Solçular Makronu istefaya göndərə bilər
Fransanın solçu "İtaətsiz Fransa" partiyasının rəhbərliyi solçu Yeni Xalq Cəbhəsi alyansının namizədi Lyüsi Kasten baş nazir postuna təyin edilməsə, Milli Assambleyanın (parlamentin aşağı palatası) Bürosuna ölkə prezidenti Emmanuel Makronun vəzifəsindən kənarlaşdırılması təklifini təqdim etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "İtaətsiz Fransa" alyansının qurucusu Jan-Lyük Melanşon və onun ən yaxın silahdaşları həftəlik "La Tribune Dimanche" üçün məqalələrində yazıblar.
Qeyd olunub ki, ölkə konstitusiyasının 68-ci maddəsi prezidentin vəzifədən kənarlaşdırılması şərtlərini müəyyən edir: "Bu, qanunda göstərildiyi kimi, onun öz vəzifələrini yerinə yetirməməsi, mandatına uyğunsuzluğun aşkar əlamətləri olan halda baş verə bilər".
Partiya nümayəndələri hesab edirlər ki, parlament seçkilərinin nəticələrini nəzərə almamaq və onlara məhəl qoymamaq prezident mandatının elementar tələblərinin pozulması deməkdir: "Ona görə dövlət başçısı demokratiyanın qarantı olmalıdır".
Mövcud qaydalara görə, belə sorğular Milli Assambleyanın Bürosuna və onun rəhbərliyinə verilir. Daha sonra vəsatət qəbul olunarsa, qanunvericilik komissiyasına göndəriləcək.
Yalnız komissiya tərəfindən təsdiq edildikdən sonra prezidentin istefaya göndərilməsi təklifi aşağı palatanın bütün deputatlarının səsverməsinə çıxarıla bilər. Melenşon və onun tərəfdaşları hesab edirlər ki, bu təklifi qəbul etmək olar, çünki prezident düşərgəsi palatada azlıq təşkil edir.
Daha əvvəl "Agence France-Presse" Yelisey Sarayına istinadən xəbər vermişdi ki, Makron Milli Assambleyanın (parlamentin aşağı palatası) fraksiya rəhbərlərini ölkənin yeni hökumətinin formalaşdırılmasına həsr olunacaq iclasa dəvət edib.
İclasda Makron növbədənkənar parlament seçkilərində birinci yeri tutan solçu Yeni Xalq Cəbhəsi alyansının təklif etdiyi namizəd, iqtisadçı Lyüsi Kaste ilə söhbət edə bilər.
Eyni zamanda, "Le Journal du Dimanche" nəşri isə qeyd edib ki, Kastenin görüşə dəvət edilməsi özlüyündə heç nə demək deyil. Mümkündür ki, Fransa lideri onun təyinatının qeyri-mümkünlüyünə işarə etsin. Qeyd olunub ki, Makron avqustun 28-dək respublikanın yeni hökumət başçısını təyin edəcək.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Pensiya yaşı ilə bağlı yeni QAYDA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bu şəxslər üçün avtobus və metro PULSUZDUR
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
Azərbaycanda mal əti BAHALAŞDI - YENİ QİYMƏT
Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK
İtkin düşən 5 nəfər ötən gün tapılıb
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR