"The Economist": ABŞ-nin iqtisadi tənəzzülü Harrisin prezidentlik planlarına son qoya bilər
ABŞ iqtisadiyyatında iqtisadi artım azalır və bu, vitse-prezident Kamala Harris üçün çox pis xəbərdir. İqtisadiyyatda tənəzzül və hətta yavaşlama onun "prezidentlik" planlarına son qoya və müvafiq olaraq Donald Trampa kömək edə bilər.
"Report" xəbər verir ki, bu fikir "The Economist" nəşrindəki yazıda yer alıb.
Məqalə müəllifləri qeyd edirlər ki, ABŞ iqtisadiyyatı hələ tənəzzül dövrünə girməyib, lakin onun artımı səngiyib və bu, prezidentliyə namizəd Harrisə qarşı, deməli, Trampın xeyirinə olan məqamdır.
Co Baydenin Ağ Evi ölkədə iqtisadi bum ilə öyünə bilməz. "Amerikalı seçicilər bu uğursuzluğa görə Kamala Harrisi cəzalandıracaqlarmı?", - "The Economist" sualla oxucularına müraciət edir.
Nəşrdə bildirilib ki, bir çox investorlar Amerika iqtisadiyyatının tezliklə tənəzzülə qərq olacağından qorxur. Bədbin proqnozlar üçün səbəblər isə çoxdur. Məsələn, işsizlik səviyyəsi ilə bağlı yaxınlarda açıqlanan məlumatları göstərmək olar. Xatırladaq ki, iyul ayında bu göstərici 4,3 %-ə çatıb və bu, 2021-ci ildən bəri ən yüksək səviyyə deməkdir. Məqalə müəlliflərinin vurğuladığı kimi, bu məlumatların açıqlanmasından sonra - avqustun 5-də bütün dünyada birjalar çöküb. Ertəsi gün bazarlar mövqelərini bir qədər bərpa etsələr də, bu vəziyyət ümumilikdə, təbii ki, heç kimdə nikbinlik yaratmayıb.
Məqalədə deyilir ki, iqtisadiyyatın yaxın üç aydakı "davranışı" ABŞ Demokratlar Partiyasının nümayəndələrinin noyabr seçkilərində uğur qazanmaq şanslarını müəyyən edəcək.
Eyni zamanda, müəlliflər iddia edirlər ki, açıq tənəzzül, güman ki, Harris üçün "ölüm hökmü" olacaq.
"Ancaq iqtisadiyyat yalnız yavaşlasa belə, bu amil Harrisə zərər verə, Trampa kömək edə bilər", - müəlliflər fikirlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 734 Tarix: 10 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Bundestaqdan (parlament) sonra Bundesrat (Almaniya federal torpaqlar palatası) hakim koalisiyanın yanacağın qiymətlərinin artması fonunda avtomobil yanacaqlarına vergi yükünün azaldılması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Report" DPA-ya istinadən xəbər verir. Məlumata görə
27 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?
"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb
24 sentyabrTrampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabrTramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrMəktəbdə övladlarına görə qadağa qoyuldu, valideynlər etiraz etdi
Britaniyada yaşayan şahzadə Harri və Meqan Marklın övladları Arçi və Lilibetin təhsil aldığı məktəbdə tətbiq olunan xüsusi təhlükəsizlik tədbirləri yerli valideynlərin narazılığına səbəb olub. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, məktəblərin valideynlərə göndərdiyi məktublarda məxfilik qaydaların
26 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrDaha bir dünya lideri Makronun dəvətini rədd etdi
İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat
26 sentyabr