"Erməni olduğu üçün hamıyla savaşmaq olmaz" - Deputatdan şok

"Erməni olduğu üçün hamıyla savaşmaq olmaz" - Deputatdan şokUkraynada fəaliyyət göstərən Azərbaycan diaspor lideri Rövşən Tağıyevlə bağlı qalamaqala millət vəkili Fazil Mustafa da reaksiya verib.

Deputat diaspora nümayəndəsinin erməni ilə dostluq etməsinin məqsədə uyğun olmadığını dilə gətirib: "Azərbaycana qarşı konkret addım atmış, Ukrayna parlamentinə qondarma erməni soyqırımının tanınması ilə bağlı layihə təqdim edən və başqa məsələlərdə həyasızcasına erməni yalançı tesizlərini təkrarlayan bu qüvvələrlə yaxın sıx məsafədə iş birliyi içində olmaq məqsədə uyğun deyil. Xaricdə o ermənilərlə əlaqə qurulması mümkündür ki, onlar Azərbaycanla bağlı münasibətdə ən azı Ermənistanın işğalçı siyasətini pisləyən mövqe sərgiləsinlər. Təbii ki, o ermənilərlə mütləq əlaqə qurmaq, onların müəyyən mətbuata çıxışını təmin etmək lazımdır. Müəyyən dərəcədə bu işlərin həm də təbliğat vasitəsi kimi istifadə olunması zəruridir. Amma belə Azərbaycana qarşı konkret addım atmış, xüsusilə soyqırım və başqa məsələlərdə hayasızcasına erməni yalançı tesizləri təkrarlayan bu qüvvələrə qarşı daha fərqli bir siyasət izlənməlidir. Lakin erməni olduğu üçün hamı ilə savaşmaq da olmaz. Ukrayna vətəndaşı olduğu üçün normal münasibət saxlamaq olar. Yaxın iş birliyi isə yolverilməzdir".

Deputatın sözlərinə görə, Aşot Avanesyanın Ukrayna parlamentində qondarma erməni soyqırımının tanınması ilə bağlı layihə təqdim etməsi onun Azərbaycana qarşı olan münasibətinin düşmənçilik olduğunu göstərir: "Deməli o, işğalı dəstəkləyir. Ona görə də erməni işğalını dəstəkləyən adamın bütün hallarda yaxın məsafəsində olmaq heç cür milli təəssübkeşliyə uyğun deyil".

Fazil Mustafa vurğulayıb ki, Rövşən Tağıyevin bu hərəkətinə görə hansısa tədbiri yalnız Ukraynadakı diaspor fəallarının özləri görə bilər: "Diaspor nümayəndəsi Azərbaycandan təyin olunmur. Ukraynada olan insanlar yığışıb bunu müzakirə edə bilərlər. Əgər Rövşən Tağıyevin fəaliyyəti onları qane etmirsə, o zaman müvafiq addımlar atıla bilər. Yerli şəraitə görə Ukraynadakı diaspora fəalları özləri bu məsələni çözməlidir".

Qeyd edək ki, bir neçə gündür, Kiyevdəki Azərbaycan Cəmiyyətinin sədri Rövşən Tağıyevin Ukraynada yaşayan ermənilərlə, xüsusilə də Ukrayna Erməniləri Konqresinin sədri Aşot Avanesyanla dostluq münasibətlərinin olması ilə müzakirə mövzusuna çevrilib. R. Tağıyev məsələ ilə bağlıBakiPost.az-a MÜSAHİBƏsində Aşot Avanesyanın Azərbaycanı öz vətəni hesab etdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayıb.A. Avanesyan isə bunun əksini göstərən açıqlama yayıb.

Mənbə: bakipost.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3275   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu axşam başlayır, mayın 7-nə kimi... - Daha bir XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 5-i axşamdan 7-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 5-i axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Azərbaycanı

5 may
.

Məktəb direktoruna yüksək vəzifə verildi

Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub. xəbər verir ki, bu barədə Mil-Muğan Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı müvafiq əmr imzalanıb. Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktor

3 may
.

DYP-dən bu sürücülərə çağırış - Video

Baş DYP İdarəsi atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Müasir dövrdə ekoloji təhlükəsizlik qlobal problemlərdən biri kimi aktual olaraq qalır. Atmosferin çirklənməsində, şübhəsiz ki, nəqliyyat vasitələrinin sayını

4 may
.

SON DƏQİQƏ! Azərbaycanla bu ölkə arasında viza rejimi LƏĞV EDİLDİ - FOTO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində Mərakeş Krallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilər naziri Nasser Bourita ilə görüşüb. Bu barədə -a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zaman

4 may
.

Bölgələrə yağış, Şahdağda isə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 4-ü saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb. Düşə

4 may
.

Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun "Təsviri incəsənət" kafedrasının dosenti Mahir Xəlilov vəfat edib. xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzv

4 may
.

Bakıda 55 yaşlı qadının meyiti tapıldı

Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində çoxmənzilli binada baş verib. Orada yaşayan 1969-cu il təvəllüdlü L.Əliyevanın meyiti aşkar edilib. Hadisə yerinə prokurorluq əməkdaşları gəlib. Faktla bağl

4 may
.

Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - HAVA PROQNOZU

Martın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və axşam bəzi yerlərd

5 may
.

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Türkiyəli səfir Mehmet Paçacı mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbua

5 may