"O səs Türkiyə"dəki azərbaycanlılardan VİDEOMÜRACİƏT:"Bizim ikimizi seçdilər, hər şey əladır"

"O səs Türkiyə"dəki azərbaycanlılardan VİDEOMÜRACİƏT:"Bizim ikimizi seçdilər, hər şey əladır""O səs Türkiyə"də iştirakını davam etdirən azərbaycanlı iştirakçılar sosial şəbəkə vasitəsilə müsabiqə haqda mənfi fikirlər səsləndirənlərə müraciət ediblər.

"Sarı gəlin" ilə hər kəsi özünə heyran qoyan Mehman Tağıyev və "Gecələr" mahnısı ilə tamaşaçıların alqışını toplayan Pərvaz İbrahimli müsabiqədə onlara qarşı qərəz olmadığını bildirib: "Hər kəsi salamlayırıq. Bu videonu çəkməkdə məqsədimiz Azərbaycanda son günlər müsabiqə ilə bağlı yayılan səs-küylü xəbərlərdir. Yazılıb ki, azərbaycanlıları sıxışdırır, təhqir edir, qəsdən bir qrupa salırlar. Bu, bir yarışmadır. Burada heç kim, heç kimi sıxışdırmır. Layihə əməkdaşlarının əməyini yerə salmamaq lazımdır. Azərbaycanlı iştirakçılar növbəti mərhələyə seçilmədi, dəyərli səslər idilər, biz buna təəssüf edirik. Biz 6 nəfər seçim üçün çıxanda 4 türkü uzaqlaşdırıb, iki azərbaycanlını saxladılar. Bizim ikimizi seçdilər, hər şey əladır. Rəy bildirərkən bizi də düşünün. Biz sizin də adınızdan buradayıq. Bildirmək istəyirik ki, yarışmada bizə qarşı planlaşdırılmış və ya qəsdən edilən sıxışdırılma yoxdur. Bizə dəstək olduğunuz üçün təşəkkür edirik".

Qeyd edək ki, Pərvaz İbrahimli və Mehman Tağıyev Sibel Canın komandasında yarışır.

mənbə: musavat


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1130   Tarix: 11 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21 aprel
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Əfsanəvi basketbolçunun ayaqqabıları 819 minə satıldı

Dünya basketbolunun ulduzu Maykl Cordanın 1996-cı ildə NBA finalında geyindiyi ayaqqabılar 482 min dollara (819 min 400 manat) satılıb. "Qafqazinfo" xəbər verir ki, üzərində superulduzun imzası olan ayaqqabılar "Air Jordan XI" markasındandır. Həmin mövsüm basketbolçu NBA çempion

15 aprel
.

Mask: "Ukrayna münaqişəsindən çıxış yolu yoxdur"

ABŞ-li iş adamı İlon Mask bildirib ki, Ukrayna münaqişəsindən çıxış yolu yoxdur. xəbər verir ki, o, bu narahatlığını ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar ayırması ilə bağlı qanun layihəsinin qəbulu fonunda bildirib. "Mənim ən böyük narahatlığım ondan ibarətdi

21 aprel
.

Bu əşyaları spirtlə təmizləmək olmaz – Diqqətli olun

Spirt paslanmayan poladdan tutmuş istənilən səth üçün güclü təmizləyicidir. Güclü həlledici həm də bərkimiş saqqız, stiker qalıqları və hətta şirə kimi görünməsi mümkün olmayan ləkələrə qarşı ən yaxşı müdafiə vasitələrindən biridir. Belə ki, spirtlə təmizlənə bilən çoxlu şeylər var. Ancaq bu o demə

16 aprel
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27 aprel
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20 aprel