Uşaq xəstəxanasını vuran Rusiya BMT-də Kiyev kotletləri ilə təntənəli şam verdi... -"Arsızlığın son həddi"
Rusiya Federasiyasının Kiyevdə "Oxmatdet" uşaq xəstəxanasına qarşı törətdiyi terror aktını müzakirə edən BMT Təhlükəsizlik Şurasının iclasından sonra Rusiya Federasiyasının nümayəndəliyi BMT-də Təhlükəsizlik Şurasına sədrliyi şərəfinə rəsmi iclas iştirakçılarına şam yeməyi verib.
Moderator.az xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
Rusiya Federasiyasının nümayəndələri menyuda naharlarının əsas yeməyi kimi Kiyev üslubunda kartof püresi ilə kotleti göstəriblər. Ukrayna saytları bu addımı "arsızlığın son həddi" kimi dəyərləndirib.
Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa terror dövləti nümayəndələrinin bu hərəkətinə münasibət bildirib.
"Rusiya diplomatiyasının mənəvi deqradasiyası göz qabağındadır, gələn həftə Nebenzyanin(RF-nin BMT-dəki nümayəndəsi-S.L.) şefi Lavrovu da Nyu-Yorka buraxacaqlar, bu səbəbdən BMT-nin qərargahında toksiklik səviyyəsi daha da artacaq. Yaxşı ki, Lavrova ABŞ hakimiyyət orqanlarının müəyyən etdiyi radiusdan kənarda hərəkət etməyə imkan vermirlər", - deyə Kislitsa qeyd edib.
Xatırladılır ki, daha əvvəl Kislitsanın BMT Təhlükəsizlik Şurasında Rusiya Federasiyasının "Oxmatdet"ə hücumla bağlı yalanlarını ifşa etdiyi bildirilib.
Bundan əlavə, daha əvvəl məlumat verilib ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa Rusiya Federasiyasının qeyri-qanuni yolla aldığı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kürsüsündən məhrum edilməli olduğunu bildirib.

Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 998 Tarix: 10 iyul 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dalinin üz qabığını hazırladığı kitab oğurlandı
Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd
6 oktyabrPulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video
Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri
4 oktyabrOrta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı
Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy
4 oktyabrLimon alarkən ehtiyatlı olun
Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə
10 oktyabrKərə yağını uzun müddət təzə saxlamağın yolları
Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ
11 oktyabrQayğanağı yumşaq edən sadə sirr
Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt
4 oktyabrSmartfonların sürətli şarj edilməsinin sirri
Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar
4 oktyabr