Azərbaycanda göz rəngini dəyişmək neçəyə başa gəlir?
Azərbaycanlılar estetik əməliyyatlara böyük maraqla yanaşırlar. Təkcə məşhurlar yox, elə əhalinin bütün təbəqələrindən olan insanlar bədənşəkiləndirmə, burun kiçiltmə, üzgərdirmə əməliyyatlarına həvəslə gedirlər. Mən hələ başa tük əkdirmələri, implant dişləri, silikon sinə və "popo"ları, üz çevrəsini dolqu ilə gəncləşdirməyi, müxtəlif tatu, botoks, lazer prosedurlarını demirəm. Gənclik və gözəllik nə qədər bahalı olsa da, alıcısı mütləq var.
Dünyada tətbiqinə yeni başlanılan və dərhal Azərbaycanda populyarlaşan əməliyyatlardan biri də göz rənginin əməliyyatla dəyişməsidir. Bəs bu əməliyyat neçəyədir?
Lent.az-ın əldə etdiyi məlumata görə, görmə üçün böyük risk daşıyan, göz piqmentinə tətbiq edilməklə aparılan bu əməliyyatın qiyməti Azərbaycanda 9000 manatdır.
Göz rəngini pasiyent özü seçir. Göy, mavi, boz, yaşıl, kəhrəba, bal, ala, firuzəyi, bənövşəyi kimi rəngləri seçmək olur. Rəng seçimindən asılı olaraq, əməliyyatın qiyməti 2000 manat artır. 40 dəqiqə sürən prosedur yerli keyitmə ilə ağrısız başa çatır. Bu əməliyyatın geri dönüşü yoxdur. Əvvəlki göz rənginə qayıtmaq mümkün deyil.
Azərbaycanlı məşhurlardan Nanə Ağamalıyeva və Mətanət Əliverdiyeva qəhvəyi rəngli göz rənglərini əməliyyatla mavi rəngə çeviriblər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1744 Tarix: 28 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Keçmiş futbolçu saxlanıldı
Türkiyə millisinin keçmiş futbolçusu və idman şərhçisi Nihat Kahveci saxlanılıb. yerli KİV-ə istinadla xəbər verir ki, o, həyat yoldaşı Fulya Sever Kahveciyə qarşı zorakılıq tətbiq etdiyi iddiası ilə polis bölməsinə aparılıb. Məlumata görə, hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birind
14 iyulQuşun pəncərəyə çırpılması nə deməkdir? - Xalq inancları
Pəncərəyə qəfil çırpılan və ya döyən quş hər kəsin diqqətini çəkən hadisələrdən biridir. Qədim dövrlərdən bəri insanlar bunu xüsusi əlamət hesab edib və müxtəlif cür yozublar. Bəziləri bunun xoş xəbərlərin müjdəçisi olduğuna, digərləri isə həyatdakı dəyişikliklərdən xəbər verdiyinə inanıb. bu inacl
12 iyulHamamdakı kanalizasiya qoxusunu yox etmək üçün məsləhət
Hamam otağını təmizlədikdən sonra hər yer parıldasa da, bəzən xoşagəlməz kanalizasiya qoxusu qalmaqda davam edir. xarici mediaya istinadən xəbər verir ki, bunun bir neçə geniş yayılmış səbəbi var və əksər hallarda problemi təmirə ehtiyac olmadan aradan qaldırmaq mümkündür. Problem uzun müddət istifad
14 iyulDostuna verdiyi toy hədiyyəsi təəccüb doğurdu - VİDEO
Türkiyənin Osmaniyə vilayətində keçirilən toy mərasimində bəyə təqdim olunan qeyri-adi hədiyyə həm qonaqların, həm də sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. xarici mediaya istinadla xəbər verir ki, hədiyyə mərasimi zamanı qırmızı lentlərlə bəzədilmiş quzunu qucağında zala daxil olan bəyi
14 iyulMeyvələri acqarına yemək həmişə faydalıdırmı? - Diyetoloq xəbərdarlıq edir
Səhəri təzə meyvə və ya bir stəkan meyvə şirəsi ilə başlamaq sağlam qidalanmanın ayrılmaz hissəsi hesab olunur. Lakin bir çox insan üçün belə səhər yeməyi enerji əvəzinə qarınağrısı, mədə yanması və köplə nəticələnir. xəbər verir ki, -ya danışan rusiyalı diyetoloq Darya Rusakovanın sözlərinə görə, bunu
13 iyulAta və iki qızı dənizdə öülmlə burun-buruna gəldi - VİDEO
Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda sərinləmək üçün dənizə girən ata və iki qızı təhlükəsizlik üçün qoyulan şamandıraların kənarına keçdikdən sonra axına düşüb. xarici mediaya istinadla xəbər verir ki, hadisəni görən ətrafdakı vətəndaşlar və sahildəki əməkdaşlar dərhal müdaxilə edərək ailən
13 iyul