Lloyd Ostindən 11 sentyabr terrorçularını edam cəzasından xilas edən sövdələşmə ilə bağlı qərar

Lloyd Ostindən 11 sentyabr terrorçularını edam cəzasından xilas edən sövdələşmə ilə bağlı qərarPentaqon rəhbəri Lloyd Ostin 11 sentyabr 2001-ci il terror aktında ittiham olunan üç nəfərlə onlara ölüm cəzasından yayınmağa imkan verəcək məhkəməyəqədər sazişin bağlanmasını ləğv etmək qərarına gəlib.

Oxu.Az-ın məlumatına görə, müvafiq bəyanat Pentaqonun saytında dərc edilib.

"Səlahiyyətlərimdən istifadə edərək, yuxarıda göstərilən iş üzrə 31 iyul 2024-cü il tarixində imzaladığınız üç məhkəməyəqədər sazişdən imtina edirəm", - deyə Ostin hərbi komissiyaların çağırılması üzrə səlahiyyətli nümayəndə Syuzan Eskalyeyə ünvanladığı məktubda yazıb.

Həmçinin qeyd olunub ki, ABŞ müdafiə nazirinin qərarı dərhal qüvvəyə minib.

Bundan əlavə, Ostin Eskalyeni bu iş üzrə qərar qəbul etmək hüququndan məhrum etdiyi və müvafiq səlahiyyətləri özündə saxladığı barədə də hamını məlumatlandırıb.

Xatırladaq ki, iyulun 31-də hərbi komissiyaların çağırılması üzrə səlahiyyətli nümayəndə Syuzan Eskalyenin 11 sentyabr 2001-ci il Nyu-York terror aktı işi üzrə üç təqsirləndirilən şəxslə məhkəməyəqədər saziş bağladığı məlum olmuşdu. Belə ki, terrorun təşkilatçıları ölüm cəzasının ömürlük həbslə əvəz edilməsi müqabilində təqsirlərini etiraf etməyə razılaşmışdılar.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 958   Tarix: 04 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib

Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları

26 sentyabr
.

Pezeşkian: Hörmüz məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər

Hörmüz boğazı məsələsi güc yolu ilə yox, dialoqla həll oluna bilər. "Report" "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "Al Jazerra" telekanalına müsahibəsində deyib. "Hörmüz boğazı ilə bağlı olaraq, yolu ilk bağlayan biz olmadıq. Yol

26 sentyabr
.

Trampdan Rusiya və Çinə dialoq TƏKLİFİ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində

26 sentyabr
.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb

Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila

27 sentyabr
.

ABŞ Yaxın Şərqdə qırıcı təyyarələrinin rotasiyasına davam etdirir

ABŞ Hərbi Hava Qüvvələri Yaxın Şərqdə yerləşən hava bölmələrinin rotasiyasını davam etdirir, regiondakı Amerika döyüş təyyarələrinin ümumi sayı isə dəyişməz qalır. "Report"un xəbərinə görə, bunu "Itamilradar" portalının və "Military Air Tracking Alliance"ın (MATA) məlumatlar

27 sentyabr
.

Dünyanın tanınmış repçisini zorakılıqda ittiham edən qadından ƏCAİB ETİRAF: "Onunla heç vaxt görüşməmişəm"

2024-cü ildə tanınmış repçi Jay-Z-ni (əsl adı Şon Karter) cinsi zorakılıqda ittiham edən qadın irəli sürdüyü iddiaların uydurma olduğunu rəsmən təsdiqləyib. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Şon Jay-Z Karter mənə heç vaxt təcavüz etməyib. Mən cənab Karterlə heç vaxt üz-üzə gəlməmişə

27 sentyabr
.

Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi

Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis

24 sentyabr
.

Tramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib

ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd

26 sentyabr