İnsanlar bu yaş dövründə birdən-birə qocalırlar

İnsanlar bu yaş dövründə birdən-birə qocalırlarSəhər yuxudan oyandığınız zaman güzgüyə baxarkən birdən-birə müəyyən qədər qocaldığınızı düşünə bilərsiniz. Alimlərin yeni araşdırmasına görə, bu ani qocalmalar müəyyən yaş dövrlərində baş verir.

Bu barədə Stanford Universitetinin alimləri tədqiqat aparırlar.

Onlar yaşlanma ilə əlaqəli molekulyar dəyişiklikləri araşdırıblar. Nəticədə alzheimer və ürək-damar xəstəliklərində bu riskin tədricən deyil, müəyyən yaşdan sonra kəskin şəkildə artdığını müəyyən ediblər. Məlum olub ki, insanlar orta hesabla 44 və 60 yaşlarında iki əsas qırılma nöqtəsi yaşayırlar. dirnaq modelleri

"Zamanla, yavaş-yavaş dəyişmirik. Biz həqiqətən təəccüblü dəyişikliklər görürük", - tədqiqatın baş müəllifi olan Maykl Snayder deyib.

Snayder və onun həmkarları əsasən qocalma ilə gələn xəstəlikləri yüngülləşdirmək və mümkünsə müalicə etmək üçün bu tədqiqatı aparır. Bu məqsədlə 108 yetkin şəxs illər ərzində bir neçə aydan bir bioloji nümunələr bağışlayıb.

Hər bir iştirakçı 626 gün ərzində orta hesabla 47 nümunə təqdim edib. Bu, tədqiqatçıların araşdırma şansı əldə etdiyi 246 milyarddan çox məlumat nöqtəsi deməkdir.

Tədqiq etdikləri bütün molekulların təxminən 81 faizi bu mərhələlərin birində və ya hər ikisində dəyişikliklər göstərib. Dəyişikliklər bir qədər fərqli olmaqla, 40 və 60 yaş aralığında pik həddə çatır.

İlk zirvə 40-lı yaşlarda, adətən qadınlar menopoz və ya perimenopauzaya girməyə başlayanda olur. 60-lı yaşların əvvəlləri isə pik karbohidrat və kofein mübadiləsi, ürək-damar xəstəlikləri, dəri və əzələlər, immun tənzimlənməsi və böyrək funksiyası ilə əlaqələndirilir.

Hazırda davam edən tədqiqatlar gələcəkdə insan bədəninin zamanla necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edə bilər. (Publika.az)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1171   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Pəncərənin ağzına duzlu su qoyun - Pis enerjilərdən qoruyan İNANC

Qapının və ya pəncərənin yanında bir stəkan duzlu su saxlamaq qədim xalq inanclarında evi qorumaq, mənfi təsirlərdən uzaqlaşdırmaq və yeni başlanğıcları simvolizə edən adətlərdən biri olub. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə qədim macar inanclarında duza yalnız qida məhsulu kimi deyil

28 avqust
.

Həkim yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətini açıqladı

Tanınmış rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov yaşlı qadınlarda xərçəngin qeyri-aşkar əlamətlərindən birini açıqlayıb. xəbər verir ki, mütəxəssis bu barədə "Rossiya 1" telekanalında danışıb. Həkim vurğulayıb ki, yaşlı qadınlar dəmir çatışmazlığı anemiyasına diqqət yetirməlidirlər

30 avqust
.

Tuba Ünsal Bodrumdan sonra Çeşmədə

Türkiyəli məşhur aktrisa Tuba Ünsal yay tətilini davam etdirir. xarici KİV-ə istinadən xəbər verir ki, tətil mövsümünə Bodrumda başlayan 44 yaşlı aktrisa daha sonra Çeşməyə yollanıb. Tuba Ünsal ötən gün dostlarından biri ilə çimərlikdə görüntülənib. İkili uzun müddət dənizdə söhbət edib və birlikdə vax

31 avqust
.

Zolaq xətlərinin sarı olmasının vacib səbəbi var imiş

Sürücülərin hər gün qarşılaşdığı sarı yol xətləri sadə bir bələdiyyə seçimi və ya estetik toxunuş deyil. Yol hərəkəti mühəndisliyi və insan biologiyasının birgə işi ilə müəyyən edilən bu rəng çətin hava şəraitində həyat qurtaran kritik bir funksiyaya malikdir. xəbər verir ki, insan gözü spektrdəki bütü

30 avqust
.

Məşhur restoran şəbəkəsindən aldığı hamburgerdən görün nə çıxdı

İstanbulun Ataşehir rayonunda yerləşən AVM-lərdən birində fəaliyyət göstərən dünyaca məşhur restoran şəbəkəsindən hamburger sifariş edən müştəri yeməyini yoxlayarkən gözlənilməz mənzərə ilə qarşılaşıb. Müştərinin iddiasına görə, hamburgerin içərisindəki kahı yarpaqlarının arasında sümüklü böcəyə bənzəyə

31 avqust
.

Küçədəki beton kürələrin ƏSL MƏQSƏDİ AÇIQLANDI

Şəhər mərkəzlərində və piyada yollarında, xüsusilə səki kənarlarına yerləşdirilən beton kürələr və monolit strukturlar estetik görünüşlə yanaşı, yol təhlükəsizliyi və şəhər nizamı baxımından mühüm rol oynayır. xəbər verir ki, "beton duba" və ya "bolard" adlandırılan bu kürə və konu

30 avqust
.

Alimlər gizli planet kəşf etdilər: Yerdən nə qədər uzaqlıqda yerləşir?

Astronomlar Yerdən 33 işıq ili məsafədə pulsasiya edən ulduzun ətrafında indiyədək gizli qalan planet aşkar ediblər. Səma cismi klassik tranzit üsulu ilə deyil, əks olunan işığın yaratdığı kiçik dəyişikliklər sayəsində müəyyən edilib. xəbər verir ki, bu barədə İtaliyanın "ANSA" nəşri Mill

30 avqust
.

Qısa təmasla yoluxma riski: Ev heyvanınız infeksiya mənbəyinə çevrilə bilər - VİDEO

"Baku Med" verilişinin yeni buraxılışında yoluxucu dermatoloji problemlərdən danışılıb. Qoturluğun ilk əlamətləri hansılardır?. Qısa müddətli təmas zamanı yoluxa bilərmi?. O necə müalicə olunur?. Müalicədən sonra qoturluğa yenidən yoluxmaq mümkündürmü?. Göbələk xəstəliklərinin diaqnozu nec

30 avqust
.

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Noxudun daha asan bişməsi üçün hazırlığa bir gecə əvvəldən başlamaq lazımdır. Noxudu geniş qabda üzərini bir neçə barmaq keçəcək qədər su əlavə edib təxminən 8-12 saat gözlətmək dənələrin su çəkərək yumşalmasını təmin edir. Ertəsi gün noxudun ıslatma suyu mütləq tökülməli və bol su ilə yaxalanaraq təmi

29 avqust