DƏHŞƏTLİ FAKT: 400 yaşayış binası çökə bilər
Türkiyənin ən böyük şəhəri olan İstanbulda yüzlərlə yaşayış binasının gözlənilmədən uçulma təhlükəsi ilə üz-üzə olduğu barədə şok bir açıqlama gəlib. Məlum olub ki, meqapolisdə təxminən 400-ə yaxın bina hər an çökə bilər.
Bu dəhşətli faktı Gölcük zəlzələsinin 25-ci ildönümü münasibətilə keçirilən tədbirdə türkiyəli mütəxəssis, professor İhsan Karagöz dilə gətirib.
Professor bildirib ki, 1999-cu ildə baş vermiş dağıdıcı Gölcük zəlzələsindən 25 il keçməsinə baxmayaraq, İstanbulda hələ də ciddi problemlər qalmaqdadır.
"Hazırda İstanbulda özbaşına uçulmaq təhlükəsi olan 400-ə yaxın bina var və təəssüf ki, o binalarda hələ də insanlar yaşayırlar", - deyə o xəbərdarlıq edib.
İhsan Karagöz bu məsələdə tikintiyə nəzarət qurumlarını, İstanbul Böyükşəhər bələdiyyəsini və yerli bələdiyyələri sərt şəkildə tənqid edib.
O, statistik məlumatlara əsaslanaraq qeyd edib ki, İstanbulda mövcud binaların sayı təxminən 1,5 milyona çatır və onlardan 800 mini məhz 17 avqust 1999-cu il zəlzələsindən əvvəl keyfiyyətsiz beton, düzgün olmayan dəmir işlədilərək və heç bir nəzarət olmadan inşa edilib. Hətta bəzi tikililərdə dəniz qumundan istifadə edildiyi də məlum olub.
Professor İhsan Karagöz riskləri minimuma endirmək və binaları möhkəmləndirmək üçün aidiyyəti qurumlara mütləq şəkildə yaxşı bir mühəndisə müraciət etməyi tövsiyə edib. Əks halda İstanbulda böyük bir fəlakətin qaçılmaz olduğunu vurğulayıb.
Qeyd edək ki, Gölcükdə 1999-cu ilin 17 avqustunda baş verən 7,4 bal gücündə zəlzələdə 18,3 min nəfər ölüb, 48,9 min nəfər yaralanıb. Gölcük zəlzələsi təxminən 45 saniyə davam edib və Türkiyənin zəlzələ tarixində "ən uzun zəlzələ" kimi tanınır. (Oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1026 Tarix: 18 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Trampın İranın Hörmüz planını rədd etməsinin səbəbi açıqlanıb
ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı, xüsusilə İran tərəfinə etimadın olmaması səbəbindən rədd edib. "Report"un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib
27 sentyabrDünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl
25 sentyabrTramp İranın Hörmüz boğazı ilə bağlı təklifini rədd edib
ABŞ Prezidenti Donald Tramp İran tərəfinin Hörmüz boğazından gəmiçiliyin bərpası ilə bağlı təklif etdiyi planı rədd etdiyini bildirib. "Report"un məlumatına görə, ABŞ prezidenti bu barədə jurnalistlərlə söhbəti zamanı danışıb. Müvafiq suala cavab olaraq Tramp: "Mən onların təklifini rəd
26 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrİran prezidenti ABŞ-ı bununla günahlandırdı
İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo
25 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabrNigerdən Fransa və Ukraynaya ağır İTTİHAM: "Ciddi sübutlarımız var"
Niger Fransa və Ukraynanı Saheldə terrorçuluğa dəstək verməkdə ittiham edib. TASS-a istinadən xəbər verir ki, Nigerin Baş naziri Əli Lamin Zeyn bununla bağlı ciddi sübutların olduğunu bildirib. "Hazırda Saheldə baş verənlər silahlı üsyan deyil, dini müharibə deyil. Bölgəmizdə terrorçuluq təbii sərvətlərimizi
27 sentyabr