"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?"- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR

"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?"- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR"Çox vaxt mənə paxıllıq ediblər, qısqanıblar. Özü də bunu gizlində yox, aşkarda ediblər. Deyirdilər ki, təhsili yoxdur, bu da aktrisa olub?! Hələ klinikanı açanda deyirdilər ki, professorlar, həkimlər klinikanı güc-bəla ilə saxlayır, aktrisa-balerina necə klinika aça bilər? Bütün bunlar mənim qulağıma çatırdı. Rəhmətlik anam həmişə mənə deyirdi ki, həyatda paxıllıqdan başqa heç nədən qorxma. Paxıl adamın düşündüyünü heç kim düşünə bilməz"

Bunu Moderator.az-a özəl açıqlamasında xalq artisti, Azərbaycan kinosunun ən gözəl qadınlarından biri olan Leyla Şıxlinskaya deyib. O daha sonra əlavə edib.

"Parlaq, mənfi rollar oynamaq istərdim. Tarixi fimləri sevirəm. Orada tarixi kostyumlardan, baş örtüklərindən, atlardan, döyüş ləvazimatlartından istifadə olunur. Böyük məmnuniyyətlə tarixi bir qadın obrazı oynayardım. Hətta epizodda çəkilərdim. Mənə baş rollar lazım deyil. 2-ci, 3-cü dərəcəli rollar olur ki, o qədər güclü yazılır ki, baş rollar onun yanında unudulub gedir. Rasim Balayev demiş naturamız gedir. Kinoda belə bir deyim var, gün batanda deyilir ki, tez olun çəkək ki, naturamız gedir. Bu sözü Rasim qəşəng deyir. Biz Rasim Balayevlə filmə çəkiləndə çox xoşbəxt idik. Onunla yenidən bir araya gəlmək maraqlı olardı" deyə Leyla Şıxlinskaya deyib.
Leyla Şıxlinskaya "qadın neçə dəfə sevə bilər?" sualına isə belə cavab verib.
"Mənim üçün sevgi anlayışı daimidir. Ona görə ki, Allah bizi sevə-sevə yaratdı. Şərt deyil ki, kişinin qadına sevgisi olsun. Təbiəti, heyvanları, qohumlarını, nəvələrini sevə bilərsən. Sevgi səni götürüb aparır, sənin içinə, dərinə, bədəninə daxil olur. Amma onu korlaya bilərlər. Və incidə bilərlər. Bu zaman hər şey dağılır. Yenə də yanır və sonra bərpa olur. Feniks quşu kimi. Allah nə qədər istəyirsə insanlar bir-birini o qədər sevə bilərlər. Sevgi böyük duyğudur" deyə Leyla Şıxliskaya deyib.
"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?"- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR"Deyirdilər təhsili yoxdur, bu necə aktrisa olub, balerina necə klinika aça bilər, amma…?"- Leyla Şıxlinskayadan MARAQLI AÇIQLAMALAR


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1318   Tarix: 31 iyul 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır

Hindistanda quyudan çıxarılan kiçik, rəngsiz və kor balığın elm üçün tamamilə yeni növə aid olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə məlumat yayıb. Təxminən 4 santimetr uzunluğunda olan balığın ən qeyri-adi xüsusiyyəti onun bütün həyatını yeraltında keçirməsidir. Alimlər bildirirlər ki, bu

30 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq

"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-psixiatr və narkolo

28 avqust
.

Gənc stomatoloq klinikada 36 saat işləyib istefa verdi, görün səbəb nədir - VİDEO

Gənc stomatoloq özəl klinikada işə başladıqdan cəmi 36 saat sonra ağır iş şəraiti və işçi çatışmazlığı səbəbilə istefa verib. xarici mediaya istinadla xəbər verir ki, iki filialı olan klinikada 7 stomatoloqa cəmi bir assistentin xidmət göstərdiyini bildirən gənc həkim peşəkar standartların və gigiyen

28 avqust
.

Dodaq kənarlarında yaranan çatların səbəbləri açıqlandı

Dodaqların kənarlarında yaranan çatlar (anqulyar xeylit) orqanizmdəki bəzi problemlərdən xəbər verə bilər. Bu halın ən geniş yayılmış səbəblərindən biri dərinin və selikli qişaların bərpa olunma qabiliyyətini zəiflədən müəyyən vitamin və mineralların çatışmazlığıdır. xəbər verir ki, bu barədə -ya həkim-terapev

28 avqust
.

Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında yoluxucu dermatoloji problemlərdən danışılıb. Qoturluğun ilk əlamətləri hansılardır?. Qısa müddətli təmas zamanı yoluxa bilərmi?. O necə müalicə olunur?. Müalicədən sonra qoturluğa yenidən yoluxmaq mümkündürmü?. Göbələk xəstəliklərinin diaqnozu nec

30 avqust
.

Maşında ürəkbulanma niyə yaranır? - SƏBƏB

Avtomobildə yol gedərkən ürəkbulanma, başgicəllənmə və hətta qusma ilə qarşılaşan insanlar az deyil. Xalq arasında "maşın tutması" adlandırılan bu vəziyyət hərəkət xəstəliyi kimi tanınır. xəbər verir ki, hərəkət xəstəliyi zamanı ürəkbulanma ilə yanaşı baş ağrısı, soyuq tər və halsızlıq da müşahid

30 avqust
.

Azərbaycanda çoxunun evində var: 250 MANATA ALIRLAR - FOTO

Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur. xəbər verir ki, bu barədə gənc numizmat Fərhad M. məlumat verib. Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifad

30 avqust
.

Daha çox yaşamaq üçün əti nə qədər vaxtdan bir yemək lazımdır? - Uzunömürlülük üzrə mütəxəssisdən maraqlı açıqlama

Uzunömürlülük üzrə mütəxəssis Den Byuttner daha uzun və sağlam ömür sürmək üçün ətin optimal istehlak tezliyini açıqlayıb. xəbər verir ki, "ABC" nəşri onun bu barədə fikirlərini dərc edib. Den Byuttner izah edib ki, uzunömürlü insanların qidalanmasında ət əsas yer tutmur. Onlar adətən əti əsa

28 avqust