Gürcüstan - Rusiya sərhədi bağlanacaq
Gürcüstan-Rusiya sərhədində yerləşən "Kazbeqi - Yuxarı Lars" gömrük-keçid məntəqəsi yolların təcili təmiri ilə əlaqədar sentyabrın 18-dən oktyabrın 2-dək Bakı vaxtı ilə saat 06:00-dan 09:00-a kimi işləməyəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.
"Kazbeqi Ticarət-Sənaye Palatasının ərazisinə bitişik beynəlxalq əhəmiyyətli avtomobil yolunda təcili təmir işləri nəzərdə tutulub və bu səbəbdən iş zamanı avtomobillərin hərəkəti dayandırılacaq", - məlumatda deyilir.
Bildirilir ki, bu saatlarda Gürcüstanın dövlət sərhədindən malların idxalı və ixracı, habelə fiziki şəxslər tərəfindən sərhədin keçilməsi ilə bağlı prosedurlar həyata keçirilməyəcək.
Digər vaxtlarda isə gömrük-keçid məntəqəsi adi rejimdə tam gücü ilə fəaliyyət göstərəcək, malların idxalı və ixracı, habelə fiziki şəxslərin sərhəddən keçirilməsi maneəsiz həyata keçiriləcək.
Qeyd edək ki, "Kazbeqi - Yuxarı Lars" hazırda Gürcüstan-Rusiya sərhədində fəaliyyət göstərən yeganə gömrük-keçid məntəqəsidir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1442 Tarix: 16 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səudiyyə Ərəbistanı Ər-Riyada uçan iki Husi dronunu vurduğunu bildirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 26 sentyabr gecəsi Yəmən husiləri tərəfindən krallığın paytaxtı Ər-Riyada doğru atılan iki dron vurduğunu bildirib. xəbər verir ki, koalisiya husilərin raket və dron təhdidlərini izlədiyini bildirib, lakin dronların vurulması ilə bağlı əlavə məlumat verməyib
26 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabrAvropada temperatur +40 dərəcəyə yüksələcək
Sentyabrın sonunda Avropanın böyük hissəsində yenidən qeyri-adi isti hava şəraiti hökm sürəcək. Qaynarinfo xəbər verir ki, "Blikk"in yazdığına görə, Şimali Afrika və Aralıq dənizi hövzəsindən qitəyə isti hava kütlələri daxil olacaq. Nəticədə bəzi ərazilərdə temperatur iqlim normasını 10-1
24 sentyabrİran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər. xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib. Məlumata görə, nazirlər ikitərəfl
24 sentyabrYakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabr