Süd vəzi xərçəngi ilə kəpək arasında əlaqə tapıldı

Süd vəzi xərçəngi ilə kəpək arasında əlaqə tapıldıHebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan "Malassezia globosa" göbələklərinin siçanlarda vəzi xərçəngi şişlərinin böyüməsini sürətləndirə biləcəyini müəyyən ediblər.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

"Malassezia" cinsinə aid göbələklər insan və heyvanların dəri mikroflorasının şərti patogen sakinləridir. Ümumi immunitetin azalması və piy vəzilərinin fizioloji xüsusiyyətlərinin dəyişməsi halında onlar kəpək kimi dəri xəstəliklərinə səbəb ola bilərlər.

"Malassezia globosa" göbələklərinin əlavə patogen xüsusiyyətlərini müəyyən etmək üçün alimlər onları süd vəzi xərçəngi olan bir qrup siçanın şişlərinə yeridiblər. Nəticələr göstərib ki, bu zaman şişlərin böyümə sürəti artıb.

Tədqiqatçıların sözlərinə görə, bəzi hallarda bu göbələklər özləri döş vəzisinin yağla zəngin toxumasına daxil ola və xərçəngin inkişafına səbəb ola bilərlər. Bununla belə, bu cür təhlükəli təsirin əsasında duran mexanizmlər hələ də aydın deyil. Alimlər ehtimal edirlər ki, "Malassezia globosa"nın fəaliyyəti nəticəsində hüceyrələrə zərər verən və ya orqanizmin xərçəngə qarşı müdafiəsini zəiflədən zərərli yan məhsullar əmələ gəlir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1014   Tarix: 07 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur mağazanın ayaqqabıları saxta imiş! - VİDEO

Türkiyənin Taksim ərazisində məşhur brendlərin saxta ayaqqabılarını satan bir obyektə keçirilən əməliyyat zamanı çox sayda məhsul müsadirə olunub. türk mediasına istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdiyi reydin görüntüləri qısa müddətdə sosial mediada geniş yayılıb. Kadrlarda hüquq-mühafiz

15 aprel
.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzluq Parkinson xəstəliyinə işarə edə bilər. Bu xəstəliyin ilkin mərhələsind

19 aprel
.

Övladınız oyuncaqları ilə deyil, tava-qazanla oynayır? - Maraqlı səbəbi var imiş

Bir çox valideyn sosial şəbəkələrdə paylaşım edərək övladlarının tava və qazanlarla oynamağı daha çox sevdiyini yazır. Onlar uşaqlarının maraqlı və öyrədəici oyuncaqları olmasına baxmayaraq evdəki qab-qacağa daha çox maraq göstərdiyini bildirir. Bunun səbəbi isə bir çox valideynə aydın deyil. Ölkə.A

14 aprel
.

Bu xəbərdən sonra hər kəs yatmazdan əvvəl QATIQ YEYƏCƏK - Məşhur həkimin tövsiyəsi

"Qatıq ümumiyyətlə, Allahın insana verdiyi ən qiymətli qidadır. Qatığın tərkibində amin turşuları var. Bildiyimiz kimi qocalma hüceyrələri gecə fəaliyyət göstərir. Bir istəkən qatıq içməklə siz qocalma hüceyrələrinin fəaliyyətini bloklamış və ləngitmiş olursunuz". Bu sözləri -a açıqlamasınd

19 aprel
.

Ərini bacısı ilə tutan qadın onları hamının gözü qarşısında ifşa etdi - VİDEO

Misirdə baş verən qalmaqallı hadisə qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, bir qadın ərinin onu öz evində bacısı ilə aldatdığını öyrəndikdən sonra sərt reaksiya verib. Məlumata görə, xəyanətlə üzləşən qadın ərini və bacısını balkona çıxararaq

17 aprel
.

Dünya bu görüntüdən danışır! Robot şəhəri xilas etdi - VİDEO

Polşanın paytaxtı Varşova şəhərində baş verən maraqlı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, şəhərə daxil olan vəhşi donuzların insanabənzər robot vasitəsilə yaşayış ərazisindən uzaqlaşdırılması anları qısa zamanda viral olub. Yayılan görüntülərd

15 aprel
.

Yer kürəsində maqnit fırtınası başlayıb

Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb. -ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasını

18 aprel
.

Rusiyalı həkimdən xəbərdarlıq: Bahar günəşi dərinizə ciddi zərər verə bilər

Qış aylarından sonra dərinin həssaslığı artır. Bu səbəbdən yaz fəslində havanın sərin olmasına baxmayaraq, günəş şüaları asanlıqla dəri yanıqlarına səbəb ola bilər. xəbər verir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin Tibb Fakültəsinin Terapiya kafedrasının dosenti İrina Volgina " saytın

19 aprel
.

Gündə 30 dəqiqə yatır, həftədə bir neçə dəfə su içirlər - Ən dözümlü heyvan

Onların boyun fəqərələrinin sayı insanlar kimi 7-dir. Mütəxəssislər Zürafə haqqında bəlkə də bilmədiyiniz maraqlı faktları toplayıblar. Uzun boyunlarının səbəbindən tutmuş ünsiyyət üsullarına qədər - bu, dünyanın ən maraqlı heyvanlarından biridir. xarici mediaya istinadən zürafələr haqqında 15 maraql

15 aprel