Miqrantların Rusiyaya ailə gətirməsinə qadağa qoyula bilər
Dövlət Dumasının sədri Vyaçeslav Volodin Rusiyada miqrasiya siyasəti məsələlərinin tənzimlənməsinə yönəlmiş qanunvericilik təşəbbüslərinin hazırlandığını açıqlayıb.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, o, "Rossiya-24" telekanalına müsahibəsində bildirib ki, "işləməyə özü gələn şəxs özü ilə ailə üzvlərini gətirə bilməz".
Onun sözlərinə görə, müvafiq qanunvericilik təşəbbüsü hazırlanır və belə bir anlayış var ki, deputatların əksəriyyəti fraksiya mənsubiyyətindən asılı olmayaraq bunu mütləq dəstəkləyəcək.
O, vətəndaşlıq almaq üçün nikah müddətini artırmaq təşəbbüsü barədə də məlumat verib.
"Əvvəllər bir il idisə, indi iki il təklif olunur. Bu məsələni yenə də müzakirə edəcəyik. Bəlkə iki il deyil, bəlkə üç il, bəlkə də dörd il oldu. Bu, yalnız nikahı daha da gücləndirəcək. Əgər bu, nikahdırsa, bu, məhəbbət üçündür, uydurma evlilik deyil", - Volodin bildirib.
Onun sözlərinə görə, müvafiq qanun layihəsi artıq birinci oxunuşdan keçib.
Dövlət Dumasının sədri onu da bildirib ki, bu il artıq kifayət qədər ciddi standartlar qəbul edilib: "Bunlara uyğun olaraq bütün qanun pozucuları ölkədən çıxarılır və sonra onların ölkəmizə girişi qadağandır. Biz hesab edirik ki, işəgötürənlərə bununla bağlı daha ciddi məsuliyyət verilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 761 Tarix: 14 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabr