadağa təklifini dəstəkləyəcəyini bildirib.

Moskva müftisi deyib ki, niqabın qadağan edilməsi cəhdləri "dünyəvi qanunun və Rusiya Konstitusiyanın açıq şəkildə pozulması aktı kimi görünəcək". Üstəlik, onun fikrincə, belə bir qadağa, şübhəsiz ki, Rusiya müsəlmanlarının hiddətinə səbəb olacaq və cəmiyyətdə əlavə gərginlik mənbələri yaradacaq.

Tatarıstanın müftisi Kamil Samiqullin də öz növbəsində Rusiyada niqab taxmağın qadağan edilməsinə qarşı çıxıb.
Volqoqrad vilayətinin müftisi isə əksinə, niqabın qadağan edilməsi təklifini dəstəkləyib. Çeçenistanın müftisi Salah Mejiyev "qadın əvvəlcə sadəcə niqab taxır, gələcəkdə isə ona partlayıcı olan kəmər əlavə olunur" deyib.

Dövlət Dumasının deputatları məsələnin həssaslığını nəzərə alaraq, onun bağlı qapılar arxasında müzakirəsini təklif ediblər. Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin rəhbəri Olqa Timofeyeva bildirib ki, bu mövzu mediadan əvvəl İslam cameəsini nümayəndələri və yerli hakimiyyət orqanları ilə müzakirə olunmalıdır.

Dövlət Dumasının Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov da hesab edir ki, bu müzakirələr qapalı platformada aparılmalıdır.

Hüquq müdafiəçisi Aslan Əmirov isə "Əl Cəzirə"yə deyib ki, bu incə məsələdə tələskənlik olmaz. Onun sözlərinə görə, ölkədəki ümumi vəziyyəti nəzərə almaq və Rusiya cəmiyyətinin birliyinə təsir edə biləcək mövzuları gündəmə gətirməmək vacibdir.

Bu yaxınlarda keçirilən "Rusiya - İslam Dünyası: KazanForum 2024" Beynəlxalq İqtisadi Forumunda qonaqlar arasında niqablı qadınlar da olub. Onun sözlərinə görə, Belçika, Hollandiya, Fransa, İsveçrə kimi niqab taxmağı qadağan edən Avropa ölkələrinin təcrübəsinə istinad etmək yanlış yanaşmadır. "Axı Rusiya müsəlmanların 20%-dən çoxunun yuxarıda qeyd olunan ölkələrdə olduğu kimi mühacir deyil, yerli sakinlər olduğu bir ölkədir" deyə, o bildirib.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1274   Tarix: 30 iyun 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tramp ABŞ və Çinin qarşıdakı razılaşmaları barədə böyük nikbinliklə danışıb

ABŞ Prezidenti Donald Tramp Çin sədri Si Cinpinlə Vaşinqtonda baş tutan görüşün məhsuldar olduğunu bildirərək, gələcək ikitərəfli əməkdaşlıqla bağlı nikbinliyini ifadə edib. "Report" xəbər verir ki, bu barədə o, Çin liderinin ABŞ-yə səfəri başa çatdıqdan sonra "Truth Social" sosia

27 sentyabr
.

Pezeşkian Çinin peyk görüntülərindən istifadə olunması iddialarına münasibət bildirib

İran Prezidenti Məsud Pezeşkian İordaniyadakı ABŞ bazasına zərbələrdə Çinin peyk görüntülərindən istifadə olunmasına dair iddialara münasibət bildirib. "Report" xəbər verir ki, Pezeşkian bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb. O, jurnalistin müvafiq sualına cava

27 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr
.

Məktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi

Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydaların

26 sentyabr
.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

26 sentyabr
.

Si Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək

Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl

27 sentyabr
.

Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız

27 sentyabr
.

"Gallup": Ermənistan vətəndaşlarının təxminən 55%-i Rusiya bazasının Gümrüdə qalmasını dəstəkləyib

Ermənistan vətəndaşlarının yarısından çoxu (54,4%) respublika ərazisində Gümrüdəki 102-ci Rusiya hərbi bazasının qalmasının lehinə çıxış edib. "Report" xarici mediaya istinadən xəbər verir ki, bunu "Gallup International" xidməti tərəfindən təqdim olunan araşdırmanın nəticələri göstərir

27 sentyabr
.

Bill Qeytsdən ŞOK SÖZLƏR: "Süni intellekt bir milyard insanın ölümünə səbəb ola bilər"

"Microsoft" şirkətinin təsisçisi Bill Qeyts hesab edir ki, süni intellekt (Sİ) bir milyard insanın ölümü ilə nəticələnəcək hadisələrə səbəb ola bilər. xəbər verir ki, Qeyts bunu NBC telekanalına müsahibəsində bildirib. "Sİ bir milyard insanın ölümünə səbəb olacaq hadisələrə gətirib çıxar

27 sentyabr