"Lənkəranski heç kimdir" - "Vorlar" aləminin SON QƏRARI

"Lənkəranski heç kimdir" - "Vorlar" aləminin SON QƏRARIRusiya nəşri "Lənkəranski"nin Uralda ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarlarının Bakıda həbsdə olan "qanuni oğru"nun nəzarətinə keçdiyini iddia edir; Ural niyə həmişə "yağlı tikə" olub?

Rusiyanın Yekaterinburq vilayətində yaşayan azərbaycanlılar 44 yaşlı "qanuni oğru" Nadir Səlifova ("Lotu Quli") biət ediblər. Ural federal dairəsinin aparıcı kütləvi informasiya vasitələrindən olan ura.ru saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edir ki, hazırda sözügedən kriminal avtoritet Azərbaycanda məhkumluq həyatı yaşayır.

Sözügedən portalın məlumatına əsasən bildirir ki, "Lotu Quli" həbsdə olmasına baxmayaraq, Uralda əvvəllər Rövşən Canıyevə ("Rövşən Lənkəranski") məxsus yeri tutub. Xatırladaq ki, "Lənkəranski" ötən ilin avqust ayının 18-də Türkiyədə sui-qəsd nəticəsində öldürülüb.

"Əvvəllər Sverdlovsk alverçiləri Rövşənə xərac verirdilər, indi isə ona verəcəklər", - nəşr iddia edir.

Nəşr "Lənkəranski"nin qətlinə az qalmış Rusiya və Azərbaycan islah koloniyalarında "Quli"nin müraciətinin yayıldığını xəbər verib. Sitat: "...Həmçinin Sizi "Rövşən Lənkəranski" ilə bağlı məlumatlandırmaq istəyirəm: o, heç kimdir və onun adı yoxdur, bu, oğruların qərarıdır. O ki qaldı Hacı və Rüfətə, bu fırıldaqçılar insanlar arasında yalan yayırlar. Bu cür yaramazlar hər zaman olub və onlar ciddi sorğu-sual olunacaqlar. Bu notlarda Sizinlə vidalaşmaq istəyirəm və Sizə uğur, işlərinizdə müvəffəqiyyət və əlbəttə, Qızıl Azadlıq arzulayıram. Özünüzdən muğayat olun. Ən xoş arzularla Mən, Oğru Quli. Bu müraciəti Azərbaycanın və Rusiyanın bütün düşərgələrində yaymalı".

Rusiya nəşrinin yaydığı "Lotu Quli"nin "praqon" adlandırılan bu müraciət haqda Azərbaycan KİV-lərində məlumat dərc edilməyib. Məktubda adı keçən Hacı və Rüfət isə "Lənkəranski"nin yaxın adamlarıdır. Çox güman ki, söhbət "Hacı Beyləqanski" kimi tanınan Hacı Talıbxanlıdan və "Rüfət Gəncinski" kimi tanınan Ülfət Tağıyevdən gedir. O, 2015-ci ildə Rusiyada 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun Azərbaycana ekstradisiya olunub-olunmaması barədə dəqiq bilgi yoxdur. "Hacı Beyləqanski"nin isə azadlıqda olduğu deyilir...
Rusiya kriminallarının Ural uğrunda savaşı yeni xəbər deyil. Bu təbii sərvətlərlə də zəngin və böyük bir ərazini əhatə edən bölgə uzun illər "Ded Xasan" ləqəbli "qanuni oğru" Aslan Usoyanın qətlinədək onun nəzarətində idi. 2014-cü ilin dekabrınadək Yekaterinburqun (1991-ci ilədək Sverdlovsk adlanıb-Y.M.) "smotryayuşi"si "Ded Xasan" kimi tanınmış "qanuni oğru" Aslan Usoyanın qohumu Timur Mirzoyev idi. Timur Mirzoyev 1962-cı ildə Tiflisdə anadan olub və "Ded" in yaxın qohumu idi. O, 15 ildən çox məhkum həyatı yaşayıb. 1992-ci ildə vərəmli xəstələr üçün Nijni Tagel həbsxanasından azad olunandan sonra o, "Ded" in Uralda səlahiyyətli nümayəndəsi təyin edilib. Tezliklə Timur Mirzoyev Uralda əsas söz sahibinə çevrilib və "Sverdlovsk" ləqəbi alıb. "Timur Sverdlovski" 2014-cü ilin yanvarında Moskvada təcridxanada vərəmdən ölüb. "Timur Sverdlovski" milliyyətcə yezidi kürd idi. Aslan Usoyan öldürüləndən sonra onun qruplaşması zəiflədi və "Rövşən Lənkəranski" bu bölgədə möhkəmlənə bildi. Amma "Lənkəranski" qətlə yetirilməzdən bir müddət əvvəl OMON Yekaterinburqda bir neçə əməliyyat keçirdi və "Lənkəranski"nin adamları həbsə alındı.
Timur Mirzoyevin ölümündən sonra Uralda nəzarətçi postunun boş qalması o demək deyildi ki, "Ded Xasan" klanı buranı rahatlıqla əldən verəcək. Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan"Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov (indi o da həbsdədir-Y.M.) 2014-cü ilin oktyabrında İspaniya həbsxanasından azadlığa buraxıldıqdan sonra "Ded Xasan" klanına rəhbərlik etməyə başladı və Urala nəzarət uğrunda mübarizə yenidən qızışdı.

"Rövşən Lənkəranski"nin qətlindən sonra onunla uzun illərdir ki, konfliktdə olan "Quli"nin mövqelərinin güclənəcəyi gözlənilən idi. Bir müddət əvvəl "Rosbalt" agentliyinə Rusiya xüsusi xidmət orqanlarındakı mötəbər mənbəyə istinadən yazmışdı ki, "Lotu Quli" və Gürcüstan doğumlu "Vaqif Bakinski" kimi tanınan Vaqif Süleymanov güclərini birləşdiriblər. Bildirilirdi ki, yeni klan bir-birinin ardınca Moskva və Moskva ətrafında gəlirli ticarət obyektlərini, ticarət mərkəzlərini, bazarları öz nəzarətlərinə alır.

"Lənkəranski"nin ən iri aktivlərindən olan göyərti, tərəvəz və meyvə topdansatış bazarları uğrunda mübarizənin təkcə Moskvada deyil, digər bölgələrdə də başlayacağı gözlənilən idi. İddia var ki, "Lənkəranski"nin bazarları uğrunda mübarizəyə gürcü və çeçen "qanuni oğru"lar da qoşulub.

Mənbə:Virtualaz.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 9072   Tarix: 18 yanvar 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021