Yeni araşdırmanın nəticələri açıqlandı: Rəqəmsal asılılığın səbəbləri nələrdir?
Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi tərəfindən ölkədə orta məktəb və lisey şagirdlərinin rəqəmsal oyun vərdişlərini müəyyən etmək üçün aparılan araşdırmanın nəticələri açıqlanıb.
Bu barədə Oxu.Az CNN Türk-ə istinadən xəbər verir.
Nəticələrə əsasən, orta məktəb və lisey şagirdlərinin rəqəmsal oyun aludəçiliklərinə təsir edən amillər tənhalıq və can sıxıntısıdır.
Orta məktəb səviyyəsində 11 min 891, lisey səviyyəsində 8 min 493 olmaqla, 20 min 384 şagirdin qatıldığı araşdırma çərçivəsində rəqəmsal oyun, internet və sosial media asılılığı ilə xoşbəxtlik, kiberzorakılıq, can sıxıntısı, stres və tənhalıq halları tədqiq edilib.
Nəticədə, getdikcə artan sosial media asılılığı ilə bağlı mühüm məqamlar üzə çıxıb. Lisey şagirdlərinin 50 faizinin, orta məktəb şagirdlərinin isə 35 faizinin sosial media asılılığı riski altında olduğu müəyyən edilib.
Həmçinin, rəqəmsal oyun asılılığına təsir edən amillər də məlum olub. Tənhalıq, can sıxıntısı, xoşbəxtlik, internet və sosial media asılılığı və kiberzorakılıq ən çox təsir edən amillər sırasında yer alıb. Tələbələrin xoşbəxtlik səviyyələri, tənhalıq və can sıxıntısı kimi amillər rəqəmsal oyun asılılığının səviyyəsini artırdığı halda, xoşbəxtlik artdıqca, oyun asılılığının səviyyəsinin də azaldığı müşahidə edilib.
İnternetdən istifadənin artması ilə şagirdlərin 10 faizinin ortasəviyyəli kiberzorakılığa məruz qaldığı, yüksək səviyyəli kiberzorakılığın isə nadir baş verdiyi müəyyən edilib.
Araşdırmaya əsasən, tənhalıq hissinə orta məktəb və lisey şagirdlərində tez-tez rast gəlindiyi halda, lisey şagirdlərində narahatlıq səviyyəsinin orta məktəb şagirdlərinə nisbətən daha yüksək olduğu məlum olub.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 791 Tarix: 21 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fermer məhsul yetişdirir, amma niyə qazana bilmir? - Problemin səbəbi
Azərbaycanda kənd təsərrüfatının inkişafı regionların sosial-iqtisadi vəziyyətinə birbaşa təsir edən əsas sahələrdən biridir. Bəs görəsən, Azərbaycan fermerinin hazırda ən böyük problemi hansıdır: maliyyə, su, bazar, yoxsa istehsal xərcləri?. Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirl
30 avqustYeraltında yaşayan balıq tapıldı: kor, rəngsiz və qabırğasızdır
Hindistanda quyudan çıxarılan kiçik, rəngsiz və kor balığın elm üçün tamamilə yeni növə aid olduğu müəyyənləşdirilib. xəbər verir ki, bu barədə məlumat yayıb. Təxminən 4 santimetr uzunluğunda olan balığın ən qeyri-adi xüsusiyyəti onun bütün həyatını yeraltında keçirməsidir. Alimlər bildirirlər ki, bu
30 avqustİlk övladlarda bu xəstəliklərin riski daha yüksək ola bilər - ARAŞDIRMA
Ailədə uşağın doğulma sırasının xarakterə və davranışa təsiri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Yeni araşdırma isə bunun bəzi xəstəliklərin yaranma ehtimalı ilə də əlaqəli ola biləcəyini göstərib. xəbər verir ki, Çikaqo və Kolumbiya universitetlərinin alimləri doğum sırası ilə sağlamlıq risklər
30 avqustKüçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI
Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu
30 avqustDünyanın ən dərin metro stansiyası
platformalar artıq adi görünür. Lakin dünyada elə metro stansiyaları var ki, onların mühəndislik göstəriciləri hətta təcrübəli səyyahları belə təəccübləndirə bilər. xarici KİV-ə istinadla xəbər verir ki, Çinin Çuntsin şəhərində yerləşən "Hongyancun" metro stansiyası yerin 116 metr dərinliyind
31 avqustMəşhur restoran şəbəkəsindən aldığı hamburgerdən görün nə çıxdı
İstanbulun Ataşehir rayonunda yerləşən AVM-lərdən birində fəaliyyət göstərən dünyaca məşhur restoran şəbəkəsindən hamburger sifariş edən müştəri yeməyini yoxlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Müştərinin iddiasına görə, hamburgerin içərisindəki kahı yarpaqlarının arasında sümüklü böcəyə bənzəyə
31 avqustYeni evlənən cütlüyə diqqətçəkən məsləhət - VİDEO
YETEV Qəyyumlar Heyətinin sədri Necmeddin Bilal Ərdoğan Ankarada Merve Varlı və M. Zahid Tüfekçinin toy mərasimində iştirak edib və cütlüyün nikah şahidi olub. xarici mediaya istinadla xəbər verir ki, mərasimdə evlilik və ailənin əhəmiyyətindən danışan Bilal Ərdoğan gənc cütlüyün həyatlarının mühüm mərhələsin
28 avqustPaltaryuyan 20 il işləyə bilər - Barabana vaxtaşırı bu məhlulu tökün
Paltaryuyan maşının uzun müddət problemsiz işləməsi üçün ona mütəmadi qulluq etmək vacibdir. Bu işdə ağ sirkədən istifadə etmək mümkündür. xəbər verir ki, zaman keçdikcə paltaryuyan maşının barabanında, yuyucu vasitə bölməsində və digər hissələrində deterjan qalıqları, kir, tük və nəmlik toplanır, b
30 avqust