Uşaqlara cinsi zorakılıq edənlərə kimyəvi və cərrahi kastrasiya tətbiq OLUNACAQ - FOTO
Qazaxıstanda pedofillərə qarşı sərt tədbirlər görülür.
Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, bu insanlara ildə 24 dəfə orqanizmdə dəyişiklik edən iynələr vurulacaq. Eyni zamanda, ölkədə uşaq istismarı ilə bağlı ən pis cinayət törədənlərə cərrahi kastrasiya (axtalatma) tətbiq etmək üçün kampaniya aparılır.
Qazaxıstan pedofillərə qarşı dünyanın ən sərt qanunlarından birinə malikdir. Cinayətkarların ünvanları həbsdən çıxandan sonra yayımlanır. Hakim Əmanət Partiyasından olan millət vəkili Elnur Beysenbayev hazırkı tədbirlərin yetərli olmadığını və məhkəmələrə bir variant kimi cərrahi kastrasiyanın təqdim edilməsinin vacibliyini bildirir.
Beysenbayev uşaqlara qarşı cinsi cinayətlərin artdığını bildirir və kimyəvi kastrasiyanın effektli olmadığını iddia edir. O deyir ki, hökumət insan haqları ilə bağlı narahatlıqlara baxmayaraq, xüsusi amansız hallarında cərrahi kastrasiyaya yönəlməyə davam edəcək.
Bu müzakirələr onu göstərir ki, ölkədə uşaq zorakılığına qarşı görüləcək tədbirlərlə bağlı ciddi ictimai-siyasi müzakirələr davam edir.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1024 Tarix: 23 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt
5 iyulEtnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?
Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin
9 iyulTramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
5 iyulİyun ayı tarixə düşdü
Qərbi Avropada müşahidə olunan güclü istilər fonunda 2026-cı ilin iyun ayı region tarixində ən isti iyun ayı kimi qeydə alınıb. Ötən ay həmçinin qlobal miqyasda müşahidələr tarixinin ikinci ən isti iyun ayı olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S
10 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyul