Ürəyi 40 dəqiqəlik dayansa da, sağ qaldı
Cənubi Koreyalı müəllim ildırım vurması və ürəyinin yarım saatdan çox dayanmasına rəğmən sağ qalıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Kvancu şəhərində baş verib. Dərslərdən sonra müəllim nahara gedərkən yolda ağacın yanında onu ildırım vurub.
Bir müddət sonra müəllimi tapanlar həkim çağırıblar. O, xəstəxanaya gətiriləndə ürəyi təxminən 40 dəqiqə döyünməyib. Tipik olaraq, ürək döyüntü dayanandan beş dəqiqə sonra beyin zədələnməsi riski artır.
"Uzun müddətli ürək dayanması səbəbindən ürəyi və ağciyərləri çox pis vəziyyətdə olduğundan, biz onun şansının demək olar ki, olmadığını düşünürdük" deyə həkimlər bildiriblər.
Ürəyinin uzun müddət döyünməməsinə baxmayaraq, xəstə özünə gəlib və on gündən sonra artıq sərbəst nəfəs ala bilib.
Müəllim həkimlərə təşəkkür edib və bir neçə gün sonra tibb işçilərinə dəstək olmaq üçün on milyon von (təxminən 12 min 685 manat) bağışlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 879 Tarix: 18 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ukrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini
25 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabr