Navaholar: ABŞ-ın sürgün etdiyi, Yaponiya üzərində qələbəsində əsas rol oynayan xalq - TARİX

Navaholar: ABŞ-ın sürgün etdiyi, Yaponiya üzərində qələbəsində əsas rol oynayan xalq - TARİXİkinci Dünya Müharibəsi ABŞ üçün 1941-ci il dekabrın 7-də yapon aviasiyası və donanmasının onun Perl-Harbordakı hərbi bazasına hücumu ilə başladı. ABŞ və Yaponiya əsasən havada və dənizdə gedən amansız qarşıdurmada üz-üzə gəldi. Yapon kəşfiyyatının çox yaxşı casus şəbəkəsi var idi. Gündoğar İmperiyanın bir çox kriptoqrafı əvvəllər ABŞ-da təhsil almış, ingilis dilini akademik və danışıq səviyyəsində mükəmməl bilən və düşmənin mesajlarını asanlıqla oxuyan mütəxəssislərdən ibarət idi.

Görünürdü ki, gizli şəkildə hərbi əməliyyatları planlaşdırmaq ümumiyyətlə mümkün deyil. Problem gözlənilmədən həll olundu. Bu zaman əsrlər boyu Amerika hökuməti tərəfindən ayrı-seçkiliyə məruz qalan Navaho qəbiləsinin köməyindən istifadə edilməsinə qərar verilir.

Navaholar kimdir

yerləşdirildilər. Navahoların özləri bu əraziləri "dörd müqəddəs dağ arasındakı torpaq" adlandırırlar.

Navaxo dilinin xüsusiyyətləri

Navaho dili dünyanın ən çətin on dili arasında yer alır. Müharibədən əvvəl onun yalnız şifahi forması var idi. Dilin yazılı versiya yox idi. Navaho nitqinin 4 tonallıqdan ibarət olması çətinlikləri daha da artırdı.

"Məsələn, ingilis dilində belə bir şey yoxdur. Biz müxtəlif tonallıqlarda danışa bilərik və yenə də bir-birimizi başa düşə bilərik. Navaho nitqində isə intonasiya hər şeydir. Həqiqətən sözü belə söyləməlisən, çünki əks halda başqa bir məna kəsb edəcək", - Arizona Dövlət Universitetinin tarix professoru Peter İverson Navaho dilinin özəlliklərini izah edərkən deyib.

Navaho lüğətinin başqa bir xüsusiyyəti xarici dillərdən alınma sözlərin olmamasındadır. Navahoların əcdadlarının demək olar ki, bütün Şimali Amerika qitəsini keçməsinə və digər tayfalarla əlaqə saxlamasına baxmayaraq, onlar öz dillərinə demək olar ki, heç bir alınma söz əlavə etmirdilər. İspan və ingilis dillərindən yalnız bir neçə isim götürülmüşdü.

Bu amillər Navaho dilini məxfi kodların yaradılması üçün unikal material axtarışında olan ABŞ ordusu üçün əla fürsətə çevirirdi. Navaho dilini məxfi şifrələnmə üçün istifadə etməyi ilk olaraq mühəndis Filip Conston təklif edir. Missionerlərin oğlu olan Conston uşaqlığını Navaho rezervasiyasında keçirmişdi. 1942-ci ildə hərbi təhlükəsizliklə bağlı məqaləni oxuduqdan sonra o, hindu dili əsasında kod yaratmağa qərar verir. O, məsələnin konsepsiyası üzərində düşünür və San-Diyeqo yaxınlığındakı Hərbi Dəniz Qüvvələrinin bazasını ziyarət edir. Hərbçilər ilk başda bu təklifə şübhə ilə yanaşdılar, lakin ona şans verdilər.

Radiotexniklərdən ibarət yeni dəstənin formalaşdırılması

Sonra Filip Conston 4 navahonu xidmətə götürdü və onlarla birlikdə hərbi düşərgəyə qayıtdı. Burada navahoların öz dillərində şifrələnmə qabiliyyətini yoxlamaq üçün onlar müxtəlif otaqlarda yerləşdirildi və bir-birlərinə mesaj ötürmələri istənildi. Navaholar tapşırığı ildırım sürəti ilə yerinə yetirdilər ki, bu da Hərbi Dəniz Qüvvələrinin rəhbərliyini heyran etdi. Dərhal navaholar radiotexnik kimi işə qəbul olunmağa başladı.

Radiotexnik vəzifəsinə 16-35 yaş arasında olan cəlb edilirdi. Navaholar San-Dieqodakı Pendleton Hərbi Təlim Mərkəzinə göndərilir və burda təlim keçirdi.

Navaho dili müharibədə radiodanışıqları və şifrələnmə üçün istifadə edilən yeganə hindu dili deyildi. Birinci Dünya Müharibəsində bir neçə Çeroki və Çokto Amerika Ordusunda radio operatoru kimi xidmət edirdi. İkinci Dünya Müharibəsində isə Komançi xalqından olan kriptoqraflar Normandiyada 1944-cü ilin iyununda keçirilən desant əməliyyatlarında iştirak etmişdilər.

Kodlaşdırma sistemi necə işləyirdi

Pendletondakı təlim mərkəzində navaholar fiziki məşqlər edir və çox gizli kodların hazırlanması ilə məşğul olurdu. Layihə üzərində 29 navaholu işləyirdi. Əvvəlcə ingilis əlifbasının hərfləri üçün kod sözlər yaradıldı. Kodlaşdırma sistemi belə işləyirdi: navaho sözləri ingilis dilinə tərcümə edildi və bu zaman yalnız sözün ilk hərfləri nəzərə alınırdı.

Məsələn, radio operatoru donanma (ingilis dilində navy) sözünü qarşı tərəfə ötürməlidir Bunun üçün navaxo dilində tsah sözündən istifadə edirdi. Belə ki, bu söz ingiliscəyə tərcümədə "iynə" (neddle) demək idi. Bunun ardınca navahova wol-la-chee kimi səslənən və ingiliscə qarışqa (ant) mənasını verən söz işlədirilirdi.

Mesajı alan navaholu kriptoqraf yalnız sözün ingiliscə olan versiyasının ilk hərflərini, yuxarıda misalda, məsələn (neddle və ant) sözlərinin ilk hərflərinə nəzərə salırdı. Beləliklə, daha 2 söz hesabına navy sözü yapon kriptoqrafların çözə bilməyəcəyi şəkildə şifrələnirdi.

Bəzən navaholar telefon və ya radio vasitəsilə yalnız ana dilindən istifadə edərək mesajları çatdırırdılar. Onların danışdıqları kod sözlər isə hərbi terminlər üçün icad edilmişdi. Çünki hərbi terminlərin əksəriyyətinin navaho dilində analoqu yox idi. Yəni, navaho dilində qırıcıları, sualtı qayıqları və ya təyyarədaşıyan gəmiləri ifadə etmək üçün terminlər yox idi. Pendleton bazasında təlim zamanı navaholar həmin hərbi terminləri ifadə etmək üçün yeni sözlər yaradır.

Yalnız 400 Navaho yeni kodlaşdırma sisteminə sahib idi. Orta hesabla, onlar kodlaşdırma maşınlarının tələb etdiyi 30 dəqiqə əvəzinə 20 saniyə ərzində 3 sətirli mesajları şifrələyə bilirdilər.

Quadalkanal döyüşü

Özlərini poetik şəkildə "küləklə danışanlar" adlandıran navaholu radio texniklər üçün ilk sınaq Quadalkanal döyüşü olur.

Quadalkanal Sakit Okeanın cənub-qərbində yerləşən Solomon adaları qrupuna aid idi. Bu kampaniya zamanı müttəfiqlərin əsas məqsədi yapon qüvvələrinin Avstraliya yaxınlığında möhkəmlənməsinin qarşısını almaq məqsədi daşıyırdı.

Onların hücumu uğurlu olsaydı, yaponlar ABŞ, Avstraliya və Yeni Zelandiya arasında təchizat xətlərini kəsmək imkanı qazanacaqdılar. Amma ABŞ qalib gəlsəydi, Yaponiyanın İkinci Donanmasının Yeni Qvineyada yerləşən əsas bazasına hücum üçün baza əldə etmiş olacaqdı. Havada, suda və su altında döyüşlər 6 ay ərzində - 1943-cü ilin fevralına qədər səngimədi və ABŞ-ın qələbəsi ilə başa çatdı. İldırım sürəti ilə və səhvsiz işləyən 15 navaholu kriptoqraf ordusunun uğurunda əsas pay sahibi oldu.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 910   Tarix: 28 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"

8 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır? –ARAŞDIRMA

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021