ABŞ: "İran İsraili vurarsa, fəlakətli nəticələrlə üzləşəcək"
ABŞ iddia edir ki, İran İsrailə hücum edərsə, bunun nəticələri Tehran üçün fəlakətli olacaq.
Oxu.Az xəbər verir ki, bu versiyanı jurnalistlər üçün xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi irəli sürüb.
"Bu baş verərsə, biz buna qarşı çıxmağa və İsraili müdafiə etməyə hazırıq. Ancaq biz iranlıları da bu yola getməməyə çağırırıq, çünki bunun nəticələri xüsusilə İran üçün olduqca fəlakətli olacaq. Biz Yaxın Şərqdə vəziyyətin istənilən inkişafına hazırıq", - o bildirib.
Vaşinqton administrasiyasının rəsmisi İranın İsrailə hücumu halında ABŞ-nin özünün İranı vurmağa hazır olub-olmaması sualına cavab verməyib.
"İcazə verin deyim ki, biz regiona vəziyyətin hər hansı mümkün inkişafı üçün tələb olunan əhəmiyyətli hərbi aktivlər yerləşdirmişik. Biz öz fəaliyyətlərimizi tərəfdaşlar və müttəfiqlərlə əlaqələndiririk. Başqa heç nə barədə əvvəlcədən nə isə deyə bilmərəm", - məmur əlavə edib.
Xatırladaq ki, Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda öldürülməsindən və "Hizbullah"ın hərbi qanadının komandirlərindən biri Fuad Şukranın Beyrutda məhv edilməsindən sonra başlayıb. İran, HƏMAS və "Hizbullah" hadisəyə görə İsraili günahlandırıb və bunu cavabsız qoymayacaqlarını bildiriblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 923 Tarix: 18 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabrYakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabr