Bu münaqişə 10 minlərlə insanı öldürüb
Sudanda 2023-cü ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.
Lent.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Port-Sudanda keçirilən mətbuat konfransında bildirib.
Tedros Qebreyesus nəzərə çatdırıb ki, Sudanda 10 milyon insan evini tərk etmək, 2 milyon nəfər qonşu ölkələrə qaçmaq məcburiyyətində qalıb. Hazırda ölkə əhalisinin yarısından çoxunun – 25 milyona qədər sudanlının dəstəyə ehtiyacı var. Onlardan 14,7 milyon nəfərə təcili dəstək tələb olunur.
ÜST baş direktoru tərəfləri dərhal atəşi dayandırmağa, siyasi həll axtarmağa, eyni zamanda beynəlxalq aləmi humanitar sahədə maliyyə dəstəyini artırmağa çağırıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1103 Tarix: 08 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,
6 iyulTramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"
ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman
5 iyulAlimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı
Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda
9 iyulPeruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib
Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl
8 iyul