Bir əldə iki QARPIZ tutmaq: Fermer çox, alıcı dadlı MƏHSUL axtarışında - ŞƏRH

Bir əldə iki QARPIZ tutmaq: Fermer çox, alıcı dadlı MƏHSUL axtarışında - ŞƏRHMaraqlıdır, qarpızın dadlı və şirin olması nədən asılıdır? Nə üçün ötən il şirin qarpız tapmaq əsl tapıntı idi, bu il isə, yox?

Qarpızın inkişafını azaldan faktorlar

Hər rayonun spesifik meyvəsi olur. Quba ağ alması, Ordubad əriyi, Lənkəran naringisi ilə məşhur olduğu kimi Sabirabad da qarpızı ilə tanınır. Şirin qarpız deyəndə ağlımıza Sabirabad gəldiyi üçün, sualımızı Sabirabadda qarpız əkini ilə məşğul olan Mədət Manafova ünvanladıq.

Həmsöhbətimiz deyir ki, qarpızın şirinliyi onun sortundan, yetişmə dərəcəsindən, torpaq şəraitindən, iqlimindən, suvarma və gübrələmədən, eləcə də yığım zamanından asılıdır. Onun sözlərinə görə, bu faktorların hər biri qarpızın şirinliyinə təsir edir: "Tam yetişmiş, doğru şəraitdə böyümüş qarpızlar daha şirin olur. Qarpız şoran torpaqlarda yaxşı inkişaf etmir. Şoran torpaqlarda duz miqdarı çox olduğundan, bitkilərin kökləri suyu və qidaları effektiv şəkildə mənimsəyə bilmir. Bu vəziyyət qarpızın inkişafını azaldır. Qarpız üzvi maddələrlə zəngin, günəşli və isti iqlim şəraitində yetişir. Torpağın düzgün tərkibi və suvarma şəraiti qarpızın yaxşı böyüməsi və yüksək keyfiyyətli məhsul verməsi üçün əsasdır".

Qarpıza su çox veriləndə...

M.Manafov vurğulayır ki, Sabirabad bölgəsi qarpızın yetişməsi üçün ideal şəraiti ilə tanınır. Sabirabadın isti iqlimi və günəşli hava şəraiti qarpızların yaxşı böyüməsinə və şəkər tərkibinin artmasına kömək edir. Torpağın mineral tərkibi və suvarma imkanları qarpızın şirinliyini artırır. Amma burada da suvarma dəqiq aparılmalıdır:

"Sabirabad isti yerdir və qarpız da istini sevir. Ona görə bu torpaqda qarpız düzgün əkildikdə, becərildikdə şirin olur. Meyvənin inkişafı zamanı, xüsusilə erkən mərhələlərdə bol suvarma vacibdir. Amma qarpız meyvə kimi formalaşmağa başladıqda, suvarma azaldılmalıdır. Çünki su çox veriləndə qarpızın şəkər tərkibi azalır. Bundan əlavə, qarpızı yetişdirmək üçün peyindən istifadə edirik. Peyin, torpağın strukturunu yaxşılaşdırır, üzvi maddələrlə zənginləşdirir və bitkiləri qidalandırır. Sabirabad bölgəsi uzun illərdir qarpız əkini ilə məşğul olduğu üçün burada yerli əkinçilər təcrübəlidirlər. Bu təcrübə də qarpızın keyfiyyətli yetişdirilməsində özünü göstərir".

Ötən il bazarda Sabirabad qarpızı az idi

Ötən il qarpızın şirin və dadlı olmamasının səbəblərinə gəldikdə isə, həmsöhbətimiz bildirir ki, ötən il Sabirabadda qarpız əkini istənilən səviyyədə deyildi:

"Ötən il bu bölgədə qarpız əkənlərin əksəriyyəti pambıq əkininə yönəlmişdi. Buna görə də Sabirabad qarpızları bazarda azlıq təşkil edir, qarpız ehtiyacını digər rayonlar qarşılayırdı. Bu il isə kifayət qədər qarpız əkilib. Aran zonası, xüsusilə də, Sabirabad qarpızı şirinliyi ilə seçilir. Bu səbəbdən bu il bazarda ötən ilə nisbətən şirin qarpız daha çoxdur".

Qarpızın ən tələbkar olduğu təbiət hadisəsi

Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev də bildirib ki, qarpızın şirin olması genetik faktorlardan və becərmə şəraitindən asılıdır:

"Şəkər yüksək olduqca, qarpız da şirin olur. Bu da bir çox faktordan asılıdır. İlk olaraq genetik faktor, həmin sortun xüsusiyyətləridir. Elə qarpız sortu var ki, çox şirindir, eləsi var ki, nisbətən şirindir. Şirinlik becərmədən də asılıdır".

Mütəxəssis bildirir ki, qarpızın ən tələbkar olduğu təbiət hadisəsi günəşdir:

"Günəşli günlərin sayı çox olanda qarpız şirin olur. Çünki yetişmə prosesində gün işığından daha çox şəkər toplaya bilir. Builki iqlim şəraiti qarpızın yetişməsi üçün münbit olub. Fermerlərin becərmə texnikası da burada əhəmiyyət daşıyır. Onların yeni texnologiyalara yiyələnmələri ilbəil artır. Müasir gübrələrdən istifadə edirlər, bu da öz müsbət təsirini göstərir".

"Daha çox su verib, daha böyük məhsul alacağam"

Mütəxəssis də təsdiqləyib ki, qarpız susuzluğa davamlı bitkidir, suyun çoxluğu onun keyfiyyətini azaldır:

"Suyun çox verilməsi aqrotexnikanın pozulmasıdır. Fermer düşünür ki, daha çox su verəcəyəm, daha böyük məhsul alacağam. Amma bu zaman keyfiyyət azalır. Qarpızı daha çox suvaranda onun şəkəri aşağı düşür, amma iri olur. Bu zaman insanlar şirinliyi hiss etmir. Qarpızın şirin olmasında əkildiyi ərazidəki minerallı torpaqlar böyük önəm kəsb etmir. Ötən ilin qarpızın şirin olmama səbəblərindən biri günəşli havaların azlığı, düzgün becərilməməsi ola bilər".

Şirin qarpızı necə seçə bilərik?

Qarpız əkini ilə məşğul olan Mədət Manafov deyir ki, qarpız seçərkən ilk olaraq onun rənginə və görünüşünə diqqət etmək lazımdır:

"Yaxşı yetişmiş qarpızın qabığı tünd yaşıl rəngdə olur və üzərində ağ zolaqlar olmalıdır. Çox böyük qarpızlar bəzən çox su tərkibinə malik ola və şirinliyi az ola bilər. Orta ölçülü qarpızların şirin olma ehtimalı daha çoxdur. Bundan əlavə, qarpızın qabığı sərt və düz olmalıdır. Yumşaq və ya çuxurlu yerləri olan qarpızlar yaxşı yetişməmiş və ya zədələnmiş ola bilər. Diqqət etməli olduğunuz tək şey qarpızın saplağının nə qədər quru olmasıdır. Qarpızın saplağı qurudursa, bu, yetişmiş olduğunu göstərir. Gövdəsi yaşıldırsa və qurudulmayıbsa, bu, qarpızın vaxtından əvvəl yığılması deməkdir".(kaspi)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 594   Tarix: 24 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Saf qızıl istehsal edən bitki tapıldı: Hər evdə yetişdirilməsi mümkündürmü?

Bitkilər qızılı yoxdan var etmir, lakin alimlərin fikrincə, bəzi növlər torpaqdakı qızıl hissəciklərini özündə toplayaraq ekoloji təmiz mədənçilik üsulunun qapısını açır. xəbər verir ki, bu sahədəki araşdırmaları ilə tanınan Kris Anderson və komandası sübut edib ki, xüsusilə evkalipt və Hind xardal

27 yanvar
.

Həyatınızın 20 ilini gizlicə oğurlayan iki hiss - hər kəs ən azı bir dəfə yaşayıb

Yeni araşdırmaya əsasən, insan həyatından illər "oğurlayan" iki əsas emosional vəziyyət var. Söhbət xroniki depressiya və davamlı narahatlıq hissindən gedir. xarici mediaya istinadla məlumat verir ki, bu emosiyalar gündəlik həyatda uzun müddət davam etdikdə, ürək-damar xəstəliklərindən erkə

30 yanvar
.

Saç tökülməsi xəstəliyin siqnalı ola bilər

Stress, orqanizmdə dəmir çatışmazlığı və B qrupu vitaminlərinin azlığı ilə yanaşı, yüksək hərarətlə müşayiət olunan infeksiyalar, eləcə də statin preparatlarının qəbulu saç tökülməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə -ya müsahibəsində tibb elmləri doktoru, trixoloq Yuliya Qallyamova məluma

27 yanvar
.

Arağa acı istiot qatıb içdi, həbs olundu - NAFTALANDA

Naftalanda arağa toz şəklində istiot töküb içəndən sonra bacısı ilə dalaşan həbs olunub. xəbər verir ki, şəhər sakini 49 yaşlı Mahmud Qocayevin (ad və soyad şərtidir) sözlərinə görə, səhhətində nasazlıq olduğu üçün marketdən araq alıb. Arağın tərkibinə toz şəklində istiot əlavə edərək, içib. Məlumat

28 yanvar
.

"YouTube" milyonlarla abunəçisi olan kanalları sildi

"YouTube" süni intellektlə hazırlanmış aşağı keyfiyyətli məzmunla mübarizə çərçivəsində bir neçə məşhur kanalı eyni vaxtda platformadan silib. xəbə verir ki, onlayn video montaj platforması Kapwing-in yeni hesabatı göstərir ki, "Google"a məxsus "YouTube" 2026-cı ilin əvvəlind

31 yanvar
.

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır - PSİXOLOQ

Perfeksionizmə və rasional qərarlara meyillilik zaman keçdikcə dünyanın qeyri-rasional və xaotik olması ilə toqquşur. Yüksək intellekt həyatda uğur qazanmağa kömək edə bilər. Lakin hətta çox ağıllı insanlar da bəzən müəyyən "həyat qaydalarını" düzgün anlamırlar və bunu çox gec dərk edirlər

28 yanvar
.

Yatan insanın şəklini niyə çəkmək olmaz? - 5 səbəb

Yatan insanların şəklini çəkmək olar, yoxsa yox? Bu sual bir çoxlarını düşündürür, çünki dünyanın müxtəlif mədəniyyətlərində bunu qadağan edən inanclar mövcuddur. Psixoloqlar, ezoteriklər və etnoqraflar bu mövzunu fərqli cür izah etsələr də, hamı bir məsələdə həmfikirdir. Yuxu zamanı insan xarici təsirlər

29 yanvar
.

Həkim qastrit diaqnozu ilə bağlı məşhur mifi təkzib etdi

"Xroniki qastrit diaqnozunun yalnız mədə mukozasının - yəni mədənin daxili səthini örtən və onu güclü turşu ilə həzm fermentlərinin təsirindən qoruyan qoruyucu təbəqənin müayinəsi əsasında qoyula biləcəyi fikri mifdir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında qastroenteroloq Aleksandr

27 yanvar
.

Zeytun yağından istifadə zamanı edilən dörd əsas səhv

Zeytun yağı istifadə edərkən edilən bəzi səhvlər onun faydasını azaldır, hətta zərərli hala gətirə bilər. xarici mediaya istinadla xəbər verir ki, bir çox insan zeytun yağının hər zaman sağlam seçim olduğunu düşünsə də, gündəlik istifadə zamanı yol verilən yanlışlar məhsulun qida dəyərini ciddi şəkild

27 yanvar