Son dəqiqə: Nuray həkim nəzarəti altındadır ...xalasından barışıq təklifi

Son dəqiqə: Nuray həkim nəzarəti altındadır ...xalasından barışıq təklifiNuray Bayramzadənin xalası Mehriban Eldarova Nurayın xətrinə barışığa hazır olduğunu bəyan edib.

Sonxeber.az bildirir ki, 10 yaşlı Nurayın xalası mehriban Eldarova uşağın təhsili və gələcəyi ilə bağlı aznews.az-a müsahibə verib.

-Hazırda Nuray Bayramzadənin gələcəyi ilə bağlı aidiyyatı qurumlar müzakirələr aparır, son vəziyyət neçədir?

-Anlaya bilmirəm, insan insana bu qədər iftira atar? Bilirsiniz, bu saat Nuray hansı vəziyyətdədir? Deyirlər ki, uşağı anasından, evindən ayırıb Bakıya gətirilməlidir. Bu Nurayın səhhətini bir az da pozub. Nurayın dodaqları şişib, hərəsi 1 kiloqramdır. Rəngi ağappaq, özü də ağlayır, dərman atıb güclə sakitləşdirmişəm. Uşaq səksəkədədir. Təcili yardım çağıra bilmirəm, deyir "məni ona qoyub aparacaqlar". O, atasını 10 ildə bir dəfə görməyib. Birdən-birə onu həmin atama necə vermək olar?! 2011- ci ildə icra hakimiyyətində Sona xanım adlı bir qadın işləyirdi, o, indi də sağdır. O, bizi və Əvəzin yaxınlarını dəvət elədi barışığa gəlin. Əvəz bəyin doğmaları dedi ki, "nə danışırsınız, belə söhbəti heç qardaşımıza deməyin". Axı, sənin özün razı olmamısan.

-Sizi mərhum bacınızdan qalan evə sahib olmaq niyyətində ittiham edirlər?

-1995-ci ildə biz ev üçün torpaq almışıq. Həmin vaxtı bir adamın iki evinin olmasına icazə yox idi. 1996-ci ildə evi tikdik. 2004-cü ildə bacım evlənib, 2008-ci ildə isə boşanıb. Onun xəstə olduğunu öyrənəndə biz evlərimizi satışa çıxardıq. Mənim evim şəhərdə olduğu üçün o birinci satıldı. Bacımın müalicəsi üçün mən iki ev satmışam, birini də bu kənddə, ikincisi Qubada. Bacım da evini sənədlə mənə bağışladı. İndi qurumlar apardığı müzakirələrdə deyirlər mən uşağı evə görə saxlamışam. Əgər bu belədirsə, o zaman mən həmin evi Nurayın adına keçirirəm. 18 yaşı olanda onun olsun, təki Nuraya toxunmasınlar, bu uşaqdı. Heç kəs məni eşitmir. Mənim Əvəzlə heç bir ədavətim yoxdur və olmayıb da. Bizim onunla heç vaxt söhbətimiz olmayıb. O, evləndi, hər şey bitdi. İndi mən haqlı olduğumu necə üzə çıxarım? Sən uşağı sürüyüb cinayət edirsən, aidiyyatı qurumlar bunu görür, amma susurlar. Mən ona uşağı necə verim?

-Xalq sizi barışığa səsləyir. Bu fikirə nə deyirsiniz?

-Əlbəttə ki, barışıq olmalıdır. Nuray əziyyət çəkir. Mən uşağın normal yaşaması üçün hər şeyə hazıram. Təki bu işgəncələrdən uşağın canı qurtarsın. Mən onu böyüdüb, təhsili üçün şərait yaratmışam. Atası isə ağzına gələni danışır. Bəs kənd? Həqiqəti kənd bilir.

-Barışıq olarsa Nurayın atası ilə görüşməsinə icazə verərsiniz?

-Mən heç vaxt, heç kəsə qadağa qoymamışam. Nuray atasına özü yaxınlaşmır, istəmir onu. Bu dəqiqə ondan elə qorxur ki. Uşağın atası ilə görüşməsinə icazə verərəm, niyə də yox. Nuray hazırda həkim nəzarəti altındadır, özünə gəlsin, görüşsün. Övlad Allahın payıdır. Mənim heç kəsin övladını almaq fikirim yoxdur. Mən ona zəng edib arvadının xəstə olduğunu deyəndə Əvəz mənə dedi ki, "at kanalizasiyaya,mənim elə uşağım çoxdur". Sən dedin at, atmadıq, böyütdük, bizim günahımız nədir? Bütün ailə şokdadır.

-Sizi daha bir məsələdə, Nuray Bayramzadənin dünyagörüşündə atasının pis insan olduğunu formalaşdırmaqda ittiham edirlər?

-Dedilər, amma günah etdilər. Mən elə bir adam olsaydım ailə albomundan şəkilləri götürərdim. O mənim bacımın ruhuna da hörmətsizlik olardı. Ailə albomu bacımın qoyduğu kimidir. Nifrətlə böyüyən insanın sonu necə olar?

-Nurayın atasına nifrəti hardan yaranıb?

-Nuray atasına nifrət etmir. O, atasından qorxur, mənə isə sıx bağlıdır. Uşağın qorxusu odur ki, onu məndən ayırarlar. Ata uşağını görməlidir, amma onu ömründə bir dəfə görmədiyi ögey ananın yanına aparılması necə olar?! Bu uşağın həmin anda aqibətini düşünün. Əvəz də əxlaqi cəhətdən normal adam deyil. Rəsmi bacım və indiki arvadı ilə ailəlidir. Amma qeyri-rəsmi arvadları çoxdur. Tüfeyli bir həyatı var, özü bilər. Qeyri-rəsmi arvadlarından da uşaqlarının olduğunu eşitmişəm. Mən onun həyatı ilə maraqlanmıram.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1340   Tarix: 10 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xilasedicilər Göygöldə çətin keçilən ərazidən bir nəfərin meyitini çıxarıblar

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində bir nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Bu barədə -a FHN-dən bildirilib. Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzini

28 aprel
.

Azərbaycanlı müğənninin dəhşətli qəzada həlak olan oğlunun GÖRÜNTÜLƏRİ

Şəmkirdə dəhşətli yol-nəqliyyat hadisəsi zamanı vəfat edən müğənninin oğlunun fotoları yayılıb. xəbər verir ki, müğənni Həbib Rzayev (Şəmkirli) idarə etdiyi "Nissan Murano" markalı avtomobildə oğlu ilə birlikdə olub. Qəza nəticəsində müğənninin 17 yaşlı oğlu İlkin Rzayev vəfat edib. Yol-nəqliyya

5 may
.

9 maşının əzildiyi qəza anı - Video

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ötən gecə Nəsimi rayonu Rəşid Behbudov küçəsində baş vermis ağır qəzanın görüntülərini yayıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdən sürət yarışına çıxmış avtomobillərin idarəetmədən çıxaraq qəza törətdiyi və ümumilikdə 9 maşına ciddi ziya

30 aprel
.

Xəzər rayonunda 45 yaşlı kişi öldürülüb, saxlanılan var

Aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cü il təvəllüdlü Əhmədov Sadiq Hüseyn oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən bildirilib. Cinayət əməlini törətməkdə 1954-cü il təvəllüdl

28 aprel
.

Keçmiş məhkumlar narkotiklə tutuldular

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb. Bildirilib ki, tədbirlərlə rayon sakinləri - əvvəllə

4 may
.

Göyçayda intihara cəhd hadisəsi baş verib

Göyçay sakini sirkə turşusu içərək intihara cəhd edib. APA xəbər verir ki, hadisə nəticəsində rayon sakini 1993-cü il təvəllüdlü Nuranə Fəzail qızı İsmayılova sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktl

5 may
.

Bakıda evdən yeddi min manatlıq OĞURLUQ

Bakıda ev qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Hövsan qəsəbəsi ərazisində evlərin birindən 700 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərl

4 may
.

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB

Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçu Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Bu barədə -a Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilən digər hərb

3 may
.

Dördüncü kurs tələbəsi vəfat etdi

Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib. Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb. Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.( )

4 may