10 yaşlı Nurayla bağlı şok gerçək: "Məktəbə getmirmiş..."

10 yaşlı Nurayla bağlı şok gerçək: "Məktəbə getmirmiş..."Quba Rayon məhkəməsində zorakılıq faktı ilə üzləşən 10 yaşlı Nuray Bayramzadə bu tədris ilində - sentyabrın 15-dən dekabrın 7-dək təhsildən yayınıb.

Sonxeber.az bildirir ki, bunu Trend-ə Ombudsman Aparatının Aparat rəhbəri Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, N.Bayramzadə bu müddətdə təhsil aldığı Quba rayon Alekseyevka kənd məktəbinə müxtəlif vaxtlarda tibbi arayışlar verib. Lakin dekabrın 7-dən sonra o, məktəbə fasilələrlə gedib.

A.Səfixanlı qeyd edib ki, bu il yanvar ayından N.Bayramzadənin təhsil aldığı məktəb dəyişdirilib. Hazırda Quba rayon 4 saylı orta məktəbdə təhsil alan N.Bayramzadə dərslərdə iştirak edir:

"İndi ən çox müzakirə olunan məsələ bu uşağın kimin himayəsində qalacağıdır. Bizi isə indi daha çox bu maraqlandırır ki, uşağın hüquqları təmin olunsun, təhsildən yayınmasın. Hazırda biz onun təhsil məsələsini diqqətdə saxlayırıq. Ombudsman Aparatının Quba Regional bölməsi bu məsələni diqqətdə saxlayır və N.Bayramzadə təhsildən yayınarsa, bu barədə bizə məlumat veriləcək".

A.Səfixanlı qeyd edib ki, hazırda Ədliyyə Nazirliyi tərəfindən məhkəmədə baş verən hadisələrlə bağlı daxili tədqiqat aparılır. Tədqiqat bitən kimi bu barədə Ombudsman Aparatına məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Quba rayon icra şöbəsinin icra məmurları tərəfindən ötən ilin dekabrın 7-də yetkinlik yaşına çatmayan N.Bayramzadənin xalasından alınaraq atası Əvəz Bayramova verilməsi barədə məhkəmə qətnaməsinin icrası prosesində icra məmurlarının azyaşlıya zor tətbiq etməsi ilə bağlı videogörüntü yayılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2063   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ƏHALİNİN NƏZƏRİNƏ! Sabah saat 09:00-dan 14:00-dək...

"Bakı Marafonu 2024" ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq. Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, Bayra

4 may
.

11-ci sinif şagirdi vəfat etdi

Xudatda məktəbli vəfat edib. xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, Hafiz Qubatov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. O, Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinfində təhsil alırdı

3 may
.

Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - HAVA PROQNOZU

Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və axşam bəzi yerlərd

5 may
.

Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabında Pasxa bayramı ilə bağlı paylaşım edib. "Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hamıya möhkəm cansağlığı, xoş duyğular və uzun ömür arzulayıram! Qoy hər bi

5 may
.

Bakı həbsxanasında ÖLÜM

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Mirəli Bəşirov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir

3 may
.

GAZBIR rəhbəri: Türkiyə Avropa ilə LNG ticarəti üçün Azərbaycan və Rusiya qazından istifadə edə bilər

Türkiyə Böyük Millət Məclisində (TBMM) bir sıra qanunvericilik aktlarına qəbul edilmiş dəyişikliklər ölkənin Avropaya, xüsusən də qonşu ölkələrə maye qaz ixracının həcmini artırmağa imkan verəcək. "Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyə Təbii Qaz Paylayıcılar Birliyini

5 may
.

Mayın ilk bazar günü hava necə olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında mayın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qər

4 may
.

Bu tarixdə mobil telefonla danışmayın - Əhaliyə XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, nazirlik əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqət

4 may
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

4 may