Evdə yaşayan sirli varlıq "əyə" barədə maraqlı faktlar - Belə yaranıb
Başqasının həyətinə evinə girib, heç kimi görməyəndə, "ay ev yiyəsi", "kimsə varmı" deyə səs salırıq ki, ev adamları gəlişimizdən xəbər tutsunlar. Amma o an xəbərimiz olmur ki, əslində evin bildiyimiz sahibini yox, gözəgörünməz sahibini, astral varlıqları çağırırıq.
Lent.az "Belə yaranıb" rubrikasında "ev yiyəsi" kəlməsinin arxasında yatan sirli mənadan bəhs edir.
Ruslar ona "domovoy" deyirlər. Türklər isə gah damdabaca, gah da əyə deyərdilər. İnanca görə hər ocağı, yurdu, evi qoruyan bir əyə var. Evdə heç kim olmasa belə, daxil olarkən könlünü xoş eləmək üçün öncə ona səslənib, "ev əyəsi, xoş gördük" demək lazım idi. Əyə sözü qədim türk ləhcələrində iyə, iy, uy, öy kimi də səslənib. Bir çox kəndlərimizdə indi də evə öy deyilməsi ənənəsi də bununla bağlıdır.
İnanca görə, hər evin əyəsi fərqli olur. O bəzən ilan, tısbağa, kirpi, hörümçək, göyərçin şəklində gözə görünür. Deyilənə görə, balaca boylu, yaşlı, qara çuxalı kişi şəklində də gözə dəyir. Bəxtim, qoruyanım, taleyim yatıb anlamını verən "Qaraçuxam yatıb" ifadəsi də el dilində bu səbəblə yaranıb.
Şaman inancına görə, Qobustan 26 min ildir Yer kürəsinin enerjisini tənzimləyən mərkəzdir. Qobustanı qurd, at, qartal libasındakı əyələr qoruyur.
Bir də qədim türklərin və Altayların Kimsənə adlı gözəgörünməz bir varlığa inancı var idi. Kimsənə demək olar ki, əyə sözünün sinonimidir. "Kimsə varmı?" demək, keçmişdən gələn o ənənənin, Kimsənəni salamlamağın yadigarıdır.
Ev əyəsini ev heyvanlarının, xüsusilə pişiklərin gördüyünüə dair rəvayət də var.
İnanca görə, ev əyəsi ev sahibləri mehribandırsa o evə hüzur , bərəkət üçün dua edər. Əgər ev sahibləri həmin evdən köçüb gedərdilərsə "sən də bizimlə gəl, ev əyəsi" deyib onu dəvət edərdilərsə, əyə onlarla birlikdə köçər, əks halda həmin yurda. ocağa bağlı qalardı.
Ev əyəsinin könlünü xoş eləmək üçün ona hərdən şirniyyat hədiyyə edərdilər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1112 Tarix: 03 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qız övladı atanın ömrünü uzadır - Alimlər sübut etdi
Alimlərin apardığı maraqlı araşdırmalardan biri qız övladları ilə ataların uzunömürlülüyü arasında əlaqə olduğunu göstərib. -a istinadən xəbər verir ki, atanın hər bir qız övladı onun ömrünün orta hesabla 74 həftə daha uzun olması ilə əlaqələndirilib. Bu, təxminən 1 il 5 ay deməkdir. Maraqlıdır ki, həmi
4 oktyabrYüksək təzyiqin daha bir səbəbi məlum oldu
Alimlər yüksək arterial təzyiqin (hipertoniya) yaranmasına səbəb olan yeni bir mexanizm aşkar ediblər. Məlum olub ki, beynin tənəffüsə nəzarət edən hissəsinin normadan artıq aktivliyi qan təzyiqinin qalxmasına gətirib çıxarır. "Qafqazinfo" xəbər verir ki, tədqiqatın nəticələri "Circulatio
6 oktyabrPaltaryuyan təmiri zamanı düzgün diaqnostika niyə vacibdir?
Paltaryuyan maşınında yaranan nasazlığın səbəbi hər zaman eyni olmur. Cihaz su boşaltmırsa, proqramı yarımçıq saxlayırsa və ya səsli işləyirsə, problem bir neçə fərqli hissədən qaynaqlana bilər. Buna görə paltaryuyan ustası işə başlamazdan əvvəl nasazlığın dəqiq səbəbini araşdırır. Paltaryuyan təmirind
12 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrYemək bişirəndə bu səhv qaz xərcinizi artırır - Qənaətin sadə yolu
Yemək bişirərkən qaz gözünü qabın ölçüsünə uyğun seçməmək əlavə qaz sərfiyyatına səbəb olur. Kiçik görünən bu səhv zamanla xərcləri artıra bilər. Qaza qənaət etməyin ən sadə yollarından biri qazanın və ya tavanın ölçüsünə uyğun qaz gözündən istifadə etməkdir. Kiçik qazanı böyük qaz gözünün üzərinə qoyma
11 oktyabrYaponlar buna görə göbəyə gül suyu damladırmışlar
Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə
11 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrAzərbaycanda ən gənc müəllimin neçə yaşı var?
2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib
4 oktyabr