"Sevgi onun çayına limon atmaqdır" – Dünyanı dolaşan "Love is..." saqqızlarının ROMANTİK TARİXCƏSİ

"Sevgi onun çayına limon atmaqdır" – Dünyanı dolaşan "Love is..." saqqızlarının ROMANTİK TARİXCƏSİDeyilənlərə görə, məşhur hind filosofu Oşo dərs dediyi universitetin qarşısındakı ağaca hər səhər salam verib nəvaziş göstərirmiş. Ağac da gündən günə daha da qol-budaq açıb yaşıllaşırmış. Filosof universitetdən çıxandan sonra təbii ki artıq ağacla təmasda olmur. Oşonun yoxluğundan sonra o günü-gündən solur və sonda tamamilə quruyur.

Sevgini insanlar demək olar ki, yaranan gündən hiss etməyə başlayıblar. Hələ qədim dövrlərdən qadınların körpələrinə bağlılığı, həm də ov edərkən iri heyvanların balaca heyvanları qoruyub yemləməsi sevginin varlığından xəbər verirdi.

Sonradan daha geniş və müxtəlif izahlar eşitməyə başladıq. Kənddə yaşayan bir qadından ərinin onu sevib-sevməməsi soruşulur. Qadın isə cavabında deyir: " o dediyin nədir bilmirəm, amma ərim mənə baxanda həmişə gülür. Xoşladığıma görə isti çörəyin kənarını, soğanın tam ortasını mənə verir. Bütün işlərdə mənə kömək edir".

Və ya başqa ailədə əsla pafoslu etiraflar eşidilmir və qadın kişiyə (yaxud kişi qadına) hansısa orqanını bağışlayır.

Mövzumuz sevginin tarixi, yaxud izahı deyil. 90-cı illərdən günümüzə qədər hər kəsin qəlbində yerini qoruyan "Şipsevdi" saqqızının yaranma hekayəsidir. Hər bağlamasında xüsusi surpriz olan "Love is..." saqqızı. (Moderator.az)

"Sevgi- onun çayına limon atmaqdır", "Sevgi- harada olursan ol, ona qovuşmaq üçün təyyarə bileti göndərməkdir", "Sevgi- onun xoşuna gələn işləri görməkdir".

Zellandiyadan İtaliyaya, İtaliyadan Amerikaya uzanan nəhəng okeanları və dağları aşaraq hələ də dünyanı dolaşan sevgi hekayəsinə nəzər salaq.
Karikaturaların yaradıcısı Kim Kasalinidir. O, 1941-ci ildə Yeni Zellandiyada dünyaya gəlib.
Kim 1967-ci ildə 26 yaşında Los Anceles şəhərinə köçür. Burada xizək klubunda kompüter mühəndisi olan italiyan Roberto Alfredo ilə tanış olur. Bu tanışlıqdan sonra Kimim repertuarında ciddi dəyişikliklər yaranmağa başlayır. Məhz bu klubda Kim ilk dəfə olaraq yumorlu rəsmlər çəkməyə başlayır.

Xizək klubundakı yumoristik hadisələri çəkən karikaturist rəssam eyni zamanda bir dizayn şirkəti üçün də müxtəlif və maraqlı rəsmlər çəkir. Bu arada isə artıq aşiq olduğu Robertoya da bir məktub yazır və onun da balaca bir karikaturasını məktuba əlavə edib göndərir.
Bundan sonra onlar artıq görüşməyə başlayırlar. Hislərini karikaturalara tökən Kim çəkdiyi şəkilləri gizlicə sevdiyi oğlanın pencəyinin cibinə, maşınının torpedasına, şkafların çəkməcələrinə yerləşdirir.

Saf və səmimi hislər üzərində başlayan sevgi evliliklə davam edir. Evlilik Kimin ideyalarını daha da genişləndirir və karikaturaların mövzuları zənginləşir.

Bu karikaturalar təkcə sevgililər arasında qalmır. Get-gedə məşhurlaşır və görən hər kəs tərəfindən təqdir edilir.

Karikaturalar sevgi ilə keçən ömrün hər anına, hər saniyəsinə həsr olunur. Tezliklə dönəmin məşhur qəzeti Los Anceles Taymz qəzeti karikaturaları görür və çox bəyənir. Müəllifə müraciət olunur və əsərlər satın alınıb qəzetdə çap olunur.

Dövrün dünyaya səs salan "Love story" filminin afişasında karikaturaların birindən götürülmüş bu ifadə yer alır- "Sevgi əsla gəmgin olduğunu deməməkdir".

Hər kəsin qəlbinə xitab edən bu karikaturalar artıq okeanı aşıb İngiltərəyə də "sevgi" gətirir. İngiltərənin ən məşhur qəzeti olan "Mail on Sunday" oxucularına Kasalinin sevgisini "daddırır". 1970-ci ildən başlayaraq qardaş Türkiyə də Kimin sevgi nağılları ilə feyziyab olur. Karikaturalara Türkiyədə "rəng və dad qatılır". Amerikada və İngiltərədə rəngsiz- ağ-qara çap olunan rəsmlər Türkiyədə rəngli çap olunur və müxtəlif meyvə tamları ilə istehsal olunur.

Məşhurluq və zənginlik sevgililərin duyğularına əsla təsir etmir və onların bir oğul övladı dünyaya gəlir.

Şöhrətin və sevginin zirvəsində acı xəbər aşiqləri sarsıdır. Robertoya 1975-ci ildə xərçəng diaqnozu qoyulur. Diaqnoza qədər artıq onların 2-ci oğulları dünyaya gəlmişdi. Bütün işlərini kənara qoyan Kim bütün vaxtını sevdiyi kişi ilə keçirir. Hətta Yeni il günü ərindən qızıl üzük deyil, 3 cü övlad istəyir. Amma artıq gec idi. Xəstəliyi Robertoya 3-cü dəfə ata olmağa imkan vermir. Ailə həkimlərin məsləhəti ilə Robetonun hüceyrələrini dondurur. Kimin 3-cü dəfə ana olmaq arzusu ərinin ölümündən sonra həyata keçir.

Onların ailə həyatı cəmi 5 il davam edir. 1971-ci ildə sevgi üzərində qurulan ailə 1976-cı ildə Robertonun vaxtsız ölümü ilə əbədiləşir.
Kim ilk dəfə Robertonun adının baş hərfini 1971-ci ildə çəkdiyi karikaturada çimərlik qumunda yazmışdı. Həmin "R" və onların ölümsüz sevgiləri nəinki qəzetlərdə, saqqızlarda, geyimlərdə, köynəklərdə, təqvimlərdə, dəftər üzlərində əbədiləşməyə davam edir. Rəsmlər 60 ölkəyə və 100 milyondan çox insana sevgi yayır.

Karikaturalara məhz Robertoya olan sevgisindən ilham alaraq başlayan Kim ərinin vaxtsız ölümündən sonra da ona rəsmlər həsr etməyə davam edir. Aşiq qadın ərindən sonra yaşadığı 20 il ərzində nə dünyanı, nə də ərini sevgisiz qoymur. 1997-ci ildən isə dünya artıq yeni karikaturalar görmür...

"Sevgi- öyrətməkdir, sevgini öyrətməkdir!".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 901   Tarix: 19 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi

"Heç vaxt qəzaya düşməmiş və saz vəziyyətdə olan elektromobil dərin su gölməçələrindən və su maneələrindən daxiliyanma mühərrikli avtomobillərlə müqayisədə daha yaxşı keçə bilir". xəbər verir ki, bunu rusiyalı avtomobil eksperti Yevgeni Laduşkin RT-yə müsahibəsində bildirib. Onun sözlərin

11 oktyabr
.

Soyuducunu bu vasitə ilə təmizləməyin - xarab edə bilər

Soyuducunun uzun müddət problemsiz işləməsi üçün onun müntəzəm və düzgün təmizlənməsi vacibdir. Lakin istifadə edilən təmizləyici vasitənin düzgün seçilməməsi cihazın səthinə zərər verə, hətta bəzi hallarda təhlükəli vəziyyət yarada bilər. Mütəxəssislər xüsusilə ağardıcı və xlor tərkibli güclü vasitələrdə

4 oktyabr
.

Tozsorana bir ovuc əlavə edin - çəkmə gücünü 2 QAT ARTIRIR

Tozsoranın çəkmə gücünün zəifləməsi ev təmizliyində ən sıx qarşılaşılan problemlərdəndir. Əksər insanlar bu vəziyyəti cihazın köhnəlməsi ilə əlaqələndirsə də, mətbəxdən tapılan sadə bir material problemi dərhal aradan qaldırır. xəbər verir ki, tozsoranın xortumundan içəri çəkilən 1 ovuc iri dənəli qay

11 oktyabr
.

Yaponlar buna görə göbəyə gül suyu damladırmışlar

Yapon mədəniyyətindən qaynaqlandığı iddia edilən və göbək nahiyəsinə gül suyu damlatmağa əsaslanan sadə üsul sosial şəbəkələrdə yenidən populyarlaşıb. xəbər verir ki, kiçik bir pambıq parça gül suyu ilə ısladılaraq göbək dəliyinin üzərinə qoyulur və dərinin onu əmməsi üçün 10-15 dəqiqə gözlənilir. Əsasə

11 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

ABŞ-nin Yuta ştatında xəstələrə həkim müayinəsi olmadan süni intellekt vasitəsilə dərman təyin edilməsinə imkan verən pilot proqramın icrasına başlanılıb. "Qafqazinfo"nun xəbərinə görə, "Nolla Health" şirkətinin hazırladığı "Nolla Derm" tətbiqi 18 yaşdan yuxarı sakinlər

8 oktyabr
.

Payızda səhərlər yuxudan oyanmağın çətin olmasının SƏBƏBİ

Mütəxəssislər səhərlər daha asan və tez ayılmağa kömək edən bir neçə üsul açıqlayıblar. xəbər verir ki, soyuq havaların başlaması ilə səhərlər oyanmaq daha da çətinləşir. Gün işığının azalması həqiqətən də orqanizmin daxili bioloji ritmlərinə təsir göstərə bilər. Neyrobioloq və yuxu üzrə mütəxəssis Elliso

4 oktyabr
.

Adları unuduruq, açarları itiririk... - Həkimlər səbəbi açıqladı

Adi yaddaş pozuntuları, məsələn, açarların itirilməsi və ya adların unudulması çox vaxt həddindən artıq ciddi qəbul edilir və demensiyanın ilkin əlamətləri kimi qiymətləndirilir. Lakin neyroelm sahəsinin mütəxəssisləri bildirirlər ki, koqnitiv funksiyalarda yaranan bəzi dəyişikliklərə vaxtında diqqə

16 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr