"Prezident iradlarında haqlıdır" - Bank sektorundakı "FIRILDAQ"...

"Prezident iradlarında haqlıdır" - Bank sektorundakı "FIRILDAQ"...Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bank sektorunu kəskin tənqid edib. Dövlət başçısı qeyd edib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, həmçinin cəza və inzibati tədbirlər görülüb:
"Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq".

Sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli ölkə başçısının haqlı narazılıqları ilə bağlı problemləri sadalayıb:

"Azərbaycan iqtisadiyyatının ən böyük problemi inhisarlaşmadır. Bu inhisarlaşma bank sektorundan kənar keçməyib. Bank sektorunun, o cümlədən Azərbaycan iqtisadiyyatının inhisarlaşmasını aradan qaldırmaq, ucuz və uzunmüddətli resurslarla təmin etmək iqtisadiyyatın dirçəlməsinin yeganə yoludur.
Banklar iqtisadiyyatın lokomotividir. Bank sektorunda hər hansı xoşagəlməz hal baş verirsə, avtomatik olaraq iqtisadiyyatın digər sektorlarına da sıçrayır.
Hələ 2012-ci ildən siqnallar gəlirdi ki, Beynəlxalq Bankın girovsuz verilən kreditləri var. Həmçinin, geri qaytarılmayan kreditlərin həcmi heç də bankların elan elədiyi qədər 3-4 faizin altında deyil, daha çoxdur. Avtomatik olaraq ölkədə kreditlərin 50 faizindən yuxarısı Beynəlxalq Bankın hesabına verilmişdi. Böyük layihələr, "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı və cənab prezidentin də açılışında iştirak etdiyi bir çox müəssisələr üçün də Beynəlxalq Bank kredit vermişdi. Bir müddət sonra onlar dayandı. Görünən o idi ki, Beynəlxalq Bankın verdiyi kreditlər layihənin tutumundan artıq qeyd edilib və kifayət qədər vəsait mənimsənilib, vəsaitlərin əksər hissəsi ölkədən xaricə çıxarılıb. Avtomatik olaraq digər bankların da bu və digər məsələlərdə, xüsusilə də geri qaytarılmayan kreditlərin həcmi baxımından oxşarlığı var. Ona görə də bank sektorunda baş verən bu sarsıntılar iqtisadiyyatın digər sektorlarını da çökdürdü. Məhz buna görə də cənab prezident iradlarında haqlıdır".
N.Bəydəmirli Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) bank sektorunda apardığı sağlamlaşdırma siyasəti ilə bağlı müəyyən nöqsanlar olduğunu bildirib:
"Maliyyə Bazarlarına Nəzarət Palatasının həyata keçirdiyi bankların sağlamlaşdırılma prosesindən razı qalmaq olardı. Amma çox təəssüf olsun ki, bank sektorunda ikili hakimiyyət, ikili nəzarət bir çox bankların problemlərini daha da artırdı. Azərbaycan banklarının əsas problemi ucuz maliyyə resurslarının olmamasındadır. Dövlət Neft Fondunun və Mərkəzi Bankın ehtiyatlarının xaricdə saxlanması ilə bağlı dəfələrlə fikir yürütmüşdük. Ölkə iqtisadiyyatında maliyyə çatışmazlığı var. Hüquqi və fiziki şəxslər 20-30 faiz kreditlərdən yararlanmaq məcburiyyətindədir. Yüksək faizlər bir tərəfdən əhalinin istehlak kerditlərinə əlçatanlığını məhdudlaşdırır. Digər tərəfdən isə biznes kreditləri yüksək faizlə verildiyinə görə Azərbaycan sahibkarları nə xarici bazarda, nə də daxili bazarda rəqabət apara bilir. Dövlət Neft Fondunun xaricdə saxlanılan vəsaitləri isə 1 faizdən də aşağı gəlirlilik verir. Azərbaycanın özünün kommersiya bankları xaricdən vəsait cəlb etmək məcburiyyətindədirlər. Bu vəsait heç də az deyil, təqribən 8-10 faiz civarındadır. Onun da sığorta və digər əlavələrini nəzərə alsaq, 12-13 faiz edir.
Təsəvvür edin ki, indi banklar 15 faizlik depozit qəbul edilər. Banklar bu depoziti qəbul edib öz gəlirlərini də üzərinə gəldikdə 20 faizdən yuxarı rəqəm alınır. Bu faizlərlə Azərbaycan bank sektorunu, Azərbaycan iqtisadiyyatını dirçəltmək, rəqabətqabiliyyətli etmək olmaz. Ona görə də ölkə başçısına məlumat verənlər yaddan çıxarmasınlar ki, bank sektoruna nəzarət edən Palata və Mərkəzi Bankın funksiyaları iqtisadiyyatı ucuz və uzunmüddətli resurslarla təmin etməkdir. Bu funksiyalar nə Mərkəzi Bank, nə də Palata tərəfindən yerinə yetirilir. Mənim fikrimcə, bu vəsaitlər olmayınca, Azərbaycanda bank sektorunda irəliləyiş əldə edilməyəcək. Vəsaitlər ciddi nəzarət altında korporativ idarəetmə mədəniyyəti yüksək olan banklara verilməlidir. Bununla, həm insanların əvvəl yüksək faizlə götürdüyü kreditləri əvəzləmək, həm də xaricdə saxlanılan gəlirlərdən Azərbaycanda daha böyük mənfəət əldə etmək mümkündür. Bu istiqamətdə addımlar atmaq lazımdır. Bunlar reallaşmayana qədər bizim danışdıqlarımızın heç bir əhəmiyyəti olmayacaq".

Mənbə: modern.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2324   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Şəhidin yeganə qardaşı vəfat etdi - Fotolar

Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cahangir Tağızadənin ailəsinə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb. Şəhidin yeganə qardaşı Elvin Tağızadənin bədbəxt hadisə nəticəsində vəfat etdiyi qeyd edilib

7 may
.

Azərbaycanda prokuror faciəli şəkildə öldü

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, qəza nəticəsində Müşfiq Abdullayev dünyasını dəyişib. O, Bakı Şəhər Prokurorluğunun şöbə prokuroru olub. Qeyd edək ki, M.Abdullayev Şəmkir rayonunun icra başçısı Aslan Aslanovun bacısı oğludur

7 may
.

Azərbayanda bu şəxslərə mənzil kirayəsi ilə əlaqədar pul veriləcək

Ədliyyə işçilərinə mənzil kirayəsi ilə əlaqədar pul kompensasiyası ödəniləcək. "Report"un xəbərinə görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliy

7 may
.

Bu şəxslərin təhsil haqqı özəl müəssisələrdə də dövlət tərəfindən qarşılanacaq

"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda bəzi dəyişikliklər ediləcək. xəbər verir ki bununla bağlı məsələyə Milli Məclisin bugünkü plenar iclasında baxılacaq. Belə ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan aşağıdakı şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqlar

7 may
.

Bakıda hoteldəki dəhşətli hadisənin TƏFƏRRÜATI - YENİLƏNİB + FOTO

Bəzi media səhifələrində paytaxtın Səbail rayonu ərazisində ictimai iaşə obyektlərinin birində baş verən hadisə ilə bağlı yayılan məlumatlar Agentlik tərəfindən müvafiq qaydada araşdırılıb və hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsinin olmadığı məlum olub. Bu barədə -a Qida Təhlükəsizliyi Agentliyində

7 may
.

Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR - FOTO

Bakının Xətai rayonu Gəncə prospektində yerləşən "Şəms" şadlıq evinin söküntüsünə hazırlıq gedir. Sakinlərin -a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır. Məlumat üçün bildirək ki, "Şəms" şadlıq evinin bir müddət önc

6 may
.

Nuranə Ələkbərova vəzifəsindən azad edildi

Orta ixtisas təhsil müəssisələrində kadr potensialı və tədris prosesinin təkmilləşdirilməsi istiqamətində işlər davam edir. xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində tədris prosesinin təşkili ilə bağlı yoxlamalar aparılıb

7 may
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

7 may
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

6 may