Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı
Cənubi Afrika ilə Lesoto arasındakı sərhədin əhəmiyyətli bir hissəsi son 24 saat ərzində yağan güclü qar səbəbindən insanların və yüklərin hərəkəti üçün bağlanıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın Sərhəd Nəzarəti Agentliyinin sözçüsü Meme Moqotsi məlumat verib.
"Cənubi Afrika və Lesotonu birləşdirən Sani keçidi, Busmansnek və Mononça sərhəd keçidləri pis hava şəraiti səbəbindən 21 sentyabrdan sonrakı xəbərdarlığa qədər bağlanıb" , - o bildirib.
Qeyd edək ki, şənbə günü Cənubi Afrikanın cənub-şərqində və şimal-qərbində yağan qar çoxsaylı yollarda nəqliyyatın hərəkətini iflic edib. Sürücülər və sərnişinlər avtomobillərində 12 saata qədər vaxt keçirmək məcburiyyətində qalıblar.
Qeyd edək ki, Cənubi Afrikada bu həftənin əvvəlində 36 dərəcəyə çatan istilərin yerini soyuq hava və qar alıb. Belə əhəmiyyətli temperatur dəyişiklikləri Cənubi Afrikanın yerləşdiyi Cənubi Yarımkürəsində yazın ilk ayı olan sentyabr üçün nadir hadisədir. Sinoptiklər xəbərdarlıq edir ki, Cənubi Afrikadakı qeyri-adi soyuq hava gələn çərşənbə gününə qədər davam edəcək.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1151 Tarix: 22 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulYer Günəşdən maksimum uzaqlaşacaq
İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,
6 iyulRusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik
Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma
5 iyulYüksək intellektə malik insanlarda bu iki xüsusiyyətə tez-tez rast gəlinir
Bir çox insan ağıllı şəxsi sakit, özünəinamlı və hər zaman düzgün qərarlar qəbul edən biri kimi təsəvvür edir. Lakin müasir araşdırmalar göstərir ki, yüksək intellekt bəzən ətrafdakılar tərəfindən səhvən çatışmazlıq kimi qiymətləndirilə bilən daha az nəzərə çarpan xüsusiyyətlərlə də müşayiət olunur
10 iyul