Skripkaçıya musiqi aləti ilə təyyarəyə minməyə icazə verilməyib - FOTOLAR

Skripkaçıya musiqi aləti ilə təyyarəyə minməyə icazə verilməyib - FOTOLARLondondakı Kral Musiqi Kollecini bitirmiş və Kral Birmingem Konservatoriyasında magistr dərəcəsi almış klassik skripkaçı Ester Abrami üçüncü studiya albomunu yazmaq üçün Fransanın Marsel şəhərindən Berlinə uçmaq istəyərkən xoşagəlməz hadisə ilə üzləşib. Sənətçi onunla pis rəftar etdiyinə görə "Ryanair" aviareysini tənqid edib.

Sfera.az bildirir ki, dünyaca məşhur skripkaçı Ester Abramiyə 200 illik tarixə malik musiqi aləti ilə təyyarəyə minməyə icazə verilməyib. Belə ki, skripka əl yükünün ölçülərindən 1 sm kənarda qaldığı üçün təyyarəyə icazə verilməyib. Aviaşirkət ona skripka üçün ayrıca yer satmaqdan da imtina edib.

"İlk dəfədir ki, belə kobudluq və ictimai təhqirlə qarşılaşıram"- deyə Abrami sosial şəbəkələrdə bildirib.

Məlum olub ki, təyyarəyə minməzdən əvvəl onu saxlayıblar və skripka ilə otura bilməyəcəyini bildiriblər. Skripkaçı etiraf edib ki, o, ustad Jan-Batist Vuillaumun iki yüz illik alətini özü ilə aparmaq üçün istənilən qiyməti ödəməyi təklif edib, lakin şirkət bundan imtina edib.

27 yaşlı fransalı qadın təyyarədə əlavə oturacaq almağı təklif etsə də, "Ryanair" işçiləri ona kassanın artıq bağlandığını və salonun dolu olmamasına baxmayaraq, bilet ala bilməyəcəyini bildiriblər.

Abrami skripkasının kövrək və çox qiymətli olduğunu əsas gətirsə də, aviaşirkət aləti ya baqajda aparmaq, ya da hava limanını tərk etmək üçün sərt ultimatum verib.

İfaçının iddiasına görə, "Ryanair" işçiləri onunla kobud davranmağa, skripkanı təyyarədən çıxarmağa və çamadan ölçmə sahəsinə qoymağa məcbur ediblər.

"Artıq ödədiyim əl yükünün uzunluğuna tələb 55 sm-dir, skripkamın ölçüsü 56 sm-dir, diaqonal olaraq uyğun gəlir"-deyə musiqiçi bildirib.

Xoşbəxtlikdən Abrami başqa bir aviaşirkətdə başqa bir uçuş bron edə bilib. O, inanılmaz dərəcədə şanslı olduğunu qeyd edib. Bu şirkətdə ona sevimli skripkasını daşımaqda çətinlik yaratmayıblar. Uçuşu qaçırmaq çox vaxt fürsətləri əldən vermək deməkdir.

İş ictimailəşəndən sonra aviaşirkətdən:

"Ryanair" ilə səyahət edən hər kəs kimliyindən asılı olmayaraq, hamı ilə eyni qaydalara əməl etməlidirlər: baqaj uyğun gələrsə, təyyarəyə gətirilə bilər, yoxsa, baqaj bölməsinə göndərilir"-deyə açıqlama verilib.

Bununla belə, Abraminin pərəstişkarları və musiqiçi yoldaşları bu hadisədən qəzəbləndiklərini bildirərək, bir daha bu şirkətin xidmətlərindən istifadə etməyəcəklərini bildiriblər.

Skripkaçıya musiqi aləti ilə təyyarəyə minməyə icazə verilməyib - FOTOLARSkripkaçıya musiqi aləti ilə təyyarəyə minməyə icazə verilməyib - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1048   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səudiyyə Ərəbistanı Ər-Riyada uçan iki Husi dronunu vurduğunu bildirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 26 sentyabr gecəsi Yəmən husiləri tərəfindən krallığın paytaxtı Ər-Riyada doğru atılan iki dron vurduğunu bildirib. xəbər verir ki, koalisiya husilərin raket və dron təhdidlərini izlədiyini bildirib, lakin dronların vurulması ilə bağlı əlavə məlumat verməyib

26 sentyabr
.

İran prezidenti yeni ali liderin niyə ictimaiyyət qarşısına çıxmadığını izah etdi

İran prezidenti Məsud Pazeşkian ölkənin yeni ali liderinin səhhətinin yaxşı olduğunu, lakin təhlükəsizlik səbəbləri ilə ictimaiyyət qarşısında çıxış etməkdən çəkindiyini bildirib. xəbər verir ki, CBS News -a verdiyi müsahibədə o, həmçinin ali liderlə görüşlərindən və dövlət qərarlarının qəbul edilməsindək

26 sentyabr
.

Tramp: İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib

26 sentyabr
.

İraqın Nəcəf aeroportu İran reyslərini dayandırıb

İraqın Nəcəf şəhərinin hava limanı İran reyslərinin qəbulunu dayandırıb. "Report" xəbər verir ki, məlumatı İran mediası yayıb. Məlumata əsasən, Nəcəf hava limanı İrana və İrandan reysləri sentyabrın 25-i saat 02:00-dən ləğv edildiyini bildirib. Bununla belə, bəzi aviaşirkətlərin adları həl

25 sentyabr
.

Pentaqonun rəsmi hesabatı: İranla münaqişədə yaralanan hərbçilərin sayı açıqlandı

İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatlara başlamasından bəri xəsarət alan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb. xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin verdiyi itkilərlə bağlı Pentaqonun dərc etdiyi son hesabatda qeyd olunub. Məlumata əsasən, fevralın sonlarında İrana qarşı başladıla

26 sentyabr
.

Daha bir dünya lideri Makronun dəvətini rədd etdi

İtaliyanın Baş naziri Corcia Meloni sentyabrın 28-də Fransanın Mets şəhərində keçiriləcək və Roma Papası XIV Levin apostol səfərinin son günündə çıxış edəcəyi görüşə qatılmayacaq. xəbər verir ki, bu barədə TASS İtaliya hökumət başçısının mətbuat xidmətinin açıqlamasına əsasən məlumat yayıb. Məlumat

26 sentyabr
.

Yunanıstan sahillərində göyərtəsində 29 nəfər olan bərə yanıb

Yunanıstanın turist adası Mikonos yaxınlığında avtomobil bərəsinin göyərtəsində yanğın baş verib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə əməliyyatında sahil mühafizəsinin ən azı beş gəmisi və iki yanğınsöndürmə kateri iştirak edib. Bərənin göyərtəsində 29 nəfər - 28 ekipa

25 sentyabr
.

ABŞ şərtləri qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti saxlayacaq

İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşaviri general-mayor Yəhya Səfəvi bildirib ki, ABŞ onun şərtlərini qəbul etməsə, İran Hörmüz boğazına nəzarəti və idarəçiliyini qeyri-müəyyən müddətə saxlayacaq. xəbər verir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş hərbi müşavir

25 sentyabr
.

Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib

Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları

26 sentyabr