Narkobaron Xoakin Quzman Loeranın oğlu ABŞ-yə könüllü təslim olub
Meksikalı narkobaron Xoakin Qusman Loeranın oğlu Xoakin Qusman Lopes könüllü olaraq Amerika hakimiyyətinə təslim olub, eyni zamanda "Sinaloa" narkokartelinin yaradıcılarından biri, "El Mayo" ləqəbli İsmael Zambada da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.
"Report"un məlumatına görə, bu barədə ABŞ-nin Meksikadakı səfiri Ken Salazar "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
"Xoakin Qusman Lopes könüllü təslim olub. Sübutlar El Mayonun iradəsinə zidd olaraq ələ keçirildiyini göstərir", - diplomat bildirib.
"Sinaloa" kartelinin yaradıcılarından biri olan İsmael Zambada iyulun 26-da Meksikadan yüngül təyyarə ilə gəldiyi Amerikanın El Paso hava limanında saxlanılıb. Onunla yanaşı, ABŞ rəsmiləri ömürlük həbs cəzası çəkən "El Çapo" (ispan dilində "qısa boylu") ləqəbli kartelin qurucusu Xoakin Qusman Loeranın oğullarından biri olan Xoakin Quzman Lopesi də həbs ediblər.
Salazarın açıqlamaları Meksika Prezidenti Andres Manuel Lopes Obradorun ABŞ hakimiyyətini meksikalı narkobaronların həbsi ilə bağlı bütün hallar haqqında tam məlumat verməkdən imtina etdiyinə görə tənqidindən sonra verilib.
ABŞ səfiri həmçinin bildirib ki, cinayətkarların saxlanılması ilə nəticələnən uçuşun təşkilində Amerikanın hakimiyyət orqanları iştirak etməyib. "Bu, bizim təyyarəmiz, pilotumuz deyil. ABŞ hakimiyyətinə uçuş planı təqdim olunmayıb", - diplomatın açıqlamasında deyilir.
O, həmçinin əlavə edib ki, təyyarənin pilotunun ABŞ hökuməti ilə müqaviləsi olmayıb.
"Bu, hər iki ölkə üçün böyük qələbədir. Suverenliyimizə hörmət prinsiplərinə əsaslanan və bu işi tərəfdaşlar kimi görməyimizə əsaslanan çox aydın işin nəticəsidir", - Salazar əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 850 Tarix: 11 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl
25 sentyabrTürkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib
Türkiyəli jurnalist Ali Tarakcı sosial media hesabında paylaşdığı saxta məlumata görə həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, Ankara Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində A. Tarakcı barəsində Türkiyə Cinayət Məcəlləsini
27 sentyabrPezeşkian: Yaxın Şərqin "polis"ə ehtiyacı yoxdur
İran ABŞ və İsraillə qarşıdurmada "öz mövqeyində qalmağa" davam edir. "Report" "Al Jazeera"yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, sanksiyalar vasitəsilə İran xalqına təsir göstərəcəyini düşünənlər "yanılıblar"
26 sentyabrXorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Xorvatiya ilə Sloveniya arasında sərhəddə yerləşən Kupa çayını keçməyə çalışan beş miqrant boğularaq ölüb. "Report"un "Associated Press"ə istinadən məlumatına görə, bu barədə cümə günü Xorvatiya polisi xəbər verib. Məlumata görə, hadisə yerinə ilk gələn zabit beş nəfəri sudan xila
27 sentyabr2027-ci ildə tətil üçün dünyanın ən yaxşı yerləri açıqlandı (SİYAHI)
Dünyanın ən böyük səyahət nəşriyyatlarından biri olan "Lonely Planet" ənənəvi olaraq payız aylarında növbəti il ziyarət edilməyə dəyər ən yaxşı məkanların siyahısını hazırlayır. Qaynarinfo xəbər verir ki, bu il "Best in Travel list 2027" siyahısında dünyanın müxtəlif yerlərindən 5
25 sentyabrAİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək
Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu
25 sentyabr