İranlıların Trampın qərargahına "hücum" etdiyi iddia olunur: Respublikaçının "qorxusu" təsdiqləndi?
ABŞ-də böyük münsiflər heyəti Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahına haker hücumu ilə bağlı bir neçə iranlıya qarşı ittiham irəli sürüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat verib.
Mənbələrin sözlərinə görə, bir neçə nəfərin adları və hansı maddə üzrə ittiham edildikləri açıqlanmır.
Sentyabrın 18-də Milli Kəşfiyyat İdarəsi Aparatı, Federal Təhqiqatlar Bürosu, İnfrastruktur və Kibertəhlükəsizlik üzrə Agentlikdən bildirilib ki, iranlı hakerlər Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq hazırkı ABŞ lideri Co Baydenlə əlaqəli şəxslərə və KİV-ə göndəriblər.
Daha sonra İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ABŞ kəşfiyyat orqanlarının Tehranın ABŞ prezidentlik kampaniyasına müdaxiləsi ilə bağlı iddialarını əsassız adlandırıb. İrəvani Tehrandan dəqiq cavab almaq üçün ABŞ hakimiyyətindən ittihamlarını sübutlarla dəstəkləməyi tələb edib. Daimi nümayəndənin sözlərinə görə, Vaşinqton nə qədər tez-tez İranın müdaxiləsindən danışırsa, bu bəyanatlar bir o qədər əsassız olur.
Xatırladaq ki, daha əvvəl Donald Tramp "Truth Social" sosial şəbəkəsində dərc etdiyi paylaşımda İranın onun həyatı üçün təhlükə yaratdığını iddia edib.
"İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu müşahidə edir və gözləyir. İran artıq addımlar atıb və uğursuzluğa düçar olub, lakin yenidən cəhd edəcək", - deyə o bildirib.
Tramp əlavə edib ki, o, heç vaxt olmadığı qədər çox insan və silahla əhatə olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 913 Tarix: 28 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səudiyyə Ərəbistanı Ər-Riyada uçan iki Husi dronunu vurduğunu bildirib
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya 26 sentyabr gecəsi Yəmən husiləri tərəfindən krallığın paytaxtı Ər-Riyada doğru atılan iki dron vurduğunu bildirib. xəbər verir ki, koalisiya husilərin raket və dron təhdidlərini izlədiyini bildirib, lakin dronların vurulması ilə bağlı əlavə məlumat verməyib
26 sentyabrNATO təlimində şok insident: Hərbçilərə atəş açıldı
NATO-nun Latviyadakı Adazi hərbi poliqonunda baş tutan təlimlərin gedişatında İtaliya ordusunun dörd hərbi qulluqçusu yaralanıb. -ın məlumatına görə, bu barədə İtaliya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında bildirilir. Bədbəxt hadisə atəş hazırlığı məşqləri zamanı qeydə alınıb. Nazirliyin dəqiqləşdirməsin
26 sentyabrYakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var
Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb
26 sentyabrABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah
26 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabr