Müğənni Nilufər uşaq qaçırıb ?

Müğənni Nilufər uşaq qaçırıb ?Reha Muxtarın keçmiş həyat yoldaşı Dəniz Uğur atasının yanında olan oğlunu qaçırdığını iddia edərək müğənni Nilüfer və qızı Ayşə Nazlı Yumluya qarşı cinayət işi qaldırıb. Baş verənlərdən sonra Nilüfer sosial media hesabından açıqlama verib.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki,jurnalist Reha Muxtar bir müddət əvvəl pilləkənlərdən yıxılaraq intubasiya edilərək reanimasiyaya aparılıb. Qəzadan sonra Reha Muxtarın keçmiş həyat yoldaşı Dəniz Uğurun vəkili Feyza Altun Muxtarın oğlu Poyrazın müğənni Nilüfer və qızı Ayşe Nazlı Yumlu tərəfindən qaçırıldığını iddia edib. Bu iddialardan sonra Feyza Altun Ayşe Nazlı Yumluya qarşı cinayət işi qaldırıb.

Məsələ ilə bağlı susqunluğunu pozan müğənni Nilüfər sosial media hesabında video paylaşaraq açıqlama verib. Nilüfer hadisə ilə bağlı bu açıqlamaları verib:

"Salam əziz izləyicilərim. İlk öncə qeyd edim ki, uşaq oğurluğu və ya qaçırma kimi bir şey yoxdur və iddialar tamamilə iyrənc böhtandır. Hazırda arxamdakı mənzərəni görürsünüzmü? Mən Bodrumdayam. Dörd gündür ki, qızım İstanbuldadır. Səhər saatlarında o mənə zəng etdi. "Atam yıxılıb və reanimasiyaya aparılıb" dedi. Çox üzüldüm və qızıma atasının yanına getməsini tapşırdım. Hadisə baş verəndə Poyraz və Reha evdə tək olublar. Reha yıxılanda Poyraz qonşuya kömək çağırmağa gedib. Təcilli tibbi yardım gəlib və onlar xəstəxanaya gediblər. Poyraz gecə xəstəxanada tək olub. Ayşəyə zəng edib amma cavab ala bilməyib. Səhər isə anasından əvvəl Ayşə ilə əlaqə saxlayıb və xəstəxanaya çağırıb. Poyraz bir müddət əvvəl atası ilə yaşamağa qərar verib və o anasının yanına getmək istəmir, səbəblərini izah edə bilmirəm, ailə münasibətlərinə qarışa bilmərəm. Ayşe Nazlı atası reanimasiyada olduğu üçün xəstəxanada ağlayırdı. Ögey də olsa Poyraz da onun qardaşıdır. Poyraz evdə it və pişiyi olduğu üçün evə getmək istəyib. Ayşə Poyrazı Reha bəyin evinə aparıb. Həmin vaxt mənə zəng gəldi ki, 'Ayşə Poyrazı xəstəxanaya gətirməsə, cinayət işi açacağıq'. Ona görə də qızıma dedim ki, qardaşıyla yenidən xəstəxanaya getsin. Hadisə belə baş verib. Ayşə sadəcə böyük bacısı kimi Poyrazın istəyini yerinə yetirib.

Bu böhtanı atanlar haqqında danışmaq və onları məhkəməyə vermək istəmirəm. Mən bu cür pisliyə dözə bilmirəm. Tək məsləhətim odur ki, yaxşı insan olmağa çalışsınlar".


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 957   Tarix: 22 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avropada temperatur +40 dərəcəyə yüksələcək

Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1

24 sentyabr
.

İran prezidenti ABŞ-ı bununla günahlandırdı

İran ABŞ ilə müharibəni seçməyib və bu müharibənin nə vaxt bitəcəyinə qərar vermək onun səlahiyyətindədir. xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkyan bildirib. "Biz davam etmək istəmirik. Amerika bu müharibəyə son qoymaq istəyib-istəmədiyini seçməlidir", - deyə Pezeşkian "Fo

25 sentyabr
.

İran "Cənubi Pars" yatağında zədələnmiş infrastrukturun 50%-nin bərpa olunduğunu elan etdi

İran İsrailin Fars körfəzindəki Cənubi Pars qaz yatağına hücumundan altı ay sonra zədələnmiş istehsal gücünün 50%-ni bərpa etdiyini açıqlayıb. xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı məlumat verib. Neft nazirinin müavini Əhməd Zeratkar təmir olunmuş obyektlərdə istehsalın bərpa olunduğunu və qala

24 sentyabr
.

Pentaqonun rəsmi hesabatı: İranla münaqişədə yaralanan hərbçilərin sayı açıqlandı

İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb. xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin verdiyi itkilərlə bağlı Pentaqonun dərc etdiyi son hesabatda qeyd olunub. Məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladıla

26 sentyabr
.

Tailandda daşqınlar səbəbindən 84 mindən çox insan zərər çəkib

Tailandın paytaxtı Banqkokda başlayan fasiləsiz yağışlar səbəbindən şəhərin bir neçə rayonunu su basıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, ölkə boyunca daşqınlar nəticəsində 21 əyalətdə, xüsusən də mərkəzi rayonlarda 84 mindən çox insa

26 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Makron prezidentliyə qayıdacağını istisna etmədi: "Həyat sürprizlərlə doludur"

Fransa Prezidenti Emmanuel Makron səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən dövlət başçısı postuna qayıda biləcəyini istisna etməyib. xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. "Gəlin məsələyə aydınlıq gətirək: konstitusiyamıza görə, vətəndaşın ardıcıl olaraq iki dəf

26 sentyabr
.

"Vanlı Kara Haydar"a qarşı XÜSUSİ ƏMƏLİYYAT: Maşınlardan fantastik məbləğdə pullar tapıldı - FOTO-VİDEO

Ankarada aparılan istintaq çərçivəsində "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan Mehmet Fatih Tançalana qarşı İstanbulda xüsusi əməliyyat keçirilib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd olunur ki, "Vanlı Kara Haydar"ın iki avtomobilinə baxış zaman

26 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr