Maldiv adalarında qadın nazir həbs olunub: Ölkə prezidentinə cadu etmək istəyib
Maldiv adalarında ətraf mühit, iqlim dəyişikliyi və enerji naziri Fatimat Şamnaz Əli Salem ölkə prezidentinə qarşı qara magiyadan istifadə etmək cəhdində ittiham edilib.
Nazir Fatimat Şamnaz Əli Salem və daha iki nəfər ölkə prezidenti Məhəmməd Muizzaya qarşı cadugərlik etdikləri üçün həbs ediliblər. Məsələ ilə bağlı istintaq davam edir, işin təfərrüatı açıqlanmayıb.
Maldiv adaları iqlim böhranı ilə bağlı bir çox problemlərlə üzləşdiyi üçün Salem mühüm mövqe tutur. Ada dövlətini əhatə edən su səviyyəsi yüksəlir və bu səbəbdən artıq əsrin sonuna qədər ölkə yaşayış üçün yararsız hala düşə bilər.
Məlumata görə, Maldiv adalarında sehr təcrübələri geniş yayılıb ki, bunlar kimisə lənətləməyə və ya özünə cəlb etməyə imkan verir. Bu rituallardan siyasətdə də istifadə olunur.
Belə ki, 2013-cü ildə Maldiv müxalifəti yerli hökumətə və polisə qarşı şər ruhlardan və lənətlənmiş toyuqdan istifadə etməkdə ittiham olunub.
Ölkədə sehrdən istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulmur, lakin mövcud şəriət qanunlarına görə, sehrbaz və ya cadugər altı aylıq müddətə həbs edilə bilər. Maldiv adaları əhalisinin əksəriyyəti İslam dininə etiqad edir və burada cadugərlik böyük günah sayılır.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1084 Tarix: 30 iyun 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydaların
26 sentyabrTramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrSi Cinpin: Çin və ABŞ ortaq maraqlar əsasında hərəkət edəcək
Çin rəhbəri Si Cinpin Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar zamanı hər iki ölkənin bir-birinə doğru addım atacağına və ümumi maraqlar əsasında hərəkət edəcəyinə ümid etdiyini bildirib. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. "Əməkdaşlıq ikitərəfl
27 sentyabrPezeşkian Trampla görüşün faydalı olacağına inanmır
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Vaşinqton Hörmüz boğazı ilə bağlı Tehranın təklifini qəbul etmədiyi təqdirdə, amerikalı həmkarı Donald Trampla görüşü əhəmiyyətsizdir. "Report" xəbər verir ki, bunu İran rəhbəri "Al Jazerra" telekanalına müsahibəsində deyib. "ABŞ yazdıqlarımız
27 sentyabr