Türkiyədə iki yaşlı qızına təcavüz edilən anadan qorxunc etiraf: "Ört-basdır etdim"
Türkiyənin Tekirdağ vilayətinin Malkara rayonunda 2 yaşlı körpə qız uşağının döyülərək cinsi istismara məruz qalması ilə bağlı istintaq davam edir.
Sentyabrın 5-də baş verən hadisə ilə bağlı aparılan istintaq çərçivəsində bəzi təfərrüat ortaya çıxıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Ana bədənində zərbə izləri olan 2 yaşlı qızı Sılanı hadisədən 3 gün sonra xəstəxanaya aparıb. Sılanı müayinə edən həkim körpənin cinsiyyət nahiyəsində qançırlar görüb və vəziyyəti polisə bildirib, bundan sonra araşdırmalara başlanılıb.
Beyin qanaması şübhəsi ilə digər xəstəxanaya köçürülən və beyin əməliyyatı edilən körpə reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin stabil, lakin ciddi olduğu bildirilir.
İstintaq çərçivəsində həbs edilən ana B.Y.-nin prokurorluğa verdiyi ifadədə qorxunc faktlar ortaya çıxıb.
Onun sözlərinə görə, qonşuları onları axşam yeməyinə dəvət edib. Qadın daha sonra qızını qonşuda qoyaraq evə qayıtdığını və gecə saatlarında gedib götürdüyünü deyib. Uşağı çimizdirən zaman bezində qan ləkələri görüb və qızına təcavüz edildiyini başa düşüb. Lakin heç kim bundan xəbər tutmasın deyə əziyyəti ört-basdır edib.
Hadisə ilə bağlı körpənin anası və qonşunun uşaqları da daxil olmaqla, 5 nəfər həbs olunub. Ananın digər 5 yaşlı qızı isə dövlətin qoruması altına alınıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1046 Tarix: 14 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabr