Trampın 81 yaşlı şəriki 26 yaşlı qızla evləndi
81 yaşlı alman milyonçu Horst-Diter Esç 26 yaşlı rus qadınla evlənib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, yaşlı milyonerin dediyinə görə, Alina adlı Rusiya vətəndaşı özü varlı ailədən olduğu üçün onunla puldan ötrü evlənməyib. Diter Esç münasibətlərinin sevgi üzərində qurulduğunu iddia edir.
Məlum olub ki, cütlük iyunda ailə qurub, ondan əvvəl isə may ayında qızları Marselin dünyaya gəlib. Cütlük Münhenin cənubundakı Alp gölünün yaxınlığında yaxud Avstriyadakı Kitzbühel xizək kurortunda ev almağı planlaşdırır.
Qeyd edək ki, 1970-ci illərdə Horst-Diter Esç Almaniyada tikinti maşınları sahəsində uğurlu biznes quraraq IBH-Holding konsernini təsis edib. Lakin onun biznesi uğursuzluğa düçar olub və Esç hətta həbsxanaya düşüb. 1980-ci illərdə ABŞ-a mühacirət edib və Nyu-Yorkda "Wilhelmina International" model agentliyini yaradıb, biznes tərəfdaşlarından biri isə Donald Tramp olub. Esç hazırda Meksikada yaşayır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 968 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabr