Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)

Bəysiz "ərə getmək" indi dəbdədir... - Solo-toylar (MARAQLI)"Yaponiyada getdikcə daha çox qadın özünü saxlamaq iqtidarındadır, ərə getməyə zərurət yoxdur..."

"Solo-toylar möhtəşəmdir, xoşbəxt olmağın çox üsulu var, ən əsası, ilk növbədə özünü sevməkdir..."

Yaponiyada nikahların azalması fonunda solo-toyların sayı artıb

Yaponiyada yeni dəb meydana çıxıb. Belə ki, qızlar ənənəvi nikah mərasimindən imtina edərək bəysiz toy edib özü-özlərinə ərə gedir.

Moderator.az xəbər verir ki, bu barədə Honkonqun "South China Morning Post" yazıb.

Bu arada isə özlərini kişilərlə ailə tellərilə bağlayanların sayı kəskin azalıb. Bəziləri yeni paltar geyinmək istəyir, digərləri öz həyatlarının vacib mərhələsini qeyd etmək üçün solo-toylar edir. Belə tədbirlərdə qadınlar bəydən başqa hər şeyi planlaşdırır. Böyüklər üçün videoulduz Mana Sakura buna misal ola bilər.

2019-cu ilin mart ayında özünün solo-toyunda o, barmağına üzük taxaraq cəsarətlə bəyan edib: "Mən öz həyatıma hörmət edəcəyəm. Xəstə və sağlam olanda özümü həmişə sevəcək və xoşbəxt edəcəyəm".

Xanaoka adlı başqa bir qadın öz solo-toyunu Tokio restoranların birində keçirərək 30 nəfər dostunu dəvət edib və ümumilikdə 250 min yen (2650 manat-red ) sərf edib. "Özümün özümlə nikahım o demək deyil ki, mən kişiyə ərə getmək istəmirəm", - o deyib.

"Mən blogerin məqaləsində solo-toylar haqqında oxudum və əvvəlcə düşündüm ki, bu, mənlik deyil. Lakin üç il bundan öncə məni xoşbəxt edən işlə məşğul olmağa başladım-gözəl geyimlər geyindim, dadlı yeməklərdən zövq aldım və çiçək ləçəkləri ilə vannalar qəbul etdim. Məhz o zaman mən düşündüm ki, özümə ərə gedəcəyəm", - Xanaoka əlavə edib.

Solo-toylar təkcə ərsiz qadınlara aid deyil. Belə ki, 2018-ci ildə ərdə olan 47 yaşlı Yuki belı bir mərasim təşkil edib. O, izah edib ki, özünü yenidən gəlin hiss etmək və rəmzi olaraq keçmişi ilə vidalaşıb yeni həyata başlamaq istəyir.

Ötən il Yaponiyada son 90 ildə nikahların sayı minimuma enib. Hökumətin məlumatına görə, ailə həyatı quranların sayı 500 min cütdən az olub.

Nikahların sayının azalması "tənha iqtisadi" seqmentin artımına gətirib çıxarıb, solo-toy mərasimləri isə toy biznes indisturiyası üçün yeni imkanlar yaradıb. Buradakı xidmətlərə gəlinin öz dostları və ya ailəsini dəvət edə biləcəyi fotosessiyalar, habelə özü üçün bal ayı təşkil etmək imkanı daxildir.

"Yaponiyada hazırda getdikcə daha çox qadın özünü saxlamaq iqtidarındadır, ərə getməyə zərurət yoxdur. Ona görə də onlar ənənəvi olaraq həyat yoldaşı və ana rolu ilə özlərini məhdudlaşdırmaq istəmir", - bunu yapon toy şirkətinin nümayəndəsi deyir.

Bəziləri qadın müstəqilliyinin təbliğinə alqışlayır. İnternet istifadəçilərindən biri yazıb: "Solo-toylar möhtəşəmdir. Xoşbəxtliyin əldə edilməsinin müxtəlif üsulları var. Ən əsası, əvvəlcə özünü sevməkdir".

Bununla yanaşı, bəziləri heyrət içindədir: "Mən heç nə anlamıram. Bu nə deməkdir, bundan sonra özünə ciddi yanaşmağı vəd edirsən? Bu, sadəcə, səni müdafiə etməli olan ərinin olmaması ilə bağlı istehzalardan yan keçmık üsuludur".

Çində də bununla bağlı müxtəlif fikirlər səsləndirilib.

"Çox gözəldir, mən də ərə getmədən toy paltarı geyinmək istəyirəm", - sosial şəbəkə istifadəçilərindən biri yazıb.

"Mən burada pis bir şey görmürəm, amma özünümən öz barmağına üzük taxması mənə qəribə gəlir", - digər istifadəçi yazıb.

"Bəlkə bu, toy hədiyyələrinin toplaması üçün sadə üsuldur?", - üçüncü istifadəçi zarafatla yazıb.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 987   Tarix: 08 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yatmazdan əvvəl dabanınıza limon sürtün: Gözlənilməz faydaları

Mütəxəssislər uzun illərdir gecələr yatmazdan əvvəl ayaq altına limon sürtməyi tövsiyə edirlər. Tərkibindəki limonene, sitrik turşu və C vitamini sayəsində təbii vasitə olan limonun bu üsulu bir çox problemdən qurtulmağa kömək edir. xəbər verir ki, sitrik turşu gecə boyunca işləyərək dabanlardakı öl

10 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Ailənin 20-ci övladı idi, yeriyə bilmirdi - Dünyanın ən sürətli qadının HƏYATI

Dünyanın ən sürətli qadınlarından biri kimi tarixə düşən Vilma Rudolfun həyatı adi idman uğuru hekayəsindən çox fərqlənir. O, 20 yaşında üç Olimpiya qızılı qazanaraq adını idman tarixinə yazdırıb. Halbuki uşaqlığında keçirdiyi poliomielit səbəbindən uzun müddət ayağında xüsusi aparatla yaşamaq məcburiyyətind

4 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

Toyuqlar payızda az yumurtlayır: məhsuldarlığı artırmaq üçün nə yedirtmək lazımdır?

Payızda təsərrüfat sahibləri tez-tez toyuqların əvvəlkindən xeyli az yumurtladığını müşahidə edirlər. Yayda yuvaları hər gün yoxlamaq lazım gəlirdisə, havalar soyuduqca yumurtaların sayı azalır. Bu dəyişiklik həmişə quşların sağlamlığında problem olduğunu göstərmir. xarici mediaya istinadən xəbər veri

4 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr