Hicabsız qadınlara "xoxan" kimi baxanlara sözüm var

Hicabsız qadınlara "xoxan" kimi baxanlara sözüm varBu fotoda gördüyünüz qadınların ikisi də eyni insandır. Yəni mənəm. Lent.az-ın yazarı Səbinə Əvəzqızı. Bu mənlərin hər ikisi Allaha sevgisi, İslam dininə hörməti, dünyaya baxışı, insanlığa, heyvanlara, ümumiyyətlə, bütün canlılara, kosmik aləmə münasibəti ilə eyni insandır. Bəs bunlardan hansı sizin daha çox xoşunuza gəldi?..

Bu sualı ona görə verdim ki, bir baş örtüsü qadına cəmiyyətdəki münasibətləri kəskin dəyişir. Özünü ifrat dindar hesab edən müsəlmanlar, başqa dinə inancı olanlar, deistlər və ya ateistlər üçün bu eyni qadın deyil, iki ayrı-ayrı insandır. Axı niyə?

Allah atalarımıza qəni-qəni rəhmət eləsin, deyiblər ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar. Amma indi o zamana gəlib çıxmışıq ki, ağılı axtarıb tapmaq niyyətində olanlar kifayət qədər azalıb. Ağlını, kimliyini qarşındakına nümayiş etdirənə kimi bəzi ortamlarda səni linc edib, üstündən asfaltçəkən maşınla keçirlər. Heç ağzını açmağa da amanın olmaz.

Əziz oxucu, sizdən əvvəl fotonu redaksiya daxilində əməkdaşlarımıza da nümayiş etdirdim. Bəziləri dedi ki, hicab mənə çox yaraşıb. Etiraz etmirəm. Bir görünüş olaraq özümün də xoşuma gəldi. Və din vasitəsilə fürsətçilik etməyən, hər hansı mənafe güdməyən, hicabı öz azad iradəsi ilə daşıyan bütün xanımlara dərindən hörmət edirəm. Hətta bu cür saf qəlbli xanımları, haradasa özümdən daha cəsur hesab edirəm. Amma ona da tam əminəm ki, baş örtüsü onunla mənim aramda səddə çevrilməməlidir. Təəssüf ki, müşahidə etdiyimiz durum elə deyil. Bəzən hicablı xanımlar görürəm ki, heç tanımadan mənə başı açıq olduğum üçün "xoxan" kimi baxır. Həmin zaman özümü qınayıram ki, bəlkə ona güvən enerjisi ötürə bilmədim? Bəlkə məndən qaçmaması üçün yetərincə səmimi görünmədim? Məncə, məsələ bu deyil. Necə olur ki, küçədəki bütün pişiklər, uşaqlar tanımadığı halda mənimlə ünsiyyət qurmaqdan çəkinmirlər, amma bəzi qara-quraya bürünən və özünü nəyə görəsə daha üstün tutan bu qadınlar uzaq dayanırlar?

Düzdür, hamısı elə deyil. Üzünə gülümsədiyim bir çox hicablı xanımlardan da eyni isti münasibəti ala bilmişəm. Bununla daha çox Ankarada rastlaşıram. Bəlkə də Türkiyənin əyalətlərində vəziyyət fərqlidir, amma orada hicablılar, qısa şortlu, ipli köynəkli xanımlarla çox rahat münasibət qururlar. Bunun Ankaradakı kafe-restoranlarda dəfələrlə şahidi olmuşam. Başı açıq xanım qarşısında bir bakal şərab, əlində siqaret oturub, rəngi ilə göz oxşayan hicab geyinmiş gənc qadınlarla deyə-gülə söhbət edir. Və çox xoşbəxt görünürlər. Bu, o qədər gözəl mənzərədir ki... İnsanlar onların həyatlarına, azadlıqlarına əngəl olan bütün maneələri aşa biliblər. Həyatlarını zəhərə çevirən bütün çərçivələri, axmaq qaydaları çilik-çilik ediblər. Əsl rahatlıq, indiki gənc nəslin dediyi kimi "relax" olmaq bax budur. Geyim tərzi niyə insanın həbsxanasına çevrilməlidir? Niyə bu məsələ onun bütün varlığıyla sevdiyi Allahının arasına girsin ki? Təbii ki, sözüm ateistlərə deyil. İnanclı insanlaradır. Niyə biz süni intellektin insanlara dərs keçdiyi bir çağda kimlərəsə öyrətməliyik ki, bəzən daxili aləmlə geyim tərzi üst-üstə düşməyə bilər. Bəlkə sənin başı açıq gördüyün bir xanım Allaha və İslam dininə səndən daha çox inanır, peyğəmbərini qəbul edir. Hətta psixoloqlar da deyir ki, seçilən geyimlə xarakterin çox zaman əlaqəsi olmur. Sadəcə, geyimlər insanlar haqqında ətrafda müəyyən fikirlərin yaranmasına səbəb ola bilir. Təbii ki, burda söhbət ondan da getmir ki, biz küçədə əcdadlarımız Həvva və Adəm kimi dolaşmalıyıq. Amma kim indi deyə bilər ki, mən onlardan daha məsumam, humanistəm və sairə. O da düzdür ki, işgüzar mühitdə kostyum insanlarda sizə qarşı inam hissi yaradar. Amma bu başqa məsələdir, hicaba və ya başı açıq gəzməyə heç bir dəxli yoxdur.

İndi soruşun ki, bu yazını niyə yazdın, axşam yuxu filan görübsən? Yox, dünən yenə iki ruhu azad, dünyanı yaradıcılığı ilə feyzyab edən qadın hicaba görə, sərt cəza ilə üzləşdi. Bu xəbər məni çox üzdü, dərindən silkələdi. İranın tanınmış qadın rejissoru Rəxşan Bənietemad və məşhur aktrisa Baran Kövsəri məcburi hicab qaydalarına riayət etmədikləri üçün cinayət məsuliyyətinə cəlb olunublar. Onlar "Həmişə kimsə yoxa çıxır" filminin premyerasına hicabsız gediblər. Lap əcəb ediblər. Baş onların, iradə onların. Kim və niyə buna qarışsın ki?... Amma hər iki qadına qarşı Tehran Prokurorluğunda cinayət işi açılıb. Özü də İran mənbələrinin yazdığına görə, Baran Kövsəri Rəxşan Bənietemadın qızıdır. Bu ana-balanın azad qərarına qandal vurmaqla, onların şüurunu dəyişə biləcəyini düşünən zehniyyətə təəccüb edirəm. İnsanları qamçı altında nə qədər saxlayacaqsınız?

İndi yenə fanatik fars simpatizanları çıxıb sosial şəbəkələrdə məni hədələməyə başlayacaqlar. İlk dəfə deyil. Bu məsələ ilə bağlı ayrıca yazım da olub. Əgər həvəsiniz olsa yazıda göy rəngdə görünən yerə (hyperlinkə) vurub başıma gələn həmin macəranı da oxuya bilərsiniz. Məni ölümlə hədələməyə qədər gedən bu işin sonu Bakı Şəhər Baş Polis İdarəsində bitdi. Sağolsunlar həmin zaman dövlətimizin xüsusi qayğısını, narahatlığına da gördüm.

Deməli belə, bu yazını Rəxşan Bənietemad və Baran Kövsəriyə həsr edirəm. Onlara bir media nümayəndəsi olaraq azadlıq və rahatlıq tələb edirəm. Allahın izni ilə bundan sonra insanları qaranlığa sürükləyən bir zehniyyət ilə rastlaşmarıq. Özünüzdən muğayat olun…


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1370   Tarix: 02 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər

Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər. xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkəni

11 oktyabr
.

"50 qəpik"də maşın yuyanların diqqətinə

Sürücülərin 80 faizi "50 qəpik" özünəxidmət avtoyumadan istifadə edir. Bizim.media-ya istinadən xəbər verir ki, bu prosesdən zövq alanlar da var, pulunun azlığından məcbur qalanlar da. Xidmətdən istifadə edənlər bilir ki, prosesin ardıcıllığı var: əvvəlcə köpüklə avtomobilin ətrafını dolaşara

11 oktyabr
.

Pişiklərin sayı ilə insanların xoşbəxtliyi arasında əlaqə tapılıb - Yeni araşdırma

ABŞ-nin Çikaqo Universitetinin rəhbərlik etdiyi beynəlxalq alimlər qrupu ölkədə ev pişiklərinin sayının əhalinin xoşbəxtlik səviyyəsi ilə əlaqəli olduğunu müəyyən edib. xəbər verir ki, bu barədə "PLOS One" jurnalında dərc olunan araşdırmada bildirilib. Alimlər 93 ölkənin ekoloji, sosial-iqtisad

4 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr
.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Stulda necə oturursunuz: Duruşunuz gözlənilməz şəxsiyyət xüsusiyyətlərini aşkar edə bilər

Adi duruş mütləq şəxsiyyəti müəyyən etmir, lakin davranış vərdişlərini təsvir etməyin bir yolu ola bilər. Adi oturma duruşu sadəcə rahatlıq məsələsindən daha çox şey ifadə edə bilər. Bədən dili tədqiqatlarına görə, insanın adətən stulda və ya divanda necə oturması onun şəxsiyyət xüsusiyyətlərini və ətrafdak

10 oktyabr
.

Bakıda ən ucuz evlər bu ərazidədir

Bakının daşınmaz əmlak bazarında qiymətlər yenidən gündəmdədir. Yeni tikililərdə kvadratmetrin qiymətinin artması, mərkəz ilə kənar ərazilər arasındakı fərqin dərinləşməsi və alıcılıq qabiliyyətinin dəyişməsi bazarda yeni reallıqlar yaradıb. Əmlak eksperti Ramil Osmanlı -a açıqlamasında Bakı şəhərind

3 oktyabr