Rusiyalı zabitin oğlu necə Andorra kralı ola bildi? - MARAQLI

Rusiyalı zabitin oğlu necə Andorra kralı ola bildi? - MARAQLITarixdə özünü olmadığı şəxs kimi təqdim edən, reallıqdan uzaq lakin parıltılı tərcümeyi-halı ilə uğur qazanmış xeyli şəxs var. Daha çox avantürist adlandırılan belə şəxslər qısa müddətə olsa da ciddi uğurlar, hətta dövlətlərə rəhbərlik edəcək səviyyədə yüksəyə qalxırlar.
Lent.az bu dəfə belə avantürsitlərdən biri, Andorra knyazlığına 12 gün kral kimi rəhbərlik etmiş rusiyalı Boris Skosırev haqda yazımı təqdim edir.

1896-cı ilin iyun ayında Rusiya İmperiyasının Vilno şəhərində (indiki Litva paytaxtı Vilnüs) Çar ordusunun ehtiyatda olan zabiti, Sankt-Peterburqda ticarətlə məşğul olan Mixail Mixayloviç Skosırev və həyat yoldaşı Elizaveta Dmitriyevnanın ailəsində Boris adlı oğlan dünyaya gəldi.

Borisin uşaqlığı və gəncliyi haqqında detallı bilgilər olmsa da, onun çox yaxşı təhsil aldığını güman etmək olar. Belə ki, onun sonralar həyata keçirdiyi hiylə dolu kombinasiyalar hazırlıqsız bir insanın bacara biləcəyi işlərdən deyildi.
Birinci Dünya müharibəsi illərində 28 yaşlı Skosırev Çar qoşunlarına kömək etmək üçün Rusiyaya göndərilən ingilis zirehli divizionuna təyinat alır. Bu təyinat ona 1917-ci ildə Çar hakimiyyətinin devrilməsi və ardınca, bolşeviklərin hakimiyyəti ələ almasından sonra qanuni yolla İngiltərəyə köçməsinə imkan verir. Qaçqın statusu ilə Londonda dolanmaq Skosırev üçün çətin idi, eyni zamanda o öz zəhməti hesabına pul qazanmaqda da maraqlı deyildi. Buna görə Skosırev tezliklə bank çeklərini saxtalaşdırdığına görə Britaniya həbsxanasına göndərilir.
Ancaq İngiltərə Xarici İşlər Nazirliyinin rəsmisinin güvənini qazanaraq ona Rusiyadakı geniş əlaqələrindən danışır. Diplomatı öz dediklərinə inandıran rusiyalı avantürist həbsdən çıxmağa nail olur. Bu dəfə o, Hollandiyaya köçür və burada vətəndaşlıq alır.

Tezliklə Boris Hollandiya taxt-tacı qarşısında xidmətlərinə görə "Qraf Oranski"titulunu aldığını elan edir.
Təəccüblüdür ki, o dövrdə Skosırevi bu yalanına görə ifşa edə bilmədilər, baxmayaraq ki, Hollandiya polisinin sənədlərində o, "beynəlxalq dərəcəli fırıldaqçı"kimi keçirdi. Skosırev zövqlə geyinməyi bacaran, bir neçə xarici dildə danışan, siyasətdən xəbədar və həmsöhbəti ilə istənilən mövzuda söhbət etməyi bacaran biri idi. Boris Skosırev qısa zamanda bir neçə sevgili dəyişiri, az qala İspaniyada həbsxanaya düşür, ardınca isə avtomobil maqnatının keçmiş həyat yoldaşı Florens Marmonla evlənir. Varlı qadının pulu Skosırevə Kolumbiyada öz adına ticarət şirkəti qurmağa imkan verdi.

İspaniya və Fransa arasında səyahət edərkən avantüristin diqqətini 1930-cu illərdə Avropanın ən kasıb ölkələrindən biri olan kiçik Andorra cəlb edir. Skosırev bu cırtdan ölkənin taxtını tutmağa qərar verir.

1990-cı illərin əvvəllərinə qədər Fransanın başçısı və Kataloniya yepiskopu Andorranın hökmdarları hesab olunurdu və onlara illik xərac verilirdi. Amma bu amil rusiyalı avantüristi qorxutmurdu. Andorranın ərazisini və Skosırevin ünsiyyətcilliyini nəzərə aldıqda, qısa zamanda onu Andorrada hər kəs tanıyırdı.

Bundan sonra Skosırev Andorra Dövlər Şurasına dövləti firavanlığa aparacaq islahatlar planını təqdim edir. Qısaca plan iri xarici şirkətlərin və imkanlı şəxslərin marağını cəlb edəcək güzəştli vergi sisteminin yaradılmasından ibarət idi. Bunun müqabilində Boris Skosırev onu sadəcə olaraq dövlət başçısı etməyi xahiş edirdi.
Dövlət Şurası bu cür "müdaxiləni" qəbuledilməz hesab edir və Skosırevə Andorranı tərk etməyi göstəriş verir. Dövlətin ölçüsünü nəzərə alaraq, Boris sözün həqiqi mənasında Andorradan bir neçə kilometr uzaqlaşır və arvadının pulunu səxavətlə reklama xərcləyərək ictimai rəyi manipulyasiya etməyə davam edir.
7 iyul 1934-cü ildə Skosırev və həyat yoldaşı "qeyri-qanuni" Andorraya gəlir və yenidən öz inkişaf planını təklif edir. Və bu dəfə ölkədəki böhranlardan yorulmuş Ali Şura 23 lehinə, bir əleyhinə səslə Skosırevin şərtlərini qəbul edir. Rus məmurunun oğlu özünü Andorra Kralı Birinci Boris elan edir.
Təəccüblüdür ki, baş verənlər nə fransızlar, nə də ispanlar operativ reaksiya verir. Yeni monarxın iqtisadi təklifləri sağlam görünürdü, lakin Urhell yepiskopu Andorrada qumar zonasının yaradılması ideyasını bəyənmir.
Skosırev katalon din xadimi ilə mübahisə etməsəydi, kim bilir, bundan sonra nə baş verərdi. Lakin Boris qəfildən müharibə elan etmək qərarına gəlir.
Bundan xəbər tutan yepiskop Andorraya 5 jandarm göndərir, onlar "kralın" tərəfdarlarını bir güllə də atmadan zərərsizləşdirir, sonra isə "kral" Skosırevi Barselonaya, ardınca isə Madridə aparır.

İspan müstəntiqləri araşdırmanın iplərini qısa zamanda itirir. "Qraf Oranski" heç də qraf olmadığını, bolşeviklərdən qaçan Çar zabiti olduğunu bildirir. Amma ən əsası, ona hakimiyyəti zorla qəsb etmək ittihamını irəli sürmək mümkün deyildi. Formal olaraq hər şeyi qanun çərçivəsində edilmişdi. Nəticədə, İspanioya məhkəməsi 1934-cü il oktyabrın 31-də onu yalnız sərhədi qanunsuz keçməkdə ittiham edərək 1 il müddətinə azadlıqdan məhrum edir. Cəzasını çəkdikdən sonra Skosırev Portuqaliyaya deportasiya edilir.
Skosırev orada da əlaqələr qurur, "Andorra kralı olması ilə bağlı xatirələrini danışır və planlarını tam həyata keçirə bilmədiyi üçün təəssüfünü bildirir.
Boris Skosırev nəhayət pasport ala bilir və həyat yoldaşının yaşadığı Fransaya gedir. Marsel limanında onu barəsində məlumatlı olan Fransa polis qarşılayır və yenidən həbsə atır.
Ancaq "kral" polisi hədələməyə başlayır ki, Portuqaliyanın rəhbəri "Doktor Salazar" onun müdafiəsinə qalxacaq. Polis buna inanmır, amma tezliklə diplomatik kanallar vasitəsilə məhbusun azad edilməsi tələbi gəlir.
Sonralar Skosırev dəfələrlə həbs olunur və 1938-ci ildə Fransada İspaniyadakı respublikaçıların tərəfdarı damğası altında "arzuolunmaz elementlərin" saxlandığı bir düşərgəyə göndərilir. Fransanın işğalından sonra o, alman düşərgəsinə düşür. 1942-ci ildə almanları onu tərcüməçi kimi işə götürməyə razı sala bilir və buna görə faşistlərin məğlubiyyətindən sonra təqiblərə məruz qalır.
Skosırevin sonralar dediyinə görə, o, Hitler Almaniyasının məğlubiyyətindən sonra 1945-ci ildə sovet işğalı zonasında saxlanılır və nasistlərlə işbirliyinə görə düşərgələrdə 25 il cəza alır. Sibir düşərgələrində on il keçirdikdən sonra Xruşşovun elan etdiyi amnistiya ilə azad edilir və xaricə gedir.
Boris Skosırev Almaniyada məskunlaşır və sadə vətəndaş kimi ömür sürür. Ömrünün son çağlarında o iddia edirdi ki, Andorra son nəticədə onun ideyaları sayəsində tərəqqiyə nail oldu, lakin ona heç bir qiymət verilmədi.
12 gün taxtda oturmuş "monarx" 1988-ci ildə 92 yaşına qədər xoşbəxt yaşadı və Almaniyanın kiçik Boppard şəhərinin qəbiristanlığında dəfn edildi.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1180   Tarix: 16 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Toyda gəlinin çiçəyi atmasını gözləyən qonaqlar şok oldu - VİDEO

Toyda ənənəvi gəlin buketi atma mərasimi zamanı maraqlı anlar yaşanıb. xarici mediaya istinadla xəbər verir ki, subay qonaqlar buketi tutmaq üçün sıraya düzüldüyü vaxt gəlin çiçəyi arxaya doğru atıb. Lakin buket gözlənilməz trayektoriya ilə uçaraq qonaqların başı üzərindən keçib və toy salonunun tavanındak

31 avqust
.

Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır

Noxudun daha asan bişməsi üçün hazırlığa bir gecə əvvəldən başlamaq lazımdır. Noxudu geniş qabda üzərini bir neçə barmaq keçəcək qədər su əlavə edib təxminən 8-12 saat gözlətmək dənələrin su çəkərək yumşalmasını təmin edir. Ertəsi gün noxudun ıslatma suyu mütləq tökülməli və bol su ilə yaxalanaraq təmi

29 avqust
.

İçinə bir dənə əlavə edin: Qatıq turşumayacaq

Evdə hazırlanan qatığın qısa müddətdə turşuması həm dadına, həm də istifadə müddətinə təsir edə bilər. Mayalama zamanı südün içinə bir ədəd noxud əlavə etmək qatığın bərk olmasına və turş dadın daha gec yaranmasına kömək edir. xəbər verir ki, metodun tətbiqi olduqca asandır. Süd qaynadıldıqdan sonr

29 avqust
.

Saç kəsildikdən sonra həqiqətən daha sürətlə uzanırmı?

Bir çox insan nə qədər tez-tez saçını kəsdirsə, saçların bir o qədər sürətlə uzanacağını düşünür. Lakin bu, geniş yayılmış yanlış fikirdir. Qaynarinfo xəbər verir ki, "Grazia" nəşrinin yazdığına görə, saç kəsimi onların uzanma sürətinə təsir göstərmir. Çünki saç baş dərisində yerləşən saç follikullarında

31 avqust
.

Alkoqolun yuxuya təsiri ilə bağlı həqiqət: Həkimdən mühüm xəbərdarlıq

"Alkoqolun yuxuya getməyə kömək etməsi ilə bağlı deyilənlər əsassız deyil. Doğrudan da, spirtli içki təşvişi azaltdığı və əzələləri rahatlaşdırdığı üçün yuxuya getməyi asanlaşdıra bilər. Lakin bu zaman yuxunun ümumi strukturu pozulur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-psixiatr və narkolo

28 avqust
.

Uçuş bələdçisi təyyarədəki ən rahat oturacaqları açıqladı

Təyyarə bileti alarkən təsadüfi edilən oturacaq seçimləri səyahət rahatlığına birbaşa təsir edir. Bir uçuş bələdçisinin verdiyi məlumata görə, təyyarənin müxtəlif bölgələrindəki oturacaqlar uçuş təcrübəsini, turbulens hissiyatını və təyyarədən çıxış müddətini birbaşa dəyişə bilər. xəbər verir ki, aviasiy

30 avqust
.

Tuba Ünsal Bodrumdan sonra Çeşmədə

Türkiyəli məşhur aktrisa Tuba Ünsal yay tətilini davam etdirir. xarici KİV-ə istinadən xəbər verir ki, tətil mövsümünə Bodrumda başlayan 44 yaşlı aktrisa daha sonra Çeşməyə yollanıb. Tuba Ünsal ötən gün dostlarından biri ilə çimərlikdə görüntülənib. İkili uzun müddət dənizdə söhbət edib və birlikdə vax

31 avqust
.

Bu ölkədə 20 min işçi axtarılır: Maaş 9 min avrodur

İsveçrə tikinti sektorunda ciddi işçi çatışmazlığı ilə üzləşib. Ölkədə hazırda 20 mindən çox boş iş yerinin olduğu bildirilir. Ən çox daş ustalarına və tikinti üzrə iş rəhbərlərinə ehtiyac var. xəbər verir ki, məlumata görə, kadr çatışmazlığının əsas səbəblərindən biri demoqrafik dəyişikliklərdir. Tikint

31 avqust
.

"iPhone 17 pro"nu kosmosdan yerə atdılar - ANBAAN VİDEO

"RhinoShield" şirkəti "iPhone 17 Pro" smartfonunu stratosferdən yerə ataraq qeyri-adi sınaq keçirib. Təxminən 30,6 kilometr yüksəklikdən paraşütsüz yerə düşən telefon işlək vəziyyətdə qalıb və nəticə "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydə alınıb. xəbər verir ki, sına

28 avqust