Nazirlər Sovetinin tualetində intihar – Beriyanın iki qardaşa qarşı ikibaşlı oyunu...

Nazirlər Sovetinin tualetində intihar – Beriyanın iki qardaşa qarşı ikibaşlı oyunu...Onun heç bir təhsili olmayıb, heç üçillik ibtidai təhsil də almayıb. Amma buna baxmayaraq Mixail Kaqanoviç Stalinin hakimiyyəti illərində komissar (nazir) vəzifəsinə qədər yüksəlib. Son dərəcə qaba, sərt xarakterə malik, hər addımda kobudluğunu nümayiş etdirən Mixail Kaqanoviçin vəzifə karyerasında yüksəlişinin iki səbəbi olub. O, bolşevik hərəkatında, inqilabi proseslərdə fəallığı ilə fərqlənib. İkinci səbəb isə Mixail Kaqanoviç Stalinin ən yaxın silahdaşlarından biri olan qardaşı Lazar Kaqanoviçdən böyük dəstək alıb. Ancaq Mixail Kaqanoviç bu "güzəştlərindən" sona qədər istifadə edə bilməyib.

1988-ci ildə Kiyevdə anadan olan Mixail Kaqanoviç usta yanında dəmirçi peşəsini öyrəndikdən sonra ilk əmək fəaliyyətinə də elə dəmirçi köməkçisi kimi başlayıb. Gənclik illərindən bolşevik hərəkatına qoşulan Mixail Kaqanoviç siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs olunub.

Sovet hakimiyyəti qurulduqdan sonra Mixail Kaqanoviç Çerniqovda, Nijeqorodda partiya orqanlarında çalışıb, 1923-1927-ci illərdə Nijeqorod sovetinin sədri vəzifəsində işləyib.

1928-ci ildə Mixail Kaqanoviç Lazar Kaqanoviçin köməkliyi ilə Moskvaya gəlib və Fəhlə-kəndli Müfəttişliyi Komissarlığında işə düzəlib. Qardaşının sayəsində vəzifələrini üzüyuxarı tez-tez dəyişən Mixail Kaqanoviç 1932-ci ildə ağır sənaye komissarının (nazirinin) müavini, sonra komissar, daha sonra isə yeni yaradılmış SSRİ Müdafiə Sənayesi Komissarlığında komissar (nazir) vəzifəsinə təyinat alıb.

Mixail Kaqanoviçin komissar kimi fəaliyyəti heç vaxt müsbət xarakterizə edilməyib. Komissarlığın baş idarə rəislərindən biri olan Vasili Yemelyanov öz xatirələrində Kaqanoviç haqqında yazıb:

"Mixail Kaqanoviç komissar vəzifəsində olarkən onun bütün işlərini müavinləri, idarə rəisləri görürdü. O, rəhbərlik etdiyi sahə ilə bağlı heç bir təşəbbüs, təklif vermək imkanında deyildi. Çünki bu sahədə elementar bilgiləri yox idi. Kaqanoviç özünü işgüzar göstərmək üçün yalnız qışqırmağı bacarırdı. Bir də bir neçə elmi termin əzbərləmişdi, səsinin tonunu qaldıraraq tez-tez onları təkrar edirdi. Kaqanoviç olduqca kobud bir şəxs idi. Bu kobudluq nəticəsində komissarlıqda gestapo rejimi hökm sürürdü. İşimizdə isə heç bir müsbət göstərici yox idi. Planı yerinə yetirə bilmirdik. Bu, ona çox da təsir etmirdi. Çünki yuxarıda Lazar Kaqanoviç var idi..."

1939-cu ildə Müdafiə Sənayesi Komissarlığından aviasiya sənayesini ayıraraq ayrıca Aviasiya Sənayesi Komissarlığı yaradılanda, Mixail Kaqanoviçin komissar vəzifəsindən çıxarılması məsələsi qalxıb. Bu dəfə də Lazar Kaqanoviç Stalindən qardaşının xahişi edərək onu yeni quruma, Aviasiya Sənayesi Komissarlığına rəhbər təyin etdirə bilib. Amma bir il keçməmiş Xalq Komissarları Sovetinin iclasında Mixail Kaqanoviç Stalinin tənqidinə məruz qalıb. Stalin çıxışının sonunda "Kaqanoviç pis işləyir" ifadəsini işlətməklə onu vəzifəsindən uzaqlaşdırıb.

Komissar vəzifəsindən çıxarılan Mixail Kaqanoviç 1940-cı ildə Kazan Aviasiya Zavoduna direktor təyin edilib. O, bu vəzifədə də çox qala bilməyib.

Məxfi mənbələrdən Stalinə Mixail Kaqanoviçin antisovet fəaliyyəti haqqında məlumatlar daxil olub. Bəzi versiyalara görə belə məlumatların ötürülməsini Beriya təşkil edib. Düzdür, Beriyanın Lazar Kaqanoviçlə münasibətləri normal olub, onlar bir komandada təmsil olunublar. Amma Beriya onun qardaşı ilə anlaşa bilməyib. Belə ki, Mixail Kaqanoviç hələ nazir vəzifəsində olarkən Beriya onun rəhbərlik etdiyi sahəni də nəzarətə götürmək istəyəndə Mixail Kaqanoviç buna imkan verməyib. Beriya isə qisası qiyamətə saxlamayıb.

1941-ci ilin yayında Stalin Lazar Kaqanoviçi yanına çağıraraq bəzi mətləblərdən onu agah edib. Həmin görüşdə Vyaçeslav Molotov da iştirak edib. Stalin Lazar Kaqanoviçlə bu mövzuda söhbət etdiyindən təəssüfləndiyini bildirib:

-Lazar Moiseyeviç, mən sizi məyus etmək məcburiyyətindəyəm və buna görə çox təəssüflənirəm. Sizin qardaşınız Mixail Kaqanoviç bir qrup adamla antisovet fəaliyyətdə ittiham olunur. Bunu təsdiq edən şəxslər də var. Odur ki, lazımi tədbirlərin həyata keçirilməsi qaçılmazdır. İnanmaq istəyirəm ki, qardaşınızın antisovet fəaliyyətində sizin heç bir rolunuz yoxdur...

Kaqanoviç yaxşı anlayıb ki, məsələ əvvəlcədən Stalinlə Molotov arasında müzakirə olunub və artıq qərar da qəbul edilib. Amma buna baxmayaraq, o, qardaşını xilas etməyə cəhd edib:

-Yoldaş Stalin, Mixail Kaqanoviç əsl partiyaçıdır və sizə sadiqdir. O, heç vaxt belə bir addım ata bilməz. Mən buna inana bilmirəm. Bu böhtandır. Xahiş edirəm üzləşmə aparılsın.

Stalin Kaqanoviçin təklifini qəbul edib. Səhəri gün Malenkov, Mikoyan və Beriyanın iştirakı ilə üzləşmə aparılıb. Mixail Kaqanoviçi vətənə xəyanətdə, xarici kəşfiyyata işləməkdə ittiham edən öz keçmiş müavini Boris Vannikov üzləşməyə çağırılıb. O, Kaqanoviçin əleyhinə ifadələr verəndə Mixail Kaqanoviç əsəblərinə hakim kəsilə bilməyib, Vannikovun üstünə cumub və üzləşmədə iştirak edənləri yaramaz, alçaq və şərəfsiz adlandırıb.

Elə həmin gün, 1 iyul 1941-ci ildə Xalq Komissarları Sovetində müdafiə sənayesi ilə bağlı müşavirə keçirilib. Zavod direktoru kimi Mixail Kaqanoviçin işi tənqid olunub, planı yerinə yetirə bilməyəcəyi halda ciddi cəzalandırılacağı barədə xəbərdarlıq edilib.

Müşavirənin gedişi zamanı Mixail Kaqanoviç zalı tərk edərək hökumət binasının tualetində silahından atəş açaraq intihar edib.

Bu hadisədən bir həftə sonra Lavrenti Beriya Mixail Kaqanoviç haqqında Stalinə geniş arayış təqdim edib, onun heç bir antisovet fəaliyyətinin olmadığını bildirib. Bununla da Beriya məqsədli şəkildə gecikdirdiyi arayışla öz istəyinə nail olub, Mixail Kaqanoviç intihar edib, Lazar Kaqanoviç isə qardaşı ilə bağlı həqiqəti üzə çıxardığına görə Beriyaya təşəkkür edib. /Musavat.com/


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1354   Tarix: 12 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Dalinin üz qabığını hazırladığı kitab oğurlandı

Dünyanın ən bahalı kitablarından biri olan Jozef Forenin "Apokalipsis" əsəri Fransanın İssuar şəhərindəki müasir incəsənət muzeyindən oğurlanıb. "Qafqazinfo" RT nəşrinə istinadən xəbər verir ki, bu kitabın üz qabığını dünyaca məşhur rəssam Salvador Dali hazırlayıb. 1958-1961-ci illərd

6 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Orta ömür uzunluğu pandemiyadan əvvəlki səviyyəyə yaxınlaşdı

Dünyada orta ömür uzunluğu COVID-19 pandemiyasının yaratdığı geriləmədən sonra yenidən artmağa başlayıb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Məlumata görə, 2023-cü ildə qlobal orta ömür uzunluğu 73,3 yaşa çatıb və bu göstərici pandemiyadan əvvəlki 73,4 illik səviyyəy

4 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Limon alarkən ehtiyatlı olun

Limon seçərkən qabığında yumşalmış və sulu ləkələrə bənzəyən hissələrin olub-olmadığını yoxlamaq lazımdır. Belə sahələr kiflənmənin ilkin əlaməti ola bilər. Kaliforniya Universitetinin Lindkov Tədqiqat və Məsləhət Mərkəzinin sitrus bitkiləri üzrə mütəxəssisi Sandipa Qautam limon seçərkən nələrə diqqə

10 oktyabr
.

Kərə yağını uzun müddət təzə saxlamağın yolları

Kərə yağının uzun müddət təzə, dadlı və ətirli qalması üçün onun düzgün saxlanılması vacibdir. Soyuducuda və dondurucuda bəzi sadə qaydalara əməl etməklə məhsulun keyfiyyətini daha uzun müddət qorumaq mümkündür. xarici mediaya istinadən xəbər verir ki, kərə yağı ilk baxışdan xüsusi saxlama şəraiti tələ

11 oktyabr
.

Qayğanağı yumşaq edən sadə sirr

Daha yüngül və havalı tekstura əldə etmək üçün süd əvəzinə adi sudan istifadə etmək olar. Amma yaxşı qayğanağın sirri bununla bitmir. xəbər verir ki, ideal qayğanaq ocaqdan götürüldükdən sonra da yumşaq və havalı qalmalıdır. Yeməyin quru və sıx olmaması üçün yalnız inqrediyentlərin nisbətinə deyil, yumurt

4 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr